Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir

Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


“Cənab Prezidentin Qarabağ və Şərqi Zəngəzura hər bir səfəri Böyük Qayıdışa təkan verir, bu prosesi daha da sürətləndirir. Ötən gün dövlət başçısının Zəngilan və Cəbrayıla səfəri də bu mənada əhəmiyyətlidir. Həqiqətən də Cənab Prezidentin bu kimi səfərləri “Böyük Qayıdış” proqramının uğurlu icrasının bariz nümunəsi kimi qiymətləndirilə bilər”.
Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, dövlət başçısının oktyabrın 28-də Zəngilan və Cəbrayıla səfəri işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində görülən işlərin miqyasını bir daha nümayiş etdirdi:
“Cənab Prezident Zəngilan rayonunun Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak etdi, kənd sakinlərinə açarları təqdim etdi. Eyni zamanda dövlət başçısı Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak etdi,
Cəbrayıl şəhərində ikinci və üçüncü yaşayış komplekslərinin, yeni inşa ediləcək şəhər məscidinin təməli qoydu. Bütün bunlar, Cənab Prezidentin Zəngilan və Cəbrayıla səfəri, çoxsaylı açılış mərasimlərinin gerçəkləşməsi Böyük Qayıdışa Dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilən layihələrin artıq real nəticələr verdiyini aydın şəkildə göstərdi”.
İlham Məmmədov qeyd edib ki, Zəngilan rayonu bu gün Azərbaycanın “yaşıl enerji zonası” modelinin aparıcı bölgələrindən birinə çevrilir:
“Cəbrayıl rayonu isə azad edilmiş ərazilər arasında iqtisadi və sənaye inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Burada yeni kənd təsərrüfatı layihələri, yol və enerji infrastrukturu, həmçinin “Ağıllı kənd” modelinə əsaslanan yaşayış məntəqələri qurulub. Prezidentin səfəri bu proseslərin davamlı şəkildə həyata keçirildiyini göstərdi. Bu səfər həm də bir daha təsdiq etdi ki, Böyük Qayıdış proqramı artıq konseptual sənəd mərhələsindən çıxaraq, praktik mərhələyə daxil olub. Dövlətin siyasi iradəsi, iqtisadi resursları və xalqın birliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir”.
Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin Zəngilan və Cəbrayıla səfəri, həm də Azərbaycanın postmüharibə dövründə bərpa və inkişaf strategiyasının uğurla həyata keçirildiyinin göstəricisidir:
“Bu səfər həm də işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasının, ədalətin və milli qürurun təcəssümüdür”.
Süleyman
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 29 Oktyabr 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see363

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see350

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see247

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see247

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see236

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see232

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see223

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see177

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see176

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see165

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see160

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see152

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see150

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see150

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri