Icma.az
close
up
RU
Qarabağ və Şərqi Zəngəzurun su potensialından istifadə artırılacaq

Qarabağ və Şərqi Zəngəzurun su potensialından istifadə artırılacaq

Apa.az saytına istinadən Icma.az xəbər verir.

“Su ehtiyatlarından səmərəli istifadə üzrə Milli Strategiya”nın əsas məqsədi Azərbaycanda su təhlükəsizliyini təmin etmək, su dayanıqlığını gücləndirmək, müasir su idarəçiliyi və müasir su idarəetmə sistemini formalaşdırmaqdır.
APA-Economics” xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) departament rəhbəri Əliağa Əzizov deyib.

O bildirib ki, strategiyanın əsas hədəfi su ehtiyatları üzərində nəzarəti artırmaq və uzunmüddətli dayanıqlığı təmin etməkdir:

“Əsas prinsiplər və istiqamətlərdən birincisi su ehtiyatlarının qiymətləndirilməsidir. Çünki bütün məsələlər buradan başlayır. Bunun üçün hidrologiya və hidrogeologiya üzrə tədqiqatların aparılması, həmin tədqiqatlardan dəqiq məlumatların əldə edilməsi, real vaxt rejimində məlumatların toplanması və sensorlar, avtomatik qurğular vasitəsilə rəqəmsal texnologiyaların tətbiqi əsas şərtlərdəndir. İkinci istiqamət, su ehtiyatlarının səmərəli idarə olunmasıdır. Bu, inteqrasiya olunmuş su idarəçiliyi modelinin tətbiqi deməkdir. Strategiya Azərbaycanın bütün su ehtiyatlarını, yəni həm transsərhəd çaylarını, həm də daxili çayları vahid sistem üzrə idarə etməyi nəzərdə tutur. Digər mühüm istiqamət hövzə prinsipi üzrə idarəetmədir. Xüsusilə kənd təsərrüfatına suyun bölgüsü baxımından bu, çox vacibdir. Çünki Azərbaycanda suyun ən böyük istehlakçısı məhz kənd təsərrüfatıdır. Buna görə də hövzə idarəçiliyi strategiyanın əsas dayaqlarından biridir. Növbəti prinsip su itkisini minimuma endirməkdir. Hazırda suvarma və içməli su infrastrukturunda sızmalar, axıntılar və itkilər mövcuddur. Strategiyanın hədəfi 2040-cı ilə qədər bu itkiləri əhəmiyyətli dərəcədə azaltmaqdır”.
O qeyd edib ki, digər bir hədəf içməli su təchizatında 100% sayğaclaşmaya nail olmaqdır:

“Strategiyanın mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin su potensialından istifadənin artırılmasıdır. Prezidentin təşəbbüsü ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda su təhlükəsizliyini təmin etmək üçün bir sıra layihələr həyata keçirilir. Bütün bu prinsiplər və hədəflər uzunmüddətli xarakter daşıyır və 2040-cı ilə qədər nəzərdə tutulub”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://apa.az
archiveBu xəbər 01 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri