Icma.az
close
up
RU
Azərbaycan Böyük Qayıdışı öz imkanları hesabına həyata keçirir POLİTOLOQ DANIŞDI

Azərbaycan Böyük Qayıdışı öz imkanları hesabına həyata keçirir POLİTOLOQ DANIŞDI

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycanın həyata keçirdiyi Böyük Qayıdış Proqramı tarixi əhəmiyyətli olmaqla yanaşı, həm də strateji bir layihədir. Bu proses təkcə insanların doğma torpaqlarına qayıdışı deyil, eyni zamanda regionun sosial, iqtisadi və siyasi həyatında yeni mərhələnin başlanğıcıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Onun sözlərinə görə, hazırda Böyük Qayıdış Proqramı çərçivəsində işlər uğurla davam etdirilir: "Otuz il ərzində dağıdılaraq daşı-daş üstə qalmayan kənd və şəhərlərimizdə vətəndaşlarımızın öz doğma yurdlarına qayıdışı üçün yaşayış binaları və fərdi evlərin tikintisi ilə paralel şəkildə infrastruktur layihələri həyata keçirilir. İş yerlərinin açılması ilə bağlı kompleks tədbirlər görülür, xalqımıza məxsus tarixi, dini və mədəniyyət abidələri bərpa edilərək xalqımızın ixtiyarına verilir. Bu gün Prezident İlham Əliyevin göstərişləri əsasında həyata keçirilən yenidənqurma və bərpa işləri həqiqətən də öz həcminə görə misilsizdir. Cənab Prezidentin də dediyi kimi, Qarabağda və Zəngəzurda aparılan quruculuq işlərinə dünyanın heç bir yerində rast gəlinmir. Tamamilə dağıdılmış, viran qoyulmuş ərazilərdə qısa müddət ərzində görülən işlərin miqyası bu bölgələrə səfər edən hər kəsi təəccübləndirir. Dövlətin bu istiqamətdə ciddi maliyyə və texniki resurslar səfərbər etdiyi açıq şəkildə görünür. Tam məsuliyyətlə demək olar ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycan dövlətinin qüdrətini və xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirir.

Ən önəmli məqamlardan biri odur ki, Azərbaycan bu proqramı hər hansı kənar dəstək olmadan, əsasən öz imkanları hesabına həyata keçirir. Düzdür, qardaş ölkələr bu fəaliyyətin həyata keçirilməsində müxtəlif formalarda dəstək göstərirlər. Türkiyə ilə yanaşı, Özbəkistan, Qazaxıstan və Qırğızıstan da bu prosesə öz töhfələrini verirlər. Özbəkistan Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan Füzulidə Uşaq Yaradıcılıq Mərkəzi tikib, Qırğızıstan Ağdamda orta məktəb inşa edir. Türkmənistanın isə Füzuli şəhərində məscid tikməsi barədə qərarı mövcuddur. Türkiyə şirkətləri və dövlət qurumları bu işlərdə fəal şəkildə iştirak edirlər. Füzuli Beynəlxalq Hava Limanının inşası, Ağdam şəhərinin Baş planının hazırlanması, Zəngilan rayonundakı “ağıllı kənd” layihələri bu əməkdaşlığın bariz nümunələridir. Bundan əlavə, türkiyəli tərəfdaşların iştirakı ilə digər infrastruktur layihələri də uğurla həyata keçirilir.

Lakin bütün bunlara baxmayaraq, görülən və görüləcək işlərin ümumi miqyası nəzərə alındıqda bu dəstəyin payı cüzi sayılır. Böyük Qayıdış Proqramının icrası əsasən Azərbaycanın daxili resursları hesabına həyata keçirilir. Bununla belə, beynəlxalq tərəfdaşlıq və xarici dəstək bu prosesin mühüm tərkib hissəsidir. Xüsusilə, insanlarımızın təhlükəsiz qayıdışını təmin etmək üçün mina təmizləmə fəaliyyətində beynəlxalq əməkdaşlığa ehtiyac böyükdür.

Ermənistanın azad edilmiş ərazilərdə on minlərlə mina basdırması Böyük Qayıdış prosesinin qarşısında ən ciddi maneələrdən biri olaraq qalır. Məhz bu səbəbdən, ölkə başçısı son ABŞ səfəri zamanı BMT tribunasında çıxışı zamanı bu məsələyə diqqət çəkərək, beynəlxalq ictimaiyyəti mina təmizləmə fəaliyyətində Azərbaycana dəstək verməyə çağırdı. Bu, yalnız Azərbaycanın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin qarşısında duran humanitar məsələdir. Çünki münaqişədən sonrakı dövrdə təhlükəsizlik və insan hüquqlarının qorunması beynəlxalq əməkdaşlıq tələb edir.

Cənab Prezidentin də vurğuladığı kimi, Böyük Qayıdış sadəcə insanların evlərinə qayıtması deyil, həm də onların ləyaqətlə, təhlükəsiz və rifah içində yaşamasının təmin edilməsidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see203

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see181

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see179

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see157

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see142

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see135

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see135

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri