Icma.az
close
up
RU
“Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq üçün geniş imkanlar açılıb”

“Qarabağ və Şərqi Zəngəzurda sahibkarlıq üçün geniş imkanlar açılıb”

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cənab Prezident İlham Əliyevin 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, hər il 25 aprel Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu gün – iqtisadi gücümüzün formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və ölkənin dayanıqlı inkişafında əvəzsiz rolu olan sahibkarların əməyi və fədakarlığına verilən yüksək qiymətin təzahürüdür.

Sahibkarlığın inkişafı Azərbaycanın iqtisadi strategiyasının əsas sütunlarından biridir. Son illər ölkəmiz sürətli və dayanıqlı iqtisadi artım dinamikası nümayiş etdirir, qeyri-neft sektoru üzrə ixracın və ümumi daxili məhsulun artması bu sahədə həyata keçirilən islahatların uğurundan xəbər verir. Dövlətin davamlı dəstəyi, institusional islahatlar və yaradılan əlverişli biznes mühiti nəticəsində sahibkarlarımız yeni ideyalar, dayanıqlı layihələr və innovativ təşəbbüslərlə çıxış edərək ölkəmizin hərtərəfli inkişafına mühüm töhfələr verirlər.

Qürur və sevinclə qeyd etməliyik ki, əldə olunmuş zəfər nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında da sahibkarlıq üçün geniş imkanlar açılıb və açılmaqda davam edir. Dövlət tərəfindən bu bölgələrdə infrastrukturun sürətlə bərpası, vergi və gömrük güzəştləri, investisiya təşviqləri yaradılaraq iş adamlarının aktiv fəaliyyəti üçün münbit şərait formalaşdırılıb.

Bununla yanaşı, Çin və digər Şərq ölkələrinin bazarlarına çıxış imkanlarının genişlənməsi, “Orta Dəhliz” kimi beynəlxalq logistika layihələrinin reallaşması Azərbaycan sahibkarlarına daha böyük miqyasda fəaliyyət göstərmək, rəqabətqabiliyyətli məhsullarla xarici bazarlara çıxış əldə etmək üçün yeni imkanlar açır.

Cənab Prezident İlham Əliyevin “Mən sahibkarların ən yaxın dostuyam” fikri də bu sahəyə olan diqqət və etimadın ən açıq ifadəsidir. Biz sahibkarlar da bu etimada layiq olmaq üçün daim əzmlə çalışır, dövlətimizin iqtisadi inkişafında fəal iştirak edirik.

Bu əlamətdar gün münasibətilə ölkədə fəaliyyət göstərən bütün sahibkarları səmimi-qəlbdən təbrik edir, möhkəm can sağlığı, yeni nailiyyətlər və davamlı uğurlar arzulayıram!

Fərhad Qaraşov

Sahibkar, “Tərəqqi” medalı təltifçisi

“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Aprel 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see294

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see256

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see236

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see206

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see203

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see191

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see181

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see172

Korrupsiya və əxlaq PARADOKSU Qarayevlərin biznes imperiyası SİYAHI

16 Dekabr 2025 09:01see157

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see156

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see155

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see153

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see148

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see148

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see147

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see146

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see141

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see141

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri