Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurda “yaşıl” layihələrə meydan açılır

Qarabağ və Şərqi Zəngəzurda “yaşıl” layihələrə meydan açılır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyat tədricən əvvəlki məcrasına qayıdır. Düşmənin 30 il ərzində viran qoyduğu, daşı daş üstə saxlamadığı yurd yerlərimiz Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, eləcə də dövlət xəzinəsi hesabına yenidən bərpa olunur. Yeni salınmış yaşayış məntəqələri ilk sakinlərini qəbul edir, keçmiş məcburi köçkünlər yurda qayıdışın sevincini yaşayırlar. Sakinlərin rahat yaşayışını təmin etmək, eləcə də regionu əlverişli turizm məkanına çevirmək üçün ən müasir infrastruktur yaradılır. Bir sözlə, 44 günün döyüş meydanı indi əsl quruculuq, hünər meydanına çevrilib.

Yüksək sənaye, kənd təsərrüfatı və turizm imkanlarına malik olan bu ərazilər, həm də alternativ və bərpa olunan enerji potensialı ilə zəngindir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilər və yaşayış sahələri ilə bağlı müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasında həmin ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi əsas istiqamətlərdən biri hesab olunur. Məhz belə bir zənginliyi nəzərə alan dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzurun 10 min kvadratkilometrlik ərazisini “yaşıl enerji” zonası elan edib. Bu məqsədlə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli sərəncam imzalanıb. Sənədə əsasən, Nazirlər Kabineti tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı Tədbirlər Planı” təsdiq edilib.

Mütəxəssislərin son hesablamalarına görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 10 min meqavatadək “yaşıl” enerji potensialı mövcuddur. Elə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi də bildirir ki, Qubadlı, Zəngilan, Cəbrayıl və Füzuli rayonları texniki potensialı 7200 meqavatdan çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Bununla yanaşı, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min meqavat həcmində qiymətləndirilir. Kəlbəcər və Şuşa rayonlarının geotermal mənbələri də “yaşıl” enerji istehsalı üçün olduqca əlverişlidir. Son tədqiqatlara əsasən, Kəlbəcər rayonunun ərazisində 3093 kubmetr-gün, Şuşada isə 412 kubmetr-gün termal su ehtiyatları mövcuddur.

Artıq işğaldan azad edilmiş ərazilərimiz beynəlxalq səviyyəli “yaşıl” layihələrin icra olunduğu məkana çevrilib. Məlum olduğu kimi, hazırda BP şirkəti ilə sıx əməkdaşlıq şəraitində Cəbrayıl rayonunda “Şəfəq” Günəş Elektrik Stansiyasının tikintisi intensiv şəkildə davam etdirilir. Bununla yanaşı, yaxın gələcəkdə rayon ərazisində daha 100 meqavat gücündə stansiyaların inşası nəzərdə tutulur.

Yeri gəlmişkən, ekspertlər günəş elektrik stansiyasının tikintisi üçün Cəbrayıl rayonunun ərazisinin seçilməsini heç də təsadüfi saymırlar. Onların fikrincə, bu sahədə aparılan tədqiqatlar Azərbaycanda günəş enerjisini orta illik zaman çərçivəsində elektrik enerjisinə çevirməyin ən yüksək faydalı iş əmsalının məhz bu rayonun ərazisinə düşdüyünü təsdiqləyib. Görünür, BP şirkətinin stansiyanın tikintisi üçün həmin ərazini seçməsi də məhz bu amillə bağlıdır. BP “Şəfəq” layihəsinin ilkin yeganə investoru olaraq “SOCAR Green” və Azərbaycan İnvestisiya Şirkəti ilə səhmdarlar sazişi imzalayıb. Sazişə əsasən “Şəfəq (Cəbrayıl) Solar Limited” adlı yeni birgə müəssisə yaradılıb. “Şəfəq” layihəsi ilə bağlı birgə investisiya fəaliyyəti məhz həmin müəssisə tərəfindən həyata keçirilir.

Xatırladaq ki, postsovet məkanının ilk ən böyük günəş elektrik stansiyalarından biri kimi tarixə düşəcək “Şəfəq” Günəş Elektrik Stansiyasının istehsal gücü 240 meqavat təşkil edəcək. Bütövlükdə isə, stansiyada il ərzində, təqribən, 700 milyon kilovat-saat elektrik enerjisinin əldə edilməsi planlaşdırılır ki, bu da kifayət qədər böyük rəqəmdir. Xəzər regionunda ən böyük, eləcə də dünya üzrə ilk beşliyə daxil olan Səngəçal terminalının elektrik təchizatı da tam olaraq “Şəfəq”dən alınan “yaşıl” enerji hesabına ödəniləcək.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisi hidopotensialının zənginliyi ilə də seçilir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın yerli su ehtiyatlarının 25 faizi, yəni ildə, təqribən, 2 milyard 560 milyon kubmetri məhz bu ərazidə formalaşır. Regionun Tərtər, Bazarçay (Bərgüşadçay), Həkəri kimi əsas çayları və digər kiçik çayları böyük su elektrik enerjisi potensialına malikdir. Yeri gəlmişkən, Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgisi çərçivəsində keçirilən “Ağıllı kəndlərin inkişaf perspektivləri: sistemli və institusional aqro və yaşıl yanaşmalar diplomatların gözü ilə” konfransında bildirib ki, yaxın zamanlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, təxminən, 500 meqavat gücündə yeni su elektrik stansiyalar istismara veriləcək ki, bu da ölkə miqyasında kifayət qədər böyük göstəricidir.

Torpaqlarımızın işğaldan azad olunmasından sonra bölgənin hidropotensialının səmərəli istifadəsinə başlanılıb. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hidroenerji potensialının yenidən tədqiqi barədə tapşırığına əsasən, “AzərEnerji" ASC tərəfindən işğal dövründə dağıdılan su elektrik stansiyalarından əlavə, ekoloji normalar daxilində yenilərinin tikintisi barədə hesabat hazırlanıb. Həmin hesabata əsasən, bölgədə ümumi gücü 467 meqavat olan 72 kiçik su elektrik stansiyasının inşa olunacağı nəzərdə tutulub.

Ölkə rəhbərinin Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik təchizatı infrastrukturunun yaradılması, eləcə də hidroenerji ehtiyatlarından səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarına əsasən regionun sərt, keçilməz iqlim və relyef şəraitinə baxmayaraq, ötən 4 ilə yaxın müddətdə bölgədə ümumi gücü 270 meqavat olan 32 kiçik su elektrik stansiyası tikilib və ya yenidən qurulub. Yeri gəlmişkən, dövlətimizin başçısı Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasında bildirib ki, işğaldan azad olunmuş ərazilərimizdə növbəti beş ildə əlavə 30 kiçik su elektrik stansiyasının tikilib istismara verilməsi ilə bu rəqəm 500 meqavata çatdırılacaq.

Bütövlükdə isə, işğaldan azad olunmuş ərazilərimizin hidroenerji potensialının hərəkətə gətirilməsi istiqamətində həyata keçirilən tədbirlərin iqtisadi səmərəsi getdikcə artır. Elə 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda 32 kiçik su elektrik stansiyası üzrə 550 milyon kilovat-saatadək təmiz enerjinin istehsalı da bunu təsdiqləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see324

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see219

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see186

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see173

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see166

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see165

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see161

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see157

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see153

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see152

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see151

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see151

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see149

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see146

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see144

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri