Qarabağ və Şərqi Zəngəzurun potensialı xarici mediada təbliğ olunub
Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Xəbər verildiyi kimi, “Yeni Həyat-İqtisadi İnkişaf” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə “Qarabağ və Şərqi Zəngəzurun potensialından səmərəli istifadə” layihəsi həyata keçirilir.
Layihə çərçivəsində Polşa, Özbəkistan, Pakistan və Türkiyə KİV-lərində yazılar dərc olunub. Yazılarda Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın strateji və iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edən ərazilər olduğu vurğulanıb. Bildirilib ki, 2020-ci il Vətən müharibəsində bu bölgələri Azərbaycan işğaldan azad edib. Və artıq Azərbaycan dövlətinin burada genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verdiyi xatırlanıb.
Məqalələrdə Qarabağ və Şərqi Zəngəzurda xarici şirkətlər üçün investisiya imkanlarıının yaradılmasından bəhs olunub. Həmçinin məqalələrdə Qarabağ və Şərqi Zəngəzurda Azərbaycan–Türkiyə qardaşlığının iqtisadi təzahürü xüsusi olaraq qeyd olunub.






Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 08 İyul 2025 15:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















