Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur ölkəmizin enerji poliqonudur

Qarabağ və Şərqi Zəngəzur ölkəmizin enerji poliqonudur

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərişıq” 5 ildə gerçəkləşdirilmiş layihələri şərh edib

“Azərişıq” ASC rəhbərliyinin Zəngilanda keçirilən mətbuat konfransında bildirilib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma layihələri çərçivəsində doğma sakinlərinə qovuşan rayon və kəndlərin dağıdılmış elektrik təsərrüfatı da yenilənir, müasir dayaqlar quraşdırılır, elektrik xətləri çəkilir, eləcə də yeni güc mərkəzləri yaradılır.

Vətən müharibəsindən ötən 5 il ərzində Şuşada Rəqəmsal İdarəetmə və Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar mərkəzləri də daxil olmaqla 35/0,4 kV-luq 7, Daşaltı kəndində isə 35/10 kV-luq bir yarımstansiya, Hadrut qovşaq yarımstansiyası istismara verilib.

2024-cü ildə Prezident İlham Əliyevin iştirakı ilə iki böyük güc mərkəzinin rəsmi açılışı gerçəkləşib. Belə ki, sentyabrın 2-də Kəlbəcərdə 110/35 kV-luq İstisu yarımstansiyası işə salınıb, oktyabrın 3-də Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzi açılıb. Bundan başqa, artıq Ağdam Elektrik Şəbəkəsi və Rəqəmsal İdarəetmə Mərkəzi də istismara hazırlanıb.

Hazırda işğaldan azad olunmuş ərazilərdə 35 kV-luq yeni güc mərkəzlərinin inşası aparılır. Belə ki, Laçında müasir yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi tikilir, 110/35/10 kV-luq Minkənd yarımstansiyasının inşası davam etdirilir, Ağbulaq SES və Minkənd yarımstansiyaları arasında 35 kV-luq iki dövrəli ötürücü xəttin çəkilişi yekunlaşdırılır, Xocalı yarımstansiyası və İdarəetmə Mərkəzi, Əsgəran, Malıbəyli və Sığnaq yaşayış məntəqələrində yarımstansiyaların tikintisi həyata keçirilir.

Bütün bunlarla bərabər, Kəlbəcərdə Zallar, Yanşaq, Qamışlı və Çaykənd, Laçında Güləbird, Şəlvə, Ərikli, Kürdhacı, Ağdamda Eyvazxanbəyli, Xocalıda Aşağıquşçu, Yuxarıquşçu, Şuşada Qaybalı, Xocavənddə Hadrut qəsəbəsi, Tuğ və ətraf kəndləri, Füzulidə Dövlətyarlı, Pirəhmədlivə, Dədəli, Cəbrayılda Horovlu, Şükürbəyli kəndləri və Xudafərin qəsəbəsinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli elektrik veriliş xətlərinin çəkilişi davam edir.

Mətbuat konfransında qeyd edilib ki, son 10 ildə “Azərişıq” ASC tərəfindən ölkə üzrə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri çərçivəsində 20 min kilometr uzunluğunda müxtəlif gərginlikli müasir elektrik veriliş xətləri çəkilib. Bu dövrdə 30 min kilometrə yaxın mövcud elektrik veriliş xətləri təzələri ilə əvəzlənib, 40 ədəd müasir 110/35 kV-luq, 227 ədəd 35 kV-luq yarımstansiya tikilib, 7 min yeni transformator məntəqəsi quraşdırılıb, həmçinin 700 min köhnə sayğac müasir ölçü cihazları ilə yenilənib.

Son 10 ildə abonentlərin sayı 2 milyon 359 mindən 2 milyon 993 minə yüksəlib. Quraşdırılan smart sayğacların sayı isə 386 mindən 1 milyon 120 minə çatıb. “Azərişıq”ın həyata keçirdiyi uğurlu strategiya nəticəsində şəbəkənin qoyuluş gücündə də əhəmiyyətli artım qeydə alınıb. Təkcə son bir ildə bu göstərici 14 min 400 MVA-dan 14 min 900 MVA-ya yüksəlib.

Bildirilib ki, maliyyə idarəetməsinin və xidmət keyfiyyətinin davamlı təkmilləşdirilməsi nəticəsində “Azərişıq” ASC son 10 ildə mühüm uğurlar əldə edib. Bu müddətdə enerji yığımı göstəricisi 80 faizdən 97,6 faizə yüksəlib, texniki itkilər isə 13,9 faizdən 8,5 faizə endirilib.

Mətbuat konfransında paytaxtda, regionlarda, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda “yaşıl” enerji ilə dəstəklənən enerjidoldurma məntəqələrinin quraşdırılması və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi barədə də məlumat verilib, Bakı və ətraf ərazilərdə 22, işğaldan azad olunmuş ərazilərdə 7, digər regionlarda isə 15 enerjidoldurma məntəqələrinin fəaliyyət göstərdiyi vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Fevral 2025 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri