Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Qarabağ Zəfəri ədalətsiz vasitəçiliyə son qoydu

Qarabağ Zəfəri ədalətsiz vasitəçiliyə son qoydu

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Erməni işğalına son qoyulması üçün rəsmi Bakının İrəvanla uzun illər ərzində beynəlxalq vasitəçilərin iştirakı ilə apardığı danışıqlar təəssüf ki, heç bir real nəticə vermədi. İndi son günlərini yaşayan ATƏT-in mənfur Minsk qrupu çərçivəsində keçirilən saysız-hesabsız görüşlər, irəli sürülən həll variantları, verilən bəyanatlar və qəbul edilən qərarlar kağız üzərində qaldı. Azərbaycan hər zaman beynəlxalq hüquq normalarına əsaslanan ədalətli həll yolunu tələb etsə də, qarşı tərəf buna əməl etmədi. Ermənistan tərəfi qeyri-konstruktiv mövqeyi ilə prosesi daim uzatdı və sülh imkanlarını boşa çıxardı. İşğal altında inləyən torpaqların azad olunması istiqamətində atılacaq addımlar hər dəfə süni şəkildə dalana dirəndi. Bu səbəbdən danışıqlar prosesi illərlə status-kvonun qorunub saxlanılmasına xidmət edən bir vasitəyə çevrildi. Nəticədə, sülh yolu ilə həll edilməsi mümkün olan problem rəsmi İrəvanın destruktiv siyasəti ucbatından müharibə mərhələsinə qədəm qoydu.

Bu məsələ Prezident İlham Əliyevin avqustun 21-də Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşündə toxunduğu məsələlərdən biri oldu. Dövlətimizin başçısı çıxışında bildirdi ki, uzun sürən danışıqlar heç bir nəticə verməmişdi, verə də bilməzdi: “Çünki birincisi, Ermənistan bir qarış torpaq qaytarmaq fikrində deyildi və danışıqlarda, sadəcə olaraq, görüntü yaratmaq naminə iştirak edirdi. Bu məsələ ilə məşğul olmalı olan üç ölkə – Fransa, Rusiya və Amerika məsələni həll etmək əvəzinə, münaqişəni dondurmaq istiqamətində işlər aparırdı və faktiki olaraq erməni işğalına hüquqi don geyindirmək üçün dəridən-qabıqdan çıxırdı. Məhz buna görə münaqişə sülh yolu ilə həll olunmadı”.

Bəli, Prezident İlham Əliyev hər bir məsələdə olduğu kimi, danışıqlar prosesi ilə də bağlı olduqca doğru-düzgün mühakimə yürüdür. Bu da təbiidir. Çünki zəngin dövlətçilik təcrübəsinə malik Prezident İlham Əliyev 17 il ərzində danışıqların bilavasitə iştirakçısı olub. Həqiqətən də həm Ermənistanın, həm də üç həmsədr dövlətin özəl maraqlarının mövcudluğu şəraitində aparılan danışıqlar heç bir nəticə verə bilməzdi. Proses real nəticə əldə etmək üçün yox, görüntü xatirinə aparılırdı. Ermənistanın hərbi-siyasi rəhbərliyi, əlbəttə, torpaq qaytarmaq fikrindən çox-çox uzaq idi. Onlar nəinki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən hansısa əraziləri, vilayətə heç vaxt daxil olmayan ətraf 7 rayonun (Ağdam, Füzuli, Kəlbəcər, Laçın, Cəbrayıl, Qubadlı və Zəngilan) bir santimetr ərazisini də əzəli sahiblərinə geri vermək niyyətində deyildilər. Ermənilər bu rayonlardan müdafiə xəttinin möhkəmləndirilməsi, fortifikasiya qurğularının qurulması, bir sözlə, bufer zonasının yaradılması üçün istifadə edirdilər. Müxtəlif dövrlərdə danışıqlar prosesində işğal altındakı ətraf rayonlardan əvvəlcə beşinin, sonra isə ikisinin (Laçın və Kəlbəcərin) qaytarılması barədə müzakirələrin getməsinə baxmayaraq, son nəticədə heç vaxt razılaşma əldə etmək mümkün olmadı. Bu da maraqlıdır ki, rəsmi İrəvan heç vaxt torpaqları qaytarmayacağını açıq mətnlə bildirmirdi. Xüsusilə ölkənin birinci, ikinci və üçüncü prezidentləri hər zaman hansısa qarşılıqlı güzəştlərdən, sülh və sabitlikdən danışır, münaqişəni gələcək nəsillərə saxlamamağın vacibliyini bildirirdilər. Ancaq real kompromisə getmək lazım gələndə, sülh üçün addım atmaq zəruri olanda onların maskaları yırtılır, əsl simaları nümayiş olunurdu. Yaxud da Ermənistan rəhbərləri həlledici məqamlarda sivişib aradan çıxırdılar. Biz bunun bariz nümunəsini şərti olaraq Rambuye danışıqları adlanan proses zamanı görmüşdük. 2006-cı il fevralın 10-11-də Paris yaxınlığındakı Rambuye şəhərində eyniadlı qəsrdə aparılan danışıqlar zamanı Robert Koçaryan heç kəsə xəbər vermədən qəsri tərk edərək Parisdən İrəvana uçmuşdu. Sonradan o, bunu həmin vaxt müdafiə naziri işləyən Serj Sarkisyanın qayınanasının ölümü ilə əlaqələndirsə də, əslində, həmin addım münaqişənin həlli üçün təklif olunan şərtləri qəbul etməkdən yayınmaqla bağlı idi.

Digər mühüm məsələ üç həmsədr dövlətin prosesdə oynadıqları rolla bağlı idi. Azərbaycanın haqlı olaraq tənqid etdiyi əsas məsələ ondan ibarətdir ki, uzun illər vasitəçi qismində çıxış edən Fransa, Rusiya və ABŞ ədalətli mövqe sərgiləmədilər. Əksinə, hər üç dövlət öz geosiyasi maraqlarını önə çəkərək münaqişənin həllini uzatmağa çalışdılar. Rusiya açıq-aşkar Ermənistanı hərbi-siyasi cəhətdən dəstəkləyir, ona silah satır və bu ölkəni bölgədə öz forpostu kimi saxlayırdı. Fransa isə erməni diasporunun təsiri altında daim birtərəfli mövqe tutaraq, Azərbaycanın legitim tələblərini görməzdən gəlirdi. ABŞ da bu məsələdə real vasitəçilik missiyasını yerinə yetirmək əvəzinə, bölgədə balans yaratmaq adı altında faktiki olaraq mövcud vəziyyətin qalmasına çalışırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, məhz bu səbəbdən danışıqlar nəticəsiz qaldı və münaqişənin sülh yolu ilə həlli mümkünsüz oldu.

Prezident haqlı olaraq bildirir ki, əgər o vaxt Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, əgər işğalçı dövlət böyük dövlətlər tərəfindən cəzalandırılsaydı, əlbəttə, Ermənistan bizim torpaqlarımızı sülh yolu ilə qaytara bilərdi: “Sadəcə olaraq, onlara zərrə qədər təzyiq göstərilmədi, əksinə, onlar üçün bütün imkanlar açılmışdı. Bəzi ölkələr onlara milyardlarla dollar dəyərində pulsuz silahlar verirdi. İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın. Mən bunu dəfələrlə demişəm və bu, tam həqiqətdir”.

Dövlətimizin başçısının fikirləri beynəlxalq ədalətsizliyin aydın təsviridir. Əgər vaxtında Ermənistana qarşı ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı dövlətin manevr imkanları minimuma enərdi və münaqişə sülh yolu ilə həllini tapa bilərdi. Lakin böyük dövlətlərin ikili standartlara əsaslanan siyasəti nəticəsində Ermənistan nəinki cəzalandırılmadı, əksinə, hərtərəfli dəstəkləndi. Ona pulsuz verilən milyardlarla dollar dəyərində silahlar faktiki olaraq işğalın möhkəmlənməsinə xidmət edirdi.

Prezident İlham Əliyev görüş zamanı onu da bildirdi ki, bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər: “Hər gün, hər saat biz bu müqəddəs Zəfər günümüzü yaxınlaşdırırdıq. Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilatlar bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki, Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz bu Zəfərə görə onlara, onlar kimi 10 minlərlə Azərbaycan əsgər və zabitinə borcluyuq”.

Bəli, dövlətimizin başçısının 2003-cü ildən bəri səsləndirdiyi fikirlər – torpaqların mütləq azad ediləcəyinə inam – siyasi kursun dəyişməz prinsipi oldu. Bu illər ərzində ölkəmiz güclü iqtisadiyyat qurdu, beynəlxalq aləmdə haqlı mövqeyini tanıtmaq üçün məqsədyönlü fəaliyyət apardı və Ermənistanın işğalçı simasını ifşa etdi. Paralel olaraq, ən müasir silahlarla təchiz olunmuş qüdrətli ordu formalaşdırıldı, vətənpərvər gənc nəsil yetişdirildi. Nəticədə, 2020-ci ildə Azərbaycan əsgəri və zabiti canı, qanı bahasına torpaqlarımızı azad edərək tarixi Zəfəri təmin etdi. Bu uğur həm xalqımızın səbrinin, həm də dövlətimizin strateji iradəsinin nəticəsi oldu.

Dövlət İdarəçilik Akademiyasının müşaviri, politoloq Zaur Məmmədov XQ-yə açıqlamasında bildirdi ki, Ermənistanla Azərbaycan arasında onilliklər boyu aparılan danışıqların nəticəsiz qalması, əslində, həm işğalçı dövlətin destruktiv mövqeyindən, həm də vasitəçi ölkələrin ədalətsiz siyasətindən qaynaqlanırdı: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan bir qarış torpaq qaytarmaq niyyətində deyildi, Minsk qrupunun həmsədrləri isə real həll yolları axtarmaq əvəzinə, status-kvonu möhkəmləndirmək üçün çalışırdılar. Bu ölkələrin biri Ermənistana silah verirdi, digəri siyasi dəstək göstərirdi, üçüncüsü isə beynəlxalq müstəvidə imtiyazlar tanıyırdı. Nəticədə işğal faktiki olaraq legitimləşdirilməyə cəhd edilirdi. Əgər vaxtında Ermənistana qarşı sanksiyalar tətbiq edilsəydi, əgər ona milyardlarla dollar dəyərində pulsuz silahlar verilməsəydi, münaqişə çoxdan sülh yolu ilə həll edilə bilərdi. Lakin beynəlxalq güclərin ikili standartları Azərbaycanın haqq işini çətinləşdirdi”.

Politoloq dedi ki, buna baxmayaraq, güclü iqtisadiyyatın qurulması, ordunun modernləşdirilməsi və xalqın sarsılmaz iradəsi sayəsində 2020-ci ildə tarixi Zəfər əldə olundu. Bu gün həmin ədalətsiz mövqelər iflasa uğrayıb, Azərbaycan isə ərazi bütövlüyünü və suverenliyini təmin edib.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see416

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see266

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see251

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see238

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see232

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see221

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see216

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see210

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see210

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see210

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see210

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see207

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see205

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see203

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see200

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see198

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see193

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see192

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see180

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri