Icma.az
close
up
RU
Qarabağa beynəlxalq diqqət və investisiya mesajı ŞƏRH

Qarabağa beynəlxalq diqqət və investisiya mesajı ŞƏRH

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

2025-ci il iyulun 4-də Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının17-ci Zirvə Görüşü, region dövlətlərinin strateji əməkdaşlığının gücləndirilməsi və Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində atdığı addımların təhlili baxımından önəmli hadisə oldu. Zirvə çərçivəsində iki əsas prizmadan iqtisadi inteqrasiya və sosial rifahın artırılması yanaşma diqqət mərkəzində saxlanıldı. Prezident İlham Əliyevin nitqi bu iki istiqaməti də konkret faktlar və hədəflərlə birləşdirdi.

Ölkə Başçısı çıxışında vurğuladı ki, Xankəndidə Zirvə görüşünün keçirilməsi yalnız rəmzi xarakter daşımır. Bu, Qarabağ və Şərqi Zəngəzurun bərpa-zəncirinin beynəlxalq əməkdaşlıqla davam etdirilməsi niyyətini nümayiş etdirir. Belə ki, Şuşada 2023-cü ildə ECO Nazirlər Şurasının iclası, 2024-cü ildə Türkiyə Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi zirvəsi, 2025-ci ilin mayında isə Laçında Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli zirvəsi keçirilib.

Müharibədən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı tikinti və yenidənqurma işlərinin aparıldığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin yeni inşa edilmiş Xankəndi Konqres Mərkəzini vurğuladı.

Prezident vurğulayıb ki, azad olunmuş ərazilər “yaşıl enerji zonasına” çevriləcək. Burada müasir texnologiyalarla “ağıllı şəhər” və “ağıllı kənd” modelləri tətbiq olunacaq. Hökumət tərəfindən artıq beynəlxalq kosmos və innovasiya layihələrinə də töhfələr verilib. Azərbaycanda üç peyk fəaliyyət göstərir və ölkə 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək.

Xankəndidəki Zirvə görüşü eyni zamanda xarici investorlar üçün siqnal idi. Prezident Əliyev bildirdi ki, son 20 ildə 350 milyard dollar investisiya cəlb olunub, bu da iqtisadi sabitliyə və regionun inteqrasiyasına zəmin yaradır. Buna paralel olaraq, enerji təhlükəsizliyi və ticarət infrastrukturunun inkişafı üzrə təşəbbüslər xüsusilə vurğulanıb.

Zirvədə türkdilli ölkələrdənyüksək səviyyəli nümayəndələr iştirak edib. Məsələn, Pakistan Baş naziri Şəhbaz Şərif Azərbaycan-Pakistan münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu bildirmiş və Qarabağda tikinti sahəsinin inkişafını alqışlamışdır .

Prezident İlham Əliyevin Xankəndidəki çıxışı həm konkret, həm strateji baxımdan önəmli mesajlar daşıyır. O, İƏT ölkələrinin inteqrasiya yolunda birgə addımlayarkən, iqtisadi inkişafın bərabər prinsiplər əsasında qurulmasının vacibliyini xüsusi qeyd etdi. Davamlı iqtisadi artım, sosial rifahin güclənməsi və regional təhlükəsizlik üç istiqamətli paralel xətt ölkələrimizi gələcəkdə daha dayanıqlı və güclü konfiqurasiya istiqamətində irəli aparacaq.

Beləliklə, Prezident İlham Əliyev 17-ci İƏT Zirvə Görüşündə Azərbaycan tərəfindən irəli sürülən əməkdaşlıq modelini təqdim etmiş, təşəbbüslərin konkretləşdirilməsini və icrasına start üçün zəmin yaratmış oldu. Bu, regional inteqrasiya tarixində strateji mərhələ olmaqla yanaşı, qarşılıqlı etimad və koordinasiyanın da təzahürüdür.

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının məsləhətçisi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri