Icma.az
close
up
RU
Qarabağ yenə bir addım öndə

Qarabağ yenə bir addım öndə

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qarabağ” xeyli vaxtdır ki, bir futbol klubu olmaqdan daha irəli gedib, Azərbaycanı dünya səviyyəsində uğurla təmsil edən markaya çevrilib. Klub rəhbərliyi, baş məşqçi Qurban Qurbanov və yaşıl meydanlarda can qoyan, top qovan futbolçuların sayəsində "Qarabağ” uğurları sıralayır, xarabalığa bənzəyən Azərbaycan futbolunun yerlərdə sürünən nüfuzunu qorumağa çalışır.

Çoxları bu uğurları təəccüblə qarşılayır, "köhlən atlar”ın bu zirvələri necə fəth etməsinin sirrini anlaya bilmirlər. Amma hər şey çox sadədir. Uğurun sirri fədakarlıq, peşəkarlıq və öz işini sevərək görən insanların işbirliyidir. Dəfərlərlə isbatlanıb ki, digər klublarımızın "Qarabağ”dan öyrənəcəyi çox şey var. Yerli məşqçiyə göstərilən etimad, ona verilən dəstək Azərbaycan futboluna misli görünməmiş uğurlarla yanaşı Qurban Qurbanovun timsalında xarizmatik bir futbol adamı qazandırıb. Klub rəhbərliyi, şəxsən Abdulbari Gözəl, Tahir Gözəl və Emrah Çelikel ən çətin məqamlarda belə Qurban bəyə dəstək verib, ona inanıb. Bu inamın da "meyvələrini” ölkə futbolu və azarkeşlər dadıb. 

Düzgün seleksiya siyasəti də hamımızın gözünün önündədir. Reynaldo, Almeyda, Juninyo, Zubir, Şehiç kimi heç kimin tanımadığı əcnəbilər məhz "Qarabağ”da parlayıb, özlərini təsdiq ediblər. Rusiyalı qapıçı Andrey Lunyovu Almaniyada hamı unutmuşdu. Məhz "Qarabağ”dakı çıxışı ona "ikinci həyat” verdi, ruslar həmvətənlərini əla məvaciblə Moskva "Dinamo”suna apardılar.

Digər klublarımızın "Qarabağ”dan öyrənəcəkləri təkcə bunlara məhdudlaşmır. İdarəetmə sistemi, Avropanın nüfuzlu futbol təşkilatlarına inteqrasiya bacarığı da əsl dərs vəsaitidir. "Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov qısa müddətdə bu sahədə böyük nüfuz qazanmağı, özünü əla bir təşkilatçı və uğurlu təmsilçi kimi tanıtdırmağı bacarıb. 42 yaşlı Asif bəy 2017-ci ildə Avropa Klublar Birliyinin İşçi Qrupunun üzvü, 2019-cu ildən isə İşçi Qrupunun katibi seçilib. Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İdarə Heyətinə üzvlüyə qədər yüksəlib. Bu da Azərbaycan futboluna göstərilən böyük etimaddır. 

Bu günlərdə "Qarabağ” daha bir ilkə imza atdı, bununla da Azərbaycanın digər klublarından bir neçə addım öndə olduğunu yenidən isbatladı. Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasına, qısa adıyla COP29-a "Qarabağ” özünəməxsus dəstəyini verdi.  "Qarabağ”ın təşəbbüsü ilə "Liverpul”, "Tottenhem” (hər ikisi İngiltərə), "Atletiko Madrid”, "Real Betis” (hər ikisi İspaniya), "Fənərbaxça”, "Qalatasaray” (hər ikisi Türkiyə), "Udineze” (İtaliya), "Porto” (Portuqaliya), "Flamenqo” (Braziliya), "Malmö” (İsveç) kimi klubların təmsilçiləri paytaxtımıza gəldi. "Qarabağ”ın dəvəti ilə Bakıya gələn, COP29-a qatılan futbol klubları iqlim dəyişikliyi ilə mübarizə məqsədi ilə yaradılan birgə alyansa qatıldılar.

Heç şübhəsiz ki, "Qarabağ” bu inamlı addımlarına davam edəcək, həm futbol meydanlarında, həm də ondan kənarda ölkəmizi uğurla təmsil etmək missiyasını uğurla yerinə yetirəcək. Kaş ki, digər Azərbaycan klubları da "Qarabağ”dan öyrənməyi bacara, bu, ümumi işimizin ancaq xeyirinə olar.

Amal Abuşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Noyabr 2024 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri