Icma.az
close
up
RU
Qarabağ Universitetində AMEA nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib YENİLƏNİB

Qarabağ Universitetində AMEA nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib YENİLƏNİB

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 iyun, AZƏRTAC

Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Konfransı açan Qarabağ Universitetinin rektoru Şahin Bayramov bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində elmi potensialın artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və Qarabağın zəngin mədəni-mənəvi irsinin öyrənilməsi əsas prioritetlərdən biridir. Bu məqsədlə rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə AMEA arasında təməli qoyulan elmi əməkdaşlıq perspektiv imkanlar yaradacaq.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında əvvəlcə AMEA-nın 80 illiyi münasibətilə akademiyanın kollektivini, alimləri və elmi ictimaiyyəti təbrik edib. Nazir Qarabağ Universitetinin qarşısında dayanan vəzifələrə də toxunaraq bildirib ki, bu ali təhsil müəssisəsi təkcə regionun deyil, bütövlükdə Azərbaycanın elmi və tədris həyatında mühüm yer tutacaq. Qarabağ Universiteti elmi mühitin təşəkkül tapması, innovativ təhsil modellərinin tətbiqi və milli-mədəni irsin sistemli şəkildə araşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

AMEA-nın prezidenti İsa Həbibbəyli “Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində Qarabağın tədqiqi problemləri və Böyük Qayıdış hərəkatı” mövzusunda məruzə ilə çıxış edib. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamının əhəmiyyətini xüsusi vurğulayan akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinin Azərbaycan elminə, akademiyaya verilən ən yüksək qiymətin ifadəsi olduğunu bildirib. Akademik qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı həm 80 ildə şərəfli tarixi yol keçmiş, Azərbaycan dövlətinin inkişafına, azərbaycançılıq ideologiyasına, milli kadr hazırlığına öz töhfəsini vermiş, elmi məktəblər yaratmış görkəmli alimlərimizin xidmətlərinə göstərilən yüksək qiymət, həm də akademiyanın bu gününə və gələcəyinə verilən ali dəyərin ifadəsidir. AMEA rəhbəri bu gün azad Qarabağ torpağında belə yüksək səviyyəli elmi tədbirin keçirilməsinin tarixi hadisə olduğunu vurğulayıb. Akademik İsa Həbibbəyli qeyd edib ki, bu konfrans təkcə AMEA-nın 80 illiyinə deyil, həm də azad edilmiş torpaqlarda elmi həyatın bərpasına töhfə verən mühüm bir mərhələdir.

Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Qarabağ Universitetinin kitabxanasına 1200-dən çox kitab, eləcə də akademiyanın təsisçilərinə və müasir inkişafına həsr olunmuş rəsm əsəri hədiyyə edilib.

Tədbirin ikinci hissəsində Qarabağın tarixi, mədəniyyəti və toponimik irsi ilə bağlı elmi məruzələr dinlənilib. A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru Kərim Şükürov “Azərbaycan tarixində Qarabağnamələr və yeni dövrün Qarabağnaməsinin yaradılmasında Milli Elmlər Akademiyasının missiyası”, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev “Qarabağ ərazisində və Şərqi Zəngəzurda arxeoloji tədqiqatlar”, Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru Nadir Məmmədli “Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsinin elmi əsasları” və Folklor İnstitutunun direktoru filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev “Qarabağ folkloru: Böyük Qayıdış kontekstində folklor yaddaşının reaktuallaşdırılması” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans çərçivəsində Qarabağ Universitetində AMEA-nın rəhbər heyəti və əməkdaşları tərəfindən ayrı-ayrı auditoriyalarda tələbələr qarşısında 13 ixtisas üzrə mühazirələr də deyilib və onların çoxsaylı sualları cavablandırılıb. Mühazirələr AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın vitse-prezidentləri – akademik Dilqəm Tağıyev, akademik İradə Hüseynova, akademik Rasim Əliquliyev, akademik-katib akademik Arif Həşimov, akademik Teymur Kərimli, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, tarix elmləri doktoru Kərim Şükürov, fəlsəfə elmləri doktoru İlham Məmmədzadə, filologiya elmləri doktoru Nadir Məmmədli, filologiya elmləri doktoru Sərxan Xavəri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva tərəfindən təqdim edilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının elm və təhsil naziri Elxan Nəcəfov və Qarabağ Universitetinin rektoru Şahin Bayramova AMEA-nın ensiklopedik nəşrləri və Akademiyanın 80 illiyi münasibətilə toxunmuş miniatür xalça hədiyyə olunub. Qarabağ Universitetinin tələbələrinə “Elm və həyat” jurnalının və “Elm” qəzetinin nüsxələri paylanılıb.

1 iyun 17:42

İyunun 1-də Qarabağ Universitetində Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” adlı konfrans keçirilib.

AMEA-dan AZƏRTAC-a verilən məlumata görə, konfransda Akademiyanın prezidenti İsa Həbibbəylinin Qarabağın tədqiqi problemləri və “Böyük Qayıdış” hərəkatı haqqında geniş çıxışı dinlənilib.

Sonra Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli “Qarabağda ermənilər tərəfindən saxtalaşdırılmış Azərbaycan toponimlərinin bərpa edilməsi” mövzusunda geniş məruzə edib. Professor çıxışında önəmli məqamlara toxunub: “Toponimlərimizin erməniləşdirilməsi məkrli siyasətin tərkib hissəsidir... Düşmənin çirkin məqsədi qədim Azərbaycan adlarını yaddaşlardan silməkdir. Toponimlərin dəyişdirilməsi və ya mənimsənilməsi cəhdlərinə qarşı elmi əsaslarla mübarizə aparmaq bu gün daha da aktualdır. Çünki toponimlər – “xalqın dili ilə torpağın danışması”dır. Onların dəyişdirilməsi xalqın kimliyinə, tarixinə, mədəniyyətinə qarşı yönəlmiş hücumdur. Akademik Bəkir Budaqov haqlı olaraq yazırdı: “Toponimin tarixi, onun kökü, məkanı, coğrafiyası öyrənilməzsə – o, yersizdir, dili öyrənilməzsə – o, laldır.” Bu baxımdan, toponimlərin qorunması və öyrənilməsi məsələsi təkcə dilçilik və tarixşünaslıq cəhətdən deyil, bütövlükdə xalqın milli təhlükəsizliyi və mədəni davamlılığı baxımından da strateji əhəmiyyət daşıyır”.

Çıxışlardan sonra AMEA-nın prezidenti İsa Həbibbəyli Qarabağ Universitetinə 1000 ədəd kitab hədiyyə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyun 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see124

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri