Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji istehsalının həcmi 1,6 GVt a çatdırılacaq

Qarabağ və Şərqi Zəngəzurda yaşıl enerji istehsalının həcmi 1,6 GVt a çatdırılacaq

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 1,6 GVt "yaşıl enerji"nin istehsal edilməsi planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə energetika nazirinin müavini Orxan Zeynalov I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 25) bildirib.

O xatırladıb ki, Qarabağda günəş və külək enerjisinin potensialı 10 GVt həcmində qiymətləndirilir.

"Azərbaycanın su ehtiyatlarının dörddə biri də başlanğıcını bu regionlardan götürür. 2030-cu ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 1,6 GVt elektrik enerjisinin istehsal edilməsi planlaşdırılır ki, bu da regionun özünə lazım olan enerjidən 2 dəfə çox enerji istehsal etməyə imkan verəcək. Artıq qalan enerji Cəbrayıl enerji qovşağı vasitəsilə Naxçıvana, Türkiyəyə və digər regionlara ixrac edilə bilər", - deyə O. Zeynalov bildirib.

O, həmçinin qeyd edib ki, hazırda Naxçıvanın "yaşıl enerji" potensialının qiymətləndirilməsi həyata keçirilir.

"BCG US" şirkəti bu yaxınlarda texniki-iqtisadi əsaslandırmanı tamamlayıb: texniki potensial 25 GVt, iqtisadi potensial isə təxminən 6-7 GVt həcmində qiymətləndirilir. Layihə çərçivəsində Naxçıvanda elektrik enerjisinin istehsalı güclərinin yaradılması nəzərdə tutulur, onun ikinci komponenti isə Türkiyəyə sistemlərarası xəttin, yəni Naxçıvandan Türkiyəyə birbaşa ixracın təşkilidir. Bu marşrutu əlavə olaraq Ermənistan və Naxçıvandan keçən Cəbrayıl enerji qovşağı vasitəsilə gücləndirmək olar", - nazir müavini əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Sentyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri