Qarabağ Universitetinə yeni prorektor təyin olundu FOTO
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rüstəm İsgəndərli Qarabağ Universitetinin maliyyə və təsərrüfat işləri üzrə prorektoru vəzifəsinə təyin olunub.
Redaktor.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Rüstəm İsgəndərli Azərbaycan Dövlət İqtisad Universitetinin ümumi iqtisadiyyat - maliyyə kredit fakültəsini bakalavriat səviyyəsində bitirib, daha sonra Naxçıvan Dövlət Universitetində sosial idarəetmə və hüquq - hüquqşünaslıq ixtisası üzrə ikinci ali təhsilini alıb. Bu təyinatadək maliyyə sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Baxış sayı:102
Bu xəbər 07 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















