Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı

Qarabağ və Şərqi Zəngəzurun iqtisadi potensialı

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Azərbaycanın Qarabağ ərazisi işğaldan azad olunandan sonra Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda bərpa, yenidənqurma işləri başladı və bu proses hazırda da davam etməkdədir. Hazırda Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda regenerasiya və reinteqrasiya dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə postkonflikt quruculuğunun əsas istiqamətləri müəyyənləşdirilib. İşğaldan azad edilən ərazilərdə nəhəng bərpa-quruculuq işləri görülür. Qarabağ və Şərqi Zəngəzur sıfırdan qurulur. İşğalçı Ermənistanın yerlə-yeksan etdiyi, xarabalığa çevirdiyi, yer üzündən sildiyi şəhərlər, kəndlər, qəsəbələr yenidən tikilir.

Həmin bölgənin Azərbaycan iqtisadiyyatına təsiri, iqtisadi potensialı nələrdən ibarətdir? Bölgədə aparılan yenidənqirma işləri ölkənin iqtisadi inkişafında necə rol oynaya bilər sualları ətrafında millət vəkilləri və iqtisadçılar fikirlərini “Xalq Cəbhəsi” ilə bölüşüb.

“Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevriləcək”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Vüqar Bayramov Qarabağ və Şərqi Zəngəzurun iqtisadi baxımdan böyük potensiala malik olan bölgələrimizdən olduğunu vurğulayıb: “Qarabağın, eləcə də Şərqi Zəngəzurun praktik olaraq iqtisadiyyatın əksər sahələrində böyük potensialı var. Əvvəla, aqrar sektorda Qarabağ və Şərqi Zəngəzur böyük potensiala malik olan bölgəmizdir. Bu da nəticə etibarı ilə həmin ərazilərimizdə kənd təəsərrüfatının inkişafı üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu, sənaye potensialına malik olan bölgələrimizdəndir. Çünki kifayət qədər təbii ehtiyatları var. O təbii ehtiyatlar imkan verir ki, həmin ərazilərimizdə sənayeni inkişaf etdirmək mümkün olsun. Bu ərazilərin turizmin əksər sahələri üzrə böyük potensialı var. Həm daxili turizm, həm tarixi, həm mədəni, sağlamlıq turizmi, dini turizm bütün bunlar ondan xəbər verir ki, bu bölgələrimizin turizm potensialı kifayət qədər böyükdür. Bu da təbii ki, yeni imkanlar deməkdir. Nəqliyyat və logistika sahəsində də imkanlar birmənalı şəkildə yüksəkdir. Çünki şimal-cənub, qərb-şərq nəqliyyat dəhlizləri məhz həmin ərazilərimizdən keçir. İnfrastrukturun inkişaf etməsi də bu konteksdən yeni imkanlar yaradır”.

V.Bayramovun sözlərinə görə, ilkin qiymətlərdirmələrə görə, işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan iqtisadiyyatının 10 faizindən çoxunu formalaşdırmaq və yeni dəyər yaratmaq potensialına malikdir: “Bu da o deməkdir ki, yaxın zamanlarda işğaldan azad olunmuş ərazilərimiz Azərbaycan iqtisadiyyatında təxminən 10 milyard manatdan artıq yeni dəyərin yaranmasına şərait yaradacaq. Təbii ki, bu da həmin ərazilərimizdə iqtisadiyyatın formalaşması və eyni zamanda reinteqrasiyası baxımdan çox vacibdir. Bu, bir daha təsdiq edir ki, artıq növbəti mərhələdə Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevriləcək”.

“Qarabağ öz gözəlliyi ilə görənləri heyran edir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov qarşıdakı illərdə Qarabağda tam yekunlaşacaq olan quruculuq işlərinin ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcəyini deyib: “Azərbaycanın qələbəsi nəticəsində regionda yaranan yeni şərait ölkəmiz və bölgə üçün yaxşı perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyev deyib ki, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik və artıq Qarabağ öz gözəlliyi ilə görənləri heyran edir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlərin, həyata keçirilən tədbirlərin sürətlə aparılması bunu deməyə əsas verir. İşğal altındakı ərazilərimizin azad olunmasıyla Qarabağ bölgəsinin Azərbaycan iqtisadiyyatının genişlənməsinə və diversifikasiyasına töhfəsi olacağı şübhəsizdir. Reallıq budur ki, həm qələbəmizin siyasi cəhətdən möhkəmləndirilməsi, həm işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin aparılması istiqamətində sistemli fəaliyyət müvəffəqiyyətlə davam etdirilir”.

“Qarabağın böyük xammal bazasına malikdir”

Deputat Qarabağın böyük xammal bazasına malik olduğunu diqqətə çatdırıb: “Qarabağ füsunkar təbiəti ilə yanaşı, yeraltı və yerüstü sərvətlərə, zəngin iqtisadi potensiala, geniş turizm imkanlarına malikdir. Bu rayonlarımız aqrar üstünlüyü, xammal bazası və emaledici sənaye istehsalı baxımından əlverişlidir. Həmin ərazilərin iqtisadi potensialının əsas parametrlərinə diqqət yetirsək görərik ki, Ermənistanın talançılığı, istismarı nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilmişdi, işğal nəticəsində minlərlə hektar əkinəyararlı ərazi hərbi tullantılarla çirkləndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünyanın genofonduna milyardlarla manat həcmində ziyan vurulmuşdu. İşğaldan azad edilmiş torpaqların iqtisadi potensialı çoxspektrli olub, kənd təsərrüfatının, sənayenin və turizmin müxtəlif sahələrini əhatə edir. Bu torpaqlar üzümçülük, tütünçülük, pambıqçılıq, baramaçılıq, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala sahibdir. Həmçinin Azərbaycanın mineral su ehtiyatlarının 40 faizinə qədəri işğal altındakı torpaqlarda idi”.

M.Cəfərov həmçinin qeyd edib ki, Qarabağda təhlükəsizlik təmin edildikdən, infrastruktur yeniləndikdən və demoqrafik məsələlər həll olunduqdan sonra turizmin təşkili üçün kompleks layihələrin həyata keçirilməsi də reallaşacaq: “Qarabağın ümumrespublika iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi həm dövlətimizin, həm də region iqtisadiyyatının ümumi artımında əvəzsiz rol oynayacaq”.

“Bu, mövcud infrastrukturun inkişaf etdirilməsinə xidmət edir”

İqtisadçı Eldəniz Əmirov bildirib ki, işğaldan azad olunmuş ərazilər Azərbaycanın kifayət qədər ciddi iqtisadi potensiala sahib əraziləridir: “Bu ərazilərdə ölkənin kənd təsərrüfatına qatqı qatması üçün son dərəcə münbit kənd təsərrüfatı təyinatlı, yararlı torpaqların olması, turizm sektoruna töhfə verə biləcək infrastrukturun yaradılması və təbii relyefin turizm sektoru üçün əlverişli olması, ölkənin su ehtiyatlarının 25 faizinə qədərinin burada yerləşməsi, eyni zamanda, coğrafi olaraq daha çox ölkələrlə sərhədin məhz burada mövcud olması iqtisadiyyatın bir çox istiqamətləri üzrə inkişaf üçün ciddi zəmin yaradır. Bu da təbii ki, Rrspublikamızın iqtisadiyyatına, ələxsus da makroiqtisadi göstəricilərin artmasına öz töhfəsini verəcək”.

İqtisadçının sözlərinə görə, biz bura ayrı-ayrılıqda sahələr üzrə baxsaq, məşğulluğun təmin olunmasına bu ərazilərin faydasını görə biləcəyik: “Hazırda tikinti, yenidənqurma və bərpa işlərinin burada sürətlə aparılması məhz ölkədə məşğulluğa ciddi şəkildə öz töhfəsini verir. Gələcəkdə isə təbii ki, ayrı-ayrı təsərrüfat subyektlərinin yaranmasına, sahibkarlığın burada inkişaf etdirilməsinə fürsətlər yaranacaq. Ölkə olaraq hər il ortalama 4 milyard manatlıq bir vəsait məhz bu ərazilərin yenidənqurma və bərpasına xərclənir. Bu da mövcud infrastrukturun inkişaf etdirilməsinə xidmət edir. Çünki istənilən reinteqrasiya prosesi mütləq şəkildə ciddi infrastruktur layihələrin icrasını zəruri edir”.

“Bu ərazilərdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi mümkündür”

İqtisadi ekspert Xalid Kərimli Qarabağın və Şərqi Zəngəzurun həm də kənd təsərrüfatı sahəsində inkişafının diqqəti cəlb etdiyini qeyd edib: “Bu ərazilərdə həm heyvandarlıq, həm bağçılıq, həm əkinçilik potensialı mövcuddur. Ənənəvi olaraq bu ərazi hətta Sovet dönəmində də kənd təsərrüfatı təyinatlı idi. O vaxt bu ərazilər ölkədə ümumi kənd təsərrüfatı istehsalının 35 faizini verirdi. Yəni ilk olaraq kənd təsərrüfatıdır. İkinci növbədə, buranın potensialında turizmin müxtəlif növləri həm coğrafi, həm müalicəvi, həm qastronomik iaşə turizmi və s. üçün şərait var. Yəni bu ərazilərdə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi mümkündür”.

Onun sözlərinə görə, üçüncü istiqamət bu ərazilərdə mineral yataqlarının, xüsusən də qızıl, mis yaraqlarının olmasıdır: “Bu potensial Kəlbəcər, Zəngilan, Ağdərədə mövcuddur. Bunu istismar etmək mümkündür. Yəqin ki, bu istiqamətdə intensiv şəkildən işlər görülür. Dördüncü istiqamət bu ərazinin bərpa olunan enerji potensialının olmasıdır. İndiki halda öz tələbatını ödəmək üçün yerli əhəmiyyətli su elektrik stansiyaları qurulur. Ümumiyyətlə, ölkənin ən böyük problemi su çatışmazlığıdır. Bu ərazilərində suyun nisbətən Aran zonalarına görə daha yaxşı təminatı var. Mən ənənəvi sahələri dedim. Amma Zəngəzur dəhlizi açılarsa, bu ərazilərin daha böyük potensiallarını realizə etmək mümkün olacaq”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:330
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 28 Yanvar 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri