Icma.az
close
up
RU
Qarabağa kütləvi qayıdış: İşğaldan azad edilmiş rayonlarda yaşam bərpa olunur

Qarabağa kütləvi qayıdış: İşğaldan azad edilmiş rayonlarda yaşam bərpa olunur

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Böyük Qayıdış proqramının ilk illəri uğurla həyata keçirilir. Artıq 50 mindən çox sakin azad edilmiş ərazilərdə məskunlaşıb və işləyir. Proqramın başlanğıc mərhələsində bu cür nəticələrin cəmi bir neçə il ərzində əldə olunacağını çox az adam təsəvvür edirdi. Lakin görülən işlər gözləntiləri üstələyib".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.
O, bildirib ki, insanların doğma torpaqlara qayıdışı ilk növbədə ölkə üzrə demoqrafik balansın bərpası baxımından böyük əhəmiyyət daşıyır:
"Bir vaxtlar Dağlıq Qarabağ və Şərqi Zəngəzur ərazilərində Azərbaycan əhalisinin demək olar ki, heç bir hissəsi yaşamırdı. Əhali əsasən digər bölgələrdə, xüsusilə Bakıda məskunlaşmışdı. Bu gün isə mərhələli şəkildə bu bölgələrə dönüş baş verir və yaxın illərdə yüz minlərlə insanın öz ata-baba yurduna qayıdacağı gözlənilir".
Ekspert bildirib ki, bu proses həm məşğulluğun artırılmasına, həm də iqtisadi aktivliyin canlanmasına səbəb olur:
"Azad edilmiş ərazilərdə yeni iş yerləri yaradılır, sənaye və kənd təsərrüfatı müəssisələri qurulur, fermer təsərrüfatları formalaşır. Bununla yanaşı, əhali artdıqca xidmət sektorunun, mədəni, humanitar, nəqliyyat və digər sahələrin inkişafına da ehtiyac yaranır və bu istiqamətdə addımlar atılır".
Onun sözlərinə görə, ən mühüm istiqamətlərdən biri də istehsal sahələrinin formalaşdırılmasıdır:
"Artıq Qarabağ və Şərqi Zəngəzurda mebel istehsalı müəssisələri, alternativ enerji stansiyaları və digər sənaye obyektləri yaradılıb. Qısa müddətdə belə həcmi layihələrin reallaşdırılması regional inkişafın sürətlə getdiyini göstərir. Nəticə etibarilə, Böyük Qayıdış proqramı əhalinin demoqrafik yerləşməsinin bərpasını, məşğulluğun təmin edilməsini, xidmət sektorunun genişlənməsini və sənaye infrastrukturunun qurulmasını əhatə edən çoxşaxəli və strateji əhəmiyyətli prosesdir".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 Noyabr 2025 16:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri