Qarabağ Universitetində neçə tələbə təhsil alır?
Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bu ilin noyabr ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərin bərpa olunmuş yaşayış məntəqələrinə 20 min 879 nəfərdən ibarət 5 min 256 ailənin qayıdışı təmin edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, təkcə ötən ay ərzində azad edilən ərazilərə qayıdan ailələrin sayı 430, ailə üzvlərinin sayı isə 1770 olub.
Qeyd edək ki, noyabr ayının əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 38 min 917 nəfər təşkil edib. Son bir ay ərzində onların sayı 613 nəfər artıb. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan tələbələrin sayı isə oktyabr ayında 2 nəfər artaraq 2154 olub.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qarabağ Universitetində 2 mindən çox tələbə təhsil alacaq
11 Sentyabr 2025 11:38
Qarabağ Universitetində Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir
02 İyun 2025 10:09
Qarabağ Universitetində təhsil alanların sayı ARTACAQ
06 Fevral 2025 15:36
Qarabağ Universitetində vakansiya
24 İyun 2025 11:20
Qarabağ Universitetində tədbir
06 Oktyabr 2025 10:31
Baxış sayı:50
Bu xəbər 14 Noyabr 2025 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















