Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

İtkin şəhidlər İşğaldan azad edilmiş bölgələr KÜTLƏVİ MƏZARLIQLARDI

İtkin şəhidlər İşğaldan azad edilmiş bölgələr KÜTLƏVİ MƏZARLIQLARDI

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2020-ci ilin 44 günlük Vətən müharibəsi Qarabağın 30 illik işğalına son qoydu. Torpaqlarımız işğaldan azad ediləndən sonra həmin ərazilərdə aparılan arxeoloji və kriminalistik araşdırmalar nəticəsində çoxsaylı kütləvi məzarlıqlar aşkarlanıb. Ağdam, Füzuli, Xocavənd, Şuşa və Xocalı ərazilərində tapılan kütləvi məzarlıqlar illərlə unudulmuş, gizlədilmiş və nəhayət, gün işığına çıxarılmış qaranlıq keçmişin insan fəryadıdır. Bu, eyni zamanda bir millətin yaddaşına yazılan acı həqiqətlərdir.

Ermənistanın işğalçılıq siyasəti dövründə Qarabağda minlərlə azərbaycanlı itkin düşüb. O vaxtlar bu itkilərin aqibəti bilinmirdi. Ailələr illərlə bir ümidlə yaşayırdı – bəlkə qayıdar, bəlkə bir xəbər gələr. Amma indi tapılan məzarlıqlar o ümidi torpağa gömür.
Azad edilmiş ərazilərdəki məzarlıqlarda tapılan skeletlərdə zorakılıq izləri – baş nahiyəsində açılan güllə yaraları, əlləri bağlanmış vəziyyətdə basdırılma halları və müxtəlif işgəncə əlamətləri qeydə alınır. Bu, bir millətə qarşı həyata keçirilmiş qətliam, eyni zamanda bəşəriyyətə, insanlığa qarşı törədilmiş ağır cinayət, soyqırımıdır.
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu günə olan məlumatına görə, I Qarabağ müharibəsi dövründə 3977 nəfər itkin düşüb. Onlardan 3203 nəfəri hərbçi, 774 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 75-i uşaq, 116-sı qadın, 315-i qocalardır.
Həmçinin, itkinlərin 3692 nəfərini kişilər, 285 nəfərini qadınlar təşkil edir.
Azərbaycan tərəfinin əldə etdiyi məlumatlara görə, itkin düşmüş, girov götürülmüş insanların bir qismi əvəllər erməni əsirliyində olub, lakin sonralar ya işgəncə səbəbindən, ya da xəstəlikdən ölüblər.
Ermənistan münaqişənin bütün dövrü ərzində bu şəxsləri beynəlxalq təşkilatlardan gizlədib, onların sonrakı taleyi barədə məlumat verməkdən yayınıb. Qarabağ torpağı isə 30 il bu sükutun altında inləyib.
Ermənistan işğal dövründə Qarabağda yoxa çıxardığı azərbaycanlı mülki şəxslər və əsirlərlə bağlı sorğu-suala 30 ildir “bizdə yoxdur” cavabını verirdi. Amma indi o "yox olanlar" kütləvi məzarlıqlarda aşkarlanır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, ilk kütləvi məzarlıq 2021-ci il fevral ayının 17-də Şuşa rayonunun Daşaltı qəsəbəsində aşkarlanıb. Orada aşkarlanmış 2 kütləvi məzarlıqdan 28 nəfərə aid meyit qalığı ekshumasiya edilərək götürülüb. Daşaltı qəsəbəsində aşkarlanmış meyit qalıqları üzrə 14 itkin şəhidin eyniləşdirilməsi mümkün olub. Həmin şəxslər 26 yanvar 1992-ci il tarixdə Daşaltı qəsəbəsi uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan hərbçiləridir.

Sonrakı dövrdə işğaldan azad olunmuş ərazilərimizdə daha 21 kütləvi məzarlıq aşkar edilib, qazıntı işləri həyata keçirilib.
Ümumilikdə aşkar edilmiş 23 kütləvi məzarlıqdan Birinci Qarabağ müharibəsində itkin düşmüş 187 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq götürülüb. Həmin meyit qalıqları üzrə 59 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib.

Tapılan məzarlıqlarda üzə çıxan mənzərə insanlıq adına utancvericidir: əl-ayağı məftillərlə bağlanmış skeletlər, baş nahiyəsindən güllələnmiş qurbanlar və üst-üstə basdırılmış cəsədlər. Bu, planlı şəkildə həyata keçirilmiş soyqırım siyasəti, bir millətə qarşı nifrət və kinin əlamətidir.
Bu cinayətlərin beynəlxalq hüquqda ağır nəticələri var. Müharibə əsirlərinə işgəncə vermək, mülki şəxsləri qətlə yetirmək və kütləvi şəkildə basdırmaq – bunların hamısı Cenevrə Konvensiyalarının və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Ermənistan bu cinayətləri inkar etməklə, qanlı səhifəni tarixdən silmək istəyirdi. Amma məqsədinə nazil ola bilmədi...
Təəssüf ki, Qarabağda aşkarlanmış kütləvi məzarlıqlar hələ ki beynəlxalq aləmdə yetərincə diqqət çəkmir. BMT, Avropa İttifaqı, Avropa Şurası, Amnesty International, Beynəlxalq Qızıl Xaç Komitəsi və digər insan haqları təşkilatları susur, məsələyə ikili standartlarla yanaşırlar. İfadə azadlığına və insan haqlarına önəm verdiklərini bildirən bu təşkilatlar Qarabağda tapılan kütləvi məzarlıqlar qarşısında susaraq sanki kar və lal olmuş vəziyyətdədirlər. Susmaq isə cinayətə ortaq olmaqdır.
Ermənistanda rəhbərlik dəyişsə də, bu cinayətlərin hüquqi və mənəvi məsuliyyəti ortadan qalxmır. Hər tapılan məzarlıq yeni suallar doğurur: əsir və girov düşən köməksiz insanlar niyə öldürülüblər? Bu cinayəti törətməyə kimlər əmr verib?..
Tapılan məzarlıqlar isə ədalət istəyir. O məzarlıqlardakı qurbanların ruhu ədalətin təmin olunmasını gözləyir. Ermənilərin Qarabağda törətdiyi müharibə cinayətləri beynəlxalq məhkəmələrdə araşdırılmalı, məsul şəxslər mühakimə olunmalıdır.

Qarabağ torpağı illərlə içində saxladığı sirri indi-indi bizə açır. Tapılan hər kütləvi məzarlıq bir ailənin, bir nəslin göz yaşı, ahı və dualarıdır. Bu cinayətləri unutmaq – bu faciələri yenidən yaşamaq deməkdir.

Hələ də 4000-dək Azərbaycan vətəndaşının taleyindən xəbər-ətər yoxdur. Kim bilir onlar hansı kütləvi məzarlıqlarda “yatırlar”... Ermənilər azərbaycanlıları təkcə qətlə yetirməklə kifayətlənməyib, onların izlərini də torpağın dərinliklərinə gömməyə çalışıblar. Deməli, hələ neçə-neçə kütləvi qəbiristanlıq gün işığına çıxa bilər.
Müharibə qurbanları ilə bağlı həqiqətlərin üzə çıxması isə minlərlə gözüyaşlı ata-ananın, övladın, həyat yoldaşının, qardaş və bacının təskinlik tapması, gözlərinin yollardan yığılması deməkdir.

Xocavənd rayonun Edilli kəndində tapılmış kütləvi məzarlıq - 12 şəhid hərbçi...

Xocalıda gizlədilmiş vandalizm aktı gün işığına çıxıb.

Ağdamın Sarıcalı kəndindəki kütləvi məzarlıq...

Şuşa həbsxanası ərazisində tapılmış 17 şəxsə aid cəsəd qalıqları...

Əsgəran qalası yaxınlığında aşkarlanmış məzarlıq: azı 8 insan qalığı - Onların Xocalı qoyqırımında qətlə yetirilənlərə məxsus olması ehtimal edilir.

Xocalı rayonunun Malıbəyli kəndi - ən azı 8 nəfərə (biri azyaşlı olmaqla) məxsus olduğu ehtimal edilən qalıqlar...
Ə.Qafarlı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://modern.az
archiveBu xəbər 07 Aprel 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see267

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see247

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see246

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see236

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see211

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see179

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see179

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see171

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see157

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see156

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see156

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see155

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see149

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see148

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see146

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see137

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see135

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri