Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024də əldə edilən uğurlar

Qarabağ və Şərqi Zəngəzurun bir ili: 2024də əldə edilən uğurlar

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Vətən müharibəsindən sonra işğaldan azad edilən ərazilərə yenidən həyat verilir, yurdundan didərgin düşmüş sakinlər öz el-obalarına qayıdırlar. 2024-cü ildə də Qarabağda bərpa və quruculuq işləri davam etdirilib.

Oxu.Az geridə qoyduğumuz il ərzində azad edilən torpaqlarda görülən işlərə qısa nəzər salıb.

2024-cü il ilk dəfə Şuşa və Cəbrayıl şəhərlərinə, Xocalıya köç karvanlarının yola salınması ilə əlamətdar oldu. Hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 34 minə yaxın insan yaşayır.

Həmçinin, ötən dövr ərzində ölkə başçısı İlham Əliyev işğaldan azad olunan ərazilərdə müxtəlif müəssisələrin açılışında iştirak edib və bəzi müəssisələrin təməlini qoyub.

Belə ki, Prezident may ayı ərzində Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin, rayonun Mincivan qəsəbəsinin, Cəbrayıl rayonunun Sarıcallı, Karxulu, Böyük Mərcanlı kəndlərinin, Ağdam rayonunun Nəmirli, Şotlanlı kəndlərinin təməlini qoyub, "AzərEnerji" Açıq Səhmdar Cəmiyyətinin "Zəngilan" və "Şayıflı" Su Elektrik stansiyalarının, Zəngilan rayonunun Ağalı kəndində "Ağalı" hotelinin açılışlarını edib.

İyul ayında dövlət başçısı Şuşa sutəmizləyici qurğular kompleksinin, Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında, Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra "Palace" hotelinin, "Qarabağ" hotelinin açılışında iştirak edib, Xankəndi Konqres Mərkəzinin təməlini qoyub.

Sentyabr ayında İlham Əliyev Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun, Ağdam Sənaye Parkında Divar kağızları istehsalı zavodunun, Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun, müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun, Şuşada Bayraq Meydanının, Ağdam şəhərində "Aghdam City Hotel"in, Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının və Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin təmirdən sonra açılışında iştirak edib.

Oktyabr ayında Prezident İlham Əliyev Zəngilan rayonunda "AzərEnerji" ASC-nin "Sarıqışlaq" Su Elektrik Stansiyasının, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin, Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının, Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib, Cəbrayıl rayonunun Soltanlı kəndində "Hicaz quşçuluq" müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin, "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Karabakh Stone" MMC-nin zavodunun, Cəbrayıl şəhərində "Azərsun Holdinq" MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.

Bu il İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu (ICYF) və Azərbaycan Gənclər və İdman Nazirliyi Şuşa şəhərində "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024" Beynəlxalq Proqramı keçiriblər.

İyul ayında "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi, Şuşada "İslam dünyasında qadın: Ənənə və müasir çağırışlar" mövzusunda panel iclas keçirilib.

Oktyabrın 21-də Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib.

Noyabrın 27-28-də Xankəndidə Səhiyyə Nazirliyi və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə Avtomobil Səyyar Klinikası tibbi aksiya keçirib.

Xankəndidə ilk solo konsert noyabrın 22-də keçirilib. Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri olan Arslan Növrəslini pianoda Nicat Aslanov, bas-gitarada Azərbaycanın Əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın Əməkdar artisti Kamran Kərimov müşayiət ediblər.

Qarabağ Universitetində təyinatlar

- Mayın 20-də Şahin Bayramov Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinin rektoru təyin edilib.

- Mayın 29-da Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçiliblər. Universitetin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə Elmar Mustafayev, İncəsənət fakültəsinə isə Türkər Qasımzadə dekan təyin olunublar.

- İyunun 28-də Qarabağ Universitetinin Beynəlxalq Dil Mərkəzinə Ramil Hacıyev direktor təyin olunub.

- İyulun 10-da Hüseyn Mirzəyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinə dekan təyin olunub.

Ermənistanla münasibətlər

Ermənistanla sərhəd delimitasiyası üzrə danışıqlar davam etdirilib. İki ölkə arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 40 sərhəd dirəyi quraşdırılıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və Qazax rayonunun dörd kəndinin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv. kilometr) Azərbaycana qaytarılması təmin edilib. Sovet İttifaqının 1991-ci ildə dağılmasından bəri ilk dəfə Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə razılığa gəliblər. Məhz Prezident İlham Əliyevin qətiyyəti və iradəsi, prinsipial addımları Ermənistanı həmin kəndləri qaytarmağa məcbur edib. Ölkəmizin beynəlxalq sərhədləri çərçivəsində suveren hüquqları daha da gücləndirilib.

Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması

10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat imzalandıqdan sonra Qarabağda və Laçın yolunda Rusiya sülhməramlıları yerləşdirilib. Vətən müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi 2024-cü il iyunun 12-də başa çatıb. Həmin gün sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib. Müdafiə Nazirliyinin yaydığı videoda Xocalı aeroportunda Azərbaycan bayrağının dalğalandırılması əks olunub. Bu prosesdən sonra Azərbaycan ərazisində artıq heç bir xarici hərbi baza, hərbi kontingent yoxdur. Bu, böyük nailiyyət və suverenliyin ən yüksək göstəricisidir.

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Yanvar 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri