Icma.az
close
up
RU
Qarabağ zəfərindən sonra PKK nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?

Qarabağ zəfərindən sonra PKK nın da tərksilah edilməsi türk dünyasına necə təsir edəcək?

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə uzun illərdir davam edən terrorla mübarizə prosesi çərçivəsində PKK-nın tərksilahına start verilib. Terror təşkilatının lideri Abdullah Öcalan da tərəfdarlarına çağırış edərək silahların yerə qoyulması və demokratik mübarizəyə start verilməsinin zəruri olduğunu bildirib. Artıq təşkilatın ilk döyüş qrupunun 11 iyuldan etibarən İraqın şimalında tərksilah edilməsinə başlanılacağı açıqlanıb.

Türkiyənin Qazi Universitetinin müəllimi, Türkiyə Siyasət və Strateji Araşdırmalar fondunun sədri Sinan Demirtürk terrorla mübarizənin hazırkı durumu, qarşıda duran vəzifələr, həmçinin prosesin Türkiyə, Yaxın Şərq, Qafqaz və türk dünyasına təsirləri barədə Oxu.Az-ın suallarını cavablandırıb.

-Sinan bəy, Türkiyədə uzun illərdir davam edən terrorla mübarizə PKK-nın tərksilah edilməsi ilə nəticələnir. Prosesin perspektivlərini necə dəyərləndirə bilərsiniz?

-Türkiyədə terrorla mübarizə çərçivəsində uzun müddətdir ki, PKK-ya qarşı qətiyyətli tədbirlər görülür. Təşkilat guya özünü kürd xalqının hüquqlarını müdafiə edən qruplaşma kimi qələmə versə də, əslində, beynəlxalq ictimaiyyət tərəfindən, bir sıra təşkilatlar və ölkələrdə terror təşkilatı kimi qəbul edilib. Çünki terrorçu təşkilat 1984-cü ildən etibarən Türkiyədə, xüsusilə qadınlar və uşaqlar da daxil olmaqla 50 mindən çox insanın ölümünə səbəb olub, eləcə də beynəlxalq narkotik şəbəkələrinə və ticarətinə nəzarət edib. Yəni PKK yalnız müəyyən bir bölgədə yox, bir çox ölkədə terror və insanlıq əleyhinə cinayətlərə imza atıb və bu fəaliyyətini davam etdirir.

-"Terrorsuz Türkiyə" strategiyası necə nəticələnəcək?

-Türkiyə PKK terror təşkilatı ilə mübarizəni davam etdirməklə yanaşı, onun tamamilə tərksilah edilməsi şərti ilə "Terrorsuz Türkiyə" prinsipi çərçivəsində yeni demokratik prosesin başlanmasını vacib sayır. Amma təəssüf ki, bu prosesin ilk dəfə gündəmə gəldiyi 22 oktyabr tarixindən bəri 28 türk əsgəri şəhid olub. PKK guya keçirdiyi bir qurultayla təşkilatın ləğv edilməsi ilə bağlı qərar verməsinə baxmayaraq, Suriyada fəaliyyət göstərən PKK/PYD üzvləri bu qərara əməl etməyəcəklərini bəyan ediblər.

-Türkiyə Silahlı Qüvvələrinin xüsusilə də son dövrlər PKK-ya ağır zərbələr vurması, ələlxüsus pilotsuz uçuş aparatları ilə aparılan əməliyyatlar təşkilatın fəaliyyətini dondurmasında rol oynayırmı?

-Təxminən beş ildir ki, təşkilat silahlı qruplaşmalarını Suriyanın şimalına yerləşdirib, İraq və Türkiyədəki əməliyyatlarını isə minimuma endirməyə çalışıb. Türkiyənin terrorla mübarizəsi çərçivəsində pilotsuz uçuş aparatları ilə həyata keçirilən əməliyyatlar nəticəsində PKK-ya ağır zərbələr vurulub. Lakin bu gün PKK və onun beynəlxalq hamiləri təşkilatın silahları təhvil verməklə bağlı iddialarına baxmayaraq, Suriyada fəaliyyətlərini və Türkiyəyə qarşı qeyri-konstruktiv mövqelərini davam etdirirlər.

-Bir neçə gün bundan əvvəl 12 türk əsgəri "Pençe-Kilit" əməliyyatı bölgəsində mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid oldu. Hadisənin təfərrüatı və tədqiqatlarla bağlı mövcud vəziyyət nə yerdədir?

-Hadisənin baş vermə səbəbi kimi metan qazından boğulma ehtimalı irəli sürülür. Amma eyni anda PKK-nın həmin ərazidə dron hücumu ilə bağlı məlumat yayıldı. Bu sözügedən hadisə də qəsdən edilən hücum ehtimalını artırır. Suriyada prosesi sabotaj etmək, Türkiyənin hərbi məntəqələrinə hücumlarla bölgəni terror təhlükəsi altında saxlamaq mesajı terrorçuların heç vaxt səmimi olmayacağından xəbər verir. Ona görə də təşkilatı Türkiyə, İraq və Suriyadakı mövqeyinə görə fərqli fəaliyyət göstərən qanadlar kimi dəyərləndirmək olmaz.

-PKK-nın regional siyasətə təsiri və mövqeyi barədə nə düşünürsünüz?

-PKK pan-kürd idealları qarşısında ən böyük maneə kimi Türkiyəni görür. Türkiyə və Azərbaycan tərəfindən Yaxın Şərqdə və Qafqazda yaranan yeni reallıq və güclü geosiyasi mövqelər regiona marağı olan ölkələri də narahat edir. Ona görə də PKK türk geosiyasətinə qarşı istifadə edilən mexanimz kimi qalır. Təbii ki, mən terrorun tamamilə sona çatmasını istəyirəm, amma 50 mindən çox Türkiyə vətəndaşını qətlə yetirən bu əli qanlı təşkilata etibar etmək mümkün deyil.

-Bəs təşkilatın ləğvi, eləcə də Yaxın Şərq və Qafqazda yaranan yeni reallıq, regional sabitlik və gələcək perspektivləri necə görürsünüz?

-Qarabağda əldə edilən zəfərdən sonra yaranan yeni reallığı pozmağa çalışan qüvvələr var. Çünki müharibədən sonra Azərbaycan və Cənubi Qafqaz daha da inkişaf edir, Yaxın Şərqdə dəyişiklik və türk dünyasındakı sabitlik iqtisadi inkişaf potensialı olan bir türk geosiyasətinin formalaşmasına səbəb olub. Türk dünyası bu mübarizəni və inkişafı davam etdirməli, xüsusilə PKK kimi sabitliyi pozan terror təşkilatlarına qarşı mübarizə aparmalıdır. 12 şəhidimizi böyük rəhmətlə anır, ailələrinə və türk millətinə başsağlığı verirəm. İnanıram ki, gücümüzün əsası birliyimizdədir və bunu qətiyyən unutmamalıyıq.

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyul 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see177

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see148

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see146

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see133

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri