Qarabağ Universitetinin tələbəsindən böyük UĞUR
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Qarabağ Universitetinin Pedaqoji fakültəsinin İngilis dili ixtisası üzrə III kurs tələbəsi Vəfa Həsənova 2026-cı ildə dünyanın müxtəlif ölkələrindən seçilmiş gənclərin iştirak etdiyi “Aspire Leaders Program”ının 3-cü iştirakçı qrupuna qəbul olunub.
Redaktor.az xəbər verir ki, bu barədə Qarabağ Universitetinin Pedaqoji fakültəsi məlumat yayıb.
Bildirilib ki, Harvard Universitetində əsası qoyulan və hazırda Aspire Institute tərəfindən həyata keçirilən proqram təxminən üç ay davam edib. Proqram müddətində Vəfa Həsənova liderlik, şəxsi və peşəkar inkişaf, problem həlli və layihələrin idarə olunması ilə yanaşı, məqsədlərin düzgün müəyyənləşdirilməsi, fəaliyyətin qiymətləndirilməsi, maraqlı tərəflərlə iş, süni intellekt və rəqəmsal transformasiya istiqamətləri üzrə müxtəlif təlim və praktiki fəaliyyətlərdə iştirak edib. Tələbə proqram çərçivəsində bütün qiymətləndirmə mərhələlərini uğurla tamamlayaraq rəsmi “Aspire Leaders” məzunu olub.
Qeyd edək ki, “Aspire Leaders Program” 2017-ci ildə Harvard Universitetində əsası qoyulan və hazırda müstəqil qeyri-kommersiya təşkilatı olan Aspire Institute tərəfindən həyata keçirilən, dünyanın müxtəlif ölkələrindən gənclərin iştirak etdiyi pulsuz beynəlxalq liderlik və peşəkar inkişaf proqramıdır. Proqram iştirakçılara liderlik, karyera inkişafı, problem həlli, rəqəmsal transformasiya və süni intellekt kimi istiqamətlər üzrə bilik və praktiki bacarıqlar qazandırır.
Baxış sayı:88
Bu xəbər 08 Oktyabr 2026 13:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















