Icma.az
close
up
RU
Qarabağa dönüş: Azərbaycan Böyük Qayıdışı öz gücü ilə reallaşdırır

Qarabağa dönüş: Azərbaycan Böyük Qayıdışı öz gücü ilə reallaşdırır

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

2025-ci ildə işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesi davam edib. Bu çərçivədə mərhələli şəkildə yeni yaşayış məntəqələri istifadəyə verilib, infrastruktur layihələri həyata keçirilib və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunub. Dövlət tərəfindən görülən kompleks tədbirlər bölgədə dayanıqlı məskunlaşma, məşğulluğun artırılması və sosial rifahın yaxşılaşdırılmasına xidmət edib. 

Onu da qeyd edək ki, Prezident İlham Əliyev bu ərazilərə səfərlər edərək əhali ilə həmsöhbət olub. Eyni zamanda prezident bir çox açılışlarda da iştirak edib.

Redaktor.az qayıdışla bağlı Milli Məclisin deputatı Elman Məmmədovun fikrlərini təqdim edir:

"2025-ci ildə işğaldan azad olunmuş ərazilərimizdə demək olar ki, istisna olmadan bütün rayonlarda çoxsaylı təməlqoyma mərasimləri oldu. Çoxsaylı yeni tikilmiş binaların və müxtəlif obyektlərin, müəssisələrin açılışları oldu. Hamısında cənab prezidentimiz iştirak etdi. Xeyli sayda qayıdış olub, ilkin qayıdış mərasimlərinin hamısında cənab prezidentimiz iştirak edib. Bu qayıdış nədən xəbər verir? Qayıdış çox yüksək sürətlə davam edən tikinti-bərpa işlərindən xəbər verir. Həkim məntəqələri, xəstəxanalar, məktəblər, müxtəlif iaşə obyektləri, iş yerləri, sənaye parkları istifadəyə verilir ki, qayıdan əhali işlə təmin olunsun. Bunlar hamısı sevindirici, qürurverici xəbərlərdir. Bu dediklərim görülən işlərin böyüklüyündən xəbər verir. Bizi ruhlandıran bir məsələ də var ki, bu görülən işlər dövlətimizin iqtisadi gücü hesabına görülür".

Onun sözlərinə görə, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir ki, bu işləri heç bir kənar kömək olmadan edir:

"Min kilometrlərlə yeni yollar çəkilib, enerji xətləri, qaz xətləri, su xətləri çəkilib və s. Yəni bunu saymaqla bitən deyil. Təbii ki, hər bir Azərbaycan vətəndaşı bu görülən işlərə baxıb sevinir, qürur duyur ki, artıq Azərbaycan 90-cı illərin gücsüz Azərbaycanı deyil. Bu gün Azərbaycan həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən, həm siyasi cəhətdən güclənmiş, mükəmməl, nüfuzlu dövlətə çevrilib. Eyni zamanda biz bu qayıdışla bağlı əldə etdiyimiz nailiyyətlər, qələbələrlə bağlı həmişə bir məsələni diqqətdə saxlayırıq və birinci yerdə onu görməliyik: müdafiə və təhlükəsizliyimizin təminatı. Qazandığımız qələbənin, qazandığımız suverenliyin əbədi olması üçün biz həmişə ayıq-sayıq olmalıyıq. Necə ki, cənab prezidentimiz həmişə bunu vurğulayır, Ağdamda olan sakinlərlə görüşdə də bunu xüsusilə vurğuladı ki, biz həmişə potensial düşməndən güclü olmalıyıq, ayıq-sayıq olmalıyıq, bütün bu nailiyyətlərimizi qorumaq üçün, müstəqilliyimizi, suverenliyimizi əbədi olaraq, qələbəmizi saxlamaq üçün".

Elman Məmmədov sonda bütün Azərbaycan xalqını təbrik etdi:

"Elə fürsətdən istifadə edib sizin vasitənizlə mən bütün xalqımızı təbrik edir, daha böyük uğurlar arzulayıram. Azərbaycanımızın daha inkişaf etməsini, daha güclü olmasını, daha nüfuzlu olmasını arzulayıram".

Deputat Ceyhun Məmmədov isə qeyd etdi ki, bu müddət çox mühüm bir dövr və mərhələ kimi xarakterizə olunmalıdır:

"2020-ci ildən başlayaraq Azərbaycan Qarabağda və Şərqi Zəngəzurda böyük abadlıq və quruculuq işlərinə başlayıb. İndi artıq deyə bilərik ki, işğaldan azad olunmuş bütün ərazilərimizdə məskunlaşmanın həyata keçirilməsinin şahidiyik. Bu gün cənab prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri sürətlə həyata keçirilir. Prezident özü bu ərazilərə səfər edir və biz dəfələrlə cənab prezidentin müxtəlif yaşayış komplekslərinin, məktəblərin, müəssisələrin, zavodların, fabriklərin açılışında iştirak etdiyinin şahidi olmuşuq".

Millət vəkili vurğuladı ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda görülən işlərin miqyası böyükdür.

"Biz bir müddət minaları təmizləməklə məşğul olduq, indi isə artıq bu işlər ən sürətli formada həyata keçirilir. Prezidentin səyləri ilə həyata keçirilən mühüm siyasət nəticəsində Azərbaycan öz məqsədlərinə çatır. Bu səfərlər zamanı prezident insanlarla görüşür, onlarla fikir mübadiləsi aparır, onların qayğıları ilə maraqlanır. Deyə bilərik ki, bütün bu işlər çox böyük uzaqgörənliklə, çox böyük müdrikliklə həyata keçirilir", - deyə Ceyhun Məmmədov yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış"" mövzusunda dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Dekabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see233

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see202

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see200

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see189

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see171

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see161

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see156

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see151

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see145

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see142

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see137

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see137

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see137

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri