Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Öskürəyə nə yaxşı təsir edir?

Qarabağ Zəfəri şərəfinə parad

Qarabağ Zəfəri şərəfinə parad

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünya Azərbaycan Ordusunun 5 ildə necə güclənməsinin şahidi oldu

Noyabrın 8-də Bakının Azadlıq meydanı bir daha Azərbaycanın müzəffər ordusunun qüdrətini, xalqın birliyini və dövlətin siyasi iradəsini nümayiş etdirdi. Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad təkcə tarixi Zəfərin rəmzi deyil, həm də milli gücün, strateji düşüncənin və siyasi sabitliyin nümayişi idi. Paytaxtımızın əsas meydanında eşidilən marş sədaları ölkəmizin suverenlik və təhlükəsizlik siyasətində əldə etdiyi nəticələrin real təsdiqi kimi dəyərləndirilməlidir.

Bu parad həm də Azərbaycanın son beş ildə formalaşdırdığı yeni regional nizamın vizual ifadəsinə çevrildi. 2020-ci ilin payızında əzəli torpaqlarımzı düşmən işğalından azad edən Azərbaycan Ordusu bu gün bütün regionda sülhün və təhlükəsizliyin zəmanətinə, əsas söz sahibinə çevrilib. Azadlıq meydanında nümayiş etdirilən hərbi texnika və nizami keçidlər ölkəmizin müdafiə potensialının əvvəlki illərlə müqayisədə qat-qat yüksəldiyini, eyni zamanda, ordumuzun müasir çağırışlara tam uyğunlaşdığını təsdiqlədi. Hərbi parad, əslində, beş il öncə başlanmış yeni geosiyasi mərhələnin davamını göstərən mühüm siyasi mesaj idi.

Ordumuzun gücü təkcə döyüş meydanında deyil, həm də regionun siyasi və təhlükəsizlik arxitekturasında öz əksini tapır. Qeyd etdiyimiz kimi, Azərbaycan Silahlı Qüvvələrinin bugünkü səviyyəsi, texnoloji təchizatı və döyüş hazırlığı onu təkcə ölkəmizin deyil, bütün Cənubi Qafqazın sabitlik dayaqlarından birinə çevirib. Bu baxımdan ordumuzun sülhün və təhlükəsizliyin zəmanəti kimi səciyyələndirilməsi təsadüfi deyil. 2020-ci ildə əldə edilən Qələbə Azərbaycanın milli maraqlarını qorumaq əzmini, eyni zamanda beynəlxalq hüququn bərpasına yönəlmiş iradəsini göstərdi. Beş il ərzində formalaşan yeni güc balansı isə göstərir ki, Azərbaycan daha regional proseslərə reaksiya verən deyil, onları istiqamətləndirən mərkəz rolundadır. Bu reallıq həm hərbi modernizasiya proqramının, həm də diplomatik çevikliyin nəticəsidir. Azərbaycan Ordusu yalnız müdafiə konsepsiyası üzərində deyil, qabaqlayıcı təhlükəsizlik siyasəti prinsipləri əsasında fəaliyyət göstərir. Ölkə sərhədlərinin bütövlüyü, sərhədyanı ərazilərdə sabitliyin təmin edilməsi və regional əməkdaşlıq layihələrinin təhlükəsizliyi bu siyasətin prioritet istiqamətləridir. Məhz buna görə Azərbaycana qarşı hər hansı təxribat və ya yeni işğal cəhdi, təkcə hərbi cavabla deyil, həm də siyasi və iqtisadi müstəvilərdə balanslaşdırılmış tədbirlərlə qarşılanacaq.

Son illər həyata keçirilən hərbi sənaye islahatları, müasir silah sistemlərinin ölkə daxilində istehsalı və dost dövlətlərlə strateji əməkdaşlığın dərinləşməsi Azərbaycanın müdafiə potensialını sabit və uzunmüddətli dayaqlarla təmin edir. Bu sistem yalnız özünü müdafiə üçün deyil, bölgədə sülhün qorunması üçün də mühüm əhəmiyyət daşıyır. Ordunun gücü burada həm çəkindirici amil, həm də sabitlik faktorudur. Güman edirik ki, Azərbaycanın mövqeyi hər kəsə aydındır. Bu mövqe də ondan ibarətdir ki, regionda zorakılıq və revanşizmə yer yoxdur. Bu prinsip həm beynəlxalq hüquqa, həm də 44 günlük müharibədən sonra formalaşmış yeni reallığa əsaslanır. Buna görə də ordumuzun varlığı yalnız gücün simvolu deyil, sülhün dayanıqlığının zəmanətidir. Azərbaycan dövləti göstərir ki, sülh yalnız o zaman qalıcı olur ki, onu qorumağa qadir qüvvə mövcuddur. Bu qüvvə isə bu gün tam şəkildə formalaşmış, öz potensialını təsdiqləmiş Azərbaycan Ordusudur.

***

Ümumiyyətlə, güclü dövlətin əsas dayaqlarından biri peşəkar və müasir orduya malik olmaqdır. Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu bu prinsipin real ifadəsidir. Ölkə rəhbərliyinin siyasi iradəsi, iqtisadi sabitlik və hərbi modernləşmə strategiyası nəticəsində ordumuz artıq dünyanın güclü orduları sırasında layiqli yerini tutub. Qlobal hərbi araşdırma mərkəzlərinin, o cümlədən “Global Firepower” reytinqinin 2025-ci il hesabatına əsasən, Azərbaycan Ordusu 145 ölkə arasında ilk 50-ci yerdə qərarlaşıb və regionda hərbi potensialına görə lider mövqeyə sahibdir. Əlbəttə, bu nəticə təsadüfi deyil. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbə ordunun peşəkarlığını, texnoloji hazırlığını və komandanlıq strukturunun effektivliyini bütün dünyaya nümayiş etdirdi. Həmin dövrdə tətbiq edilən əməliyyat taktikasının müasir müharibə modelinə çevrilməsi, pilotsuz uçuş aparatlarının geniş istifadəsi və hədəf dəqiqliyinin yüksəkliyi Azərbaycanın hərbi sisteminin çevikliyini sübut etdi. Hazırda bu təcrübə tədris proqramlarına daxil edilib, NATO və Türkiyə ilə birgə keçirilən təlimlərdə geniş tətbiq olunur.

Ordumuzun inkişafı iqtisadi güc amili ilə birbaşa bağlıdır. Azərbaycanın 2025-ci il dövlət büdcəsində müdafiə və təhlükəsizlik xərcləri 8 milyard manatdan çoxdur ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım deməkdir. Hərbi sənaye kompleksinin yerli bazada genişlənməsi, zirehli texnikaların, pilotsuz uçuş aparatlarının və döyüş sursatlarının daxili istehsalı ölkənin özünütəminat səviyyəsini yüksəldib. Bundan əlavə, Türkiyə, İsrail, Pakistan, İtaliya və Serbiya ilə hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə edilən yeni nəsil silah sistemləri ordunun taktiki imkanlarını daha da genişləndirib.

Bu gün Azərbaycan Ordusu yalnız müdafiə gücü deyil, həm də strateji tərəfdaşlıq mərkəzi kimi çıxış edir. Ordumuzun struktur islahatları, komandanlıq sisteminin vahid standartlara uyğunlaşdırılması və beynəlxalq hərbi təlimlərdə fəal iştirakı onu regional təhlükəsizlik sisteminin ayrılmaz hissəsinə çevirib. Bütün bu amillər bir daha sübut edir ki, güclü dövlət anlayışı sadəcə iqtisadi göstəricilərlə məhdudlaşmır. Onun əsasında xalqın inamı, siyasi sabitlik və bu sabitliyi qorumağa qadir güclü ordu dayanır. Azərbaycan bu modelin Cənubi Qafqazda parlaq nümunəsinə çevrilib.

***

Sözsüz ki, ordumuzun texnoloji üstünlüyündən də ayrıca bəhs olunmalıdır. Bakıdakı Hərbi parad Azərbaycan Ordusunun modernləşmədən sonra strukturlaşdırılmış, texnoloji cəhətdən inkişaf etmiş və ağır səngər döyüşlərinə girmədən uzaq məsafədən tapşırıqları həll etməyə qadir olduğunu aydın şəkildə nümayiş etdirdi. “ICEBREAKER” gəmi əleyhinə beşinci nəsil super müasir qanadlı raket kompleksi paradın ən görkəmli elementlərindən biri idi. Onun ictimai nümayişi bu sistemin ordumuzun arsenalında mövcudluğunun ilk təsdiqi oldu. “ICEBREAKER”in aşağı hündürlükdə uçuş profili, termal görüntüləmə və hədəf tanıma rejimi həm su üzərindəki gəmilərin, həm də sahil hədəflərinin minimal aşkarlama ilə sıradan çıxarılmasına imkan verir. Mahiyyət etibarilə “ICEBREAKER” potensial düşmənin sahil zonasında manevr azadlığını əhəmiyyətli dərəcədə məhdudlaşdıran və dəniz cinahında effektiv strateji çəkindiricilik vasitəsi olan silahdır.

Ordumuzun paradda nümayiş etdirilən digər vacib komponenti müasir artilleriya qurğuları oldu. Yüksək səviyyəli avtomatlaşdırılmış atəş idarəetmə sisteminə malik müasir 155 millimetrlik uzaqmənzilli platforma olan “DİTA” özüyeriyən sistemi artilleriyanın artıq “yavaş hərəkət edən” bir vasitə olmadığını nümayiş etdirir. Avtomatlaşdırılmış yükləmə sistemi, inteqrasiya olunmuş ballistik naviqasiya (INS/GPS) və rəqəmsal atəş idarəetmə bloku ilə təchiz olunmuş bu vasitə vahid hədəf şəbəkəsinə inteqrasiya edildikdə sürətli və dəqiq “zərbə və uzaqlaşma” alətinə çevrilir. “DİTA” real vaxt rejimində PUA və ya kəşfiyyat sistemindən koordinatları alır, idarə olunan mərmilər atır və düşmən əks-batareya zərbəsi endirməzdən əvvəl mövqelərini dəyişir.

Sürətli yerləşdirmə və məsafədən idarəetmə imkanları ilə təchiz olunmuş 152 millimetrlik “DANA” özüyeriyən artilleriya sistemi və 155 millimetrlik “NORA” qurğuları düşmənin müdafiəsinin dərinliyindəki möhkəmləndirilmiş mövqeləri, sursat anbarlarını və komanda məntəqələrini məhv edə bilən atəş konturu formalaşdırılır. Effektivliyin əsas amillərinə şəbəkə mərkəzliliyi və vahid əməliyyat mənzərəsi, idarə olunan sursatların istifadəsi və “atəş və mövqe dəyişmə” rejimi sayəsində batareyanın minimal həssaslığı daxildir. Avtomatlaşdırılmış özüyeriyən silahların və əməliyyat kəşfiyyatının birləşməsi artilleriyanı sadəcə piyada dəstəyindən dəqiq məhv və çəkindirmə üçün strateji bir vasitəyə çevirir.

Hərbi paradın diqqəti cəlb edən daha bir məqamı aviasiya və pilotsuz uçuş aparatları idi. “Bayraktar Akıncı” ağır zərbə platforması olaraq “Harop” və “SkyStriker” hərəkətli sursatları ilə birləşərək düşmənin həssas elementlərinə – radarlara, komanda məntəqələrinə, hava hücumundan müdafiə heyətlərinə və hədəf obyektlərinə qarşı ilk zərbəni formalaşdırır. Bu modeldə əsas məqsəd quru qoşunları sərhədə çatmazdan əvvəl düşmənin “gözlərini və beyinlərini” söndürmək və ya zəiflətməkdir.

Hərbi aviasiyamızın güclənməsinin daha bir göstəricisi yeni “JF-17 Block 3” döyüş təyyarəsinin silahlanmaya daxil edilməsidir. Müasir hədəfləmə sistemləri və təkmilləşdirilmiş avionika ilə təchiz olunmuş çoxməqsədli təyyarələr olaraq onlar yüngül hücum PUA-larından daha yüksək sürətlə və uzun məsafələrdə hava məkanına nəzarət, ələ keçirmə və dəqiq zərbələr endirməyə imkan verir.

Paradda nümayiş etdirilən yeni nəsil raket, artilleriya və aviasiya sistemləri ölkəmizin müdafiə qabiliyyətinin keyfiyyətcə dəyişdiyini göstərdi. Bu texnoloji irəliləyişlər ordumuzu ənənəvi döyüş taktikalarından daha çox uzaq məsafədən zərbə və hədəf seçimi üzərində qurulmuş sistemə çevirir. Vahid şəbəkə və kəşfiyyat-informasiyalı əməliyyatlar düşmənin manevr imkanlarını məhdudlaşdırır və potensial təcavüzə qarşı inandırıcı çəkindirici amil yaradır. Nəticədə Azərbaycan Ordusunun modernləşməsi yalnız hərbi üstünlük deyil, eyni zamanda regionda davamlı sülh və təhlükəsizliyin təminatçısı rolunu gücləndirir.

S.HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Noyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see226

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see152

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see144

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see140

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri