Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi: yeni imkanlar

Qarabağ və Şərqi Zəngəzurda sağlamlıq turizmi: yeni imkanlar

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Hər il minlərlə insan dincəlmək və həmin müddətdə tibbi xidmətlər almaq məqsədi ilə dünyanın müxtəlif ölkələrinə səyahət edir. Sağlamlıq turizmi günü-gündən inkişaf edərək gəlirli bir sahəyə çevrilməkdədir.
Turizmin bu növü bir neçə xüsusiyyətinə görə ölkələr üçün faydalı hesab edilir. Əvvəla, sağlamlıq turizmi üçün mövsüm anlayışı yoxdur, yəni ilin 12 ayı ərzində turist qəbul etmək mümkündür. Digər tərəfdən, bu növ səyahətlər adi səfərlərlə müqayisədə daha uzunmüddətli olur, bu da sözsüz ki, ölkələrin iqtisadi marağında olan məsələdir.
Qarabağ və Şərqi Zəngəzurun azadlığa qovuşması ilə Azərbaycanda da bu turizm növünün canlandırılması ilə bağlı müzakirələr genişlənir. Sağlamlıq və termal turizmin inkişaf etdirilməsi üçün bu bölgənin seçilməsi isə təsadüfi deyil. Belə ki, bu bölgə tarixən turizmin bu növü üçün əlverişli hesab olunub. Xüsusən, Kəlbəcər, Laçın, Şuşa və digər bölgələrimizin dağlıq hissələrində sağlamlıq turizmi üçün əlverişli imkanlar olub və mütəxəssislər bunun təkrar canlandırılmasının ölkəyə əhəmiyyətli iqtisadi fayda qazandıracağı qənaətindədirlər.
Vergi güzəştləri sektorun inkişafını dəstəkləyir
Azərbaycanın bu turizm növü üzrə ənənələri mövcud olduğundan, indiki məqamda markalaşma siyasəti həyata keçirməklə, üstəgəl, yeni innovativ yanaşmalar da tətbiq etməklə sağlamlıq turizmini inkişaf etdirmək mümkündür. Bu sahəni təhlil edən ekspert, “Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək” Assosiasiyasının rəhbəri Ruslan Quliyev hesab edir ki, bu turizm növünün inkişafına dəstək verən bir neçə amil var ki, onlardan biri vergi güzəşti məsələsidir. Belə ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə nağdsız qaydada aparılan ödənişlər üzrə ödənilmiş ƏDV-nin tam məbləğdə həmin şəxslərə geri qaytarılması nəzərdə tutulur. Bu dəyişiklik ölkədə tibb turizminin inkişafı və ölkəyə valyuta cəlb olunmasının stimullaşdırılması məqsədi daşıyır. Ekspert dünyanın bir çox ölkəsində tətbiq edilən bu güzəştin ölkəmizdə də həyata keçirilməsinin tibb turizminin inkişafında müstəsna əhəmiyyəti olacağına inanır. R.Quliyev məhz bunun sayəsində tibbi rekreasiya və müalicə üçün ölkəmizə üz tutanların sayında nəzərəçarpacaq artım gözlədiyini bildirib.
Vergi sistemində tətbiq edilən yeniliklərin turizm sektorunda məmnunluqla qarşılandığını deyən R.Quliyev bu sahənin inkişafı üçün təşviq kampanyalarının keçirilməsini də vacib sayır. Bildirir ki, müxtəlif ölkələrdən ekspertlərin cəlb olunması ilə şəfalı su qaynaqları üzərində təsisatlar yaratmaq və buna xarici investisiyalar cəlb etmək üçün atılmalı ilk addım təşviq kampanyalarının həyata keçirilməsidir.
Qeyd edək ki, Azərbaycanı sağlamlıq turizmi destinasiyası kimi tanıtmaq üçün “Sağlamlıq və Termal Turizmə Dəstək” Assosiasiyası 2013-cü ildə yaradılıb. Bundan bir il sonra Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına üzvlüyə qəbul olunan qurum Türkiyənin Antalya şəhərində keçirilən tədbirdə Qlobal Sağlamlıq Şurasına rəhbərliyi həyata keçirib. 70-dən artıq ölkəni birləşdirən bu təşkilat 5 milyarda yaxın insanın yaşadığı arealı təmsil edir.
Turizmə kompleks yanaşma
Füsunkar təbiəti ilə hamının diqqətini özünə cəlb edən Qarabağ və Şərqi Zəngəzur zonasında sağlamlıq və termal turizmin inkişafı üçün əlverişli şərait mövcuddur. Kəlbəcərdə “İstisu”, Zəngilanda “Qotursu”, Laçında isə 300-ə yaxın su mənbəyinin mövcud olması bunu deməyə əsas verir. R.Quliyev hesab edir ki, sözügedən bölgədə ekoloji turizm, aqro turizm və sağlamlıq turizminin sintezini yaratmaq daha ağlabatan fikirdir və buna maksimum imkan da var. Artıq azadlığına qovuşan bölgələrimizdə turizmi dirçəltmək üçün proqramın hazırlanmasına start verilib.
Turizmə yeni nəfəs: hava limanları
Torpaqlarımız azadlığına qovuşandan sonra bölgənin iqtisadiyyatı yenidən qurulur və hava limanlarının tikintisinə xüsusi diqqət ayrılır. Qısa müddətdə ərsəyə gətirilən Füzuli Beynəlxalq Hava Limanının açılması ilə Bakıdan Zəfərimizin rəmzi olan Şuşaya da yol qısaldı. Bundan sonra Zəngilanda hava limanın açılışı reallaşdı. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatından sonra isə Xocalı yaxınlığındakı aeroportdan da istifadə imkanları reallaşdı. Bu hələ son deyil, Şərqi Zəngəzurda daha bir hava limanı Laçında fəaliyyət göstərəcək. Ekspertlər Laçın Beynəlxalq Hava Limanının turizmə əlavə dəstək verəcəyi qənaətindədirlər. Rayonun Qorçu kəndində yerləşən bu hava limanından istifadə etməklə Kəlbəcər və Laçındakı sağlamlıq, termal turizm yerlərinə birbaşa səyahət etmək mümkün olacaq. Nəzərə alsaq ki, bu aeroport da beynəlxalq statustda olacaq, onun turizmin inkişafında müstəsna əhəmiyyəti olacağı şübhə doğurmur.
Qeyri-ənənəvi pant vannaları...
Dünyada sağlamlıq turizmi deyiləndə ağıla gələn müalicə metodlarından biri də pant vannalarıdır. Bu, Azərbaycan üçün qeyri-ənənəvi bir müalicə üsuludur. Maral buynuzundan hazırlanmış bu vannalar xroniki yorğunluq sindorumunu aradan qaldırmağa, emosional vəziyyəti yaxşılaşdırmağa kömək olur. Bundan başqa, orqanizimdə gedən maddələr mübadiləsi və metabolik proseslərin intensivliyinə də müsbət təsir göstərir. Bu metoddan daha çox Rusiyanın Altay və Sibir bölgələrində geniş istifadə olunur. Prosedurdan istifadəyə gəlincə, maral buynuzu havalar istiləşdiyi aylarda sümükləşməmiş kəsilir və həmin pantlar bir neçə sutka suda qaynadılır, daha sonra vanna 40 dərəcəyədək qızdırılır və pasiyent 20 dəqiqə ərzində proseduru qəbul edir. Maral buynuzunun tərkibində 23 amin turşusu mövcud olduğundan, müalicənin effektiv olduğuna inanılır.
Belə müalicə üsulunun hazırda Xızı, İsmayıllı və Şamaxıda mövcud olduğunu deyən ekspert bunu Qarabağ və Şərqi Zəngəzurdakı turizm obyektlərində də yaratmaqla kifayət qədər turistin diqqətini çəkməyin mümkün olduğunu deyir. Bildirir ki, əgər belə bir yenilik edilərsə, bu, xüsusən Körfəz ölkələrindən Azərbaycana gələn turistləri özünə cəlb edəcək. (vergiler.az)
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 May 2025 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri