Qarabağ və Sabah dakı Aleksey fərqli komandalar, fərqli performans
Icma.az, Sportal.az saytına istinadən bildirir.
Hələ "Sumqayıt"da çıxış etdiyi vaxtlardan görünürdü ki, Aleksey İsayev Azərbaycan çapında seçilən futbolçudu. "Sabah"a keçməklə İsayev daha üst səviyyədə oyun nümayiş etdirdi. Amma "Qarabağ"a transfer olunduqdan sonra eniş yaşamağa başladı...
Hal-hazırda Çempionlar Liqasında yaxşı oyun sərgiləyən "Sabah"ın heyətində fərq yaradan futbolçulardan biri də Aleksey İsayevdir. Orta sahədə Lepinitsa və Umaralievlə trio təşkil edən Aleksey çox yaxşı görünür. Belə bacarığa malik futbolçunun "Qarabağ"da sıradan biri kimi təsir bağışlaması təəccüb doğurur.
"Qarabağ"da rəqabət daha böyük idi, avrokuboklardakı rəqiblərin səviyyəsi də çox yuxarı idi. Amma İsayev heç Premyer Liqa matçlarında düz-əmməli oyun ortaya qoya bilmirdi.
Lakin "Sabah"a qayıtmaqla əvvəlki Aleksey də səhnəyə qayıtdı. İsayev Valdas Dambrauskasın sistemində özünü suda balıq kimi hiss edir. Bu bir daha göstərir ki, hər bir futbolçu üçün hansı ortamda olması, hansı məşqçinin sistemində yer alması olduqca vacibdir.
Fikrət
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 Avqust 2026 19:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















