Icma.az
close
up
RU
Qarabağa nə vaxt portalsız gedə biləcəyik? Deputatlar AÇIQLADILAR

Qarabağa nə vaxt portalsız gedə biləcəyik? Deputatlar AÇIQLADILAR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Torpaqlarımızın işğaldan azad edilməsindən artıq 5 il ötür. Qarabağa böyük köç istiqamətlənib. Keçmiş məcburi köçkünlərin bir qismi artıq doğma torpaqlarına yerləşib. Qarabağ və Şərqi Zəngəzura Böyük Qayıdış prosesi davam edir.
Bununla yanaşı, işğaldan azad olunmuş rayonlarda qeydiyyatda olan, ancaq hələ köç sırası gəlməyən keçmiş məcburi köçkünlər doğma torpaqlardakı ata-baba yurdlarına, qəbiristanlıqlara baş çəkmək üçün müəyyən çətinliklərlə üzləşirlər. Onlar doğulub-böyüdükləri torpaqlara gedib-gəlmək üçün portal sistemində qeydiyyata düşməli, rəsmi icazə almalıdırlar. Qarabağ və Şərqi Zəngəzurdan olan vətəndaşlar hökumətin onlar üçün gediş-gəlişi bir az da sadələşdirməsini istəyirlər. Bəs bi istək əsasında keçmiş məcburi köçkünlər üçün portal sistemi ləğv oluna bilərmi?
"Təhlükəsizlik məsələsini nəzərə almaq lazımdır"

Modern.az-a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov bildirib ki, tez-tez bu məsələ ilə bağlı ona da müraciət edilir:

"Portalın ləğvi dövlət üçün heç bir problem yaradan məsələ deyil. Portal tələbinin bu günə qədər qüvvədə qalmasının əsas məqsədi insanların təhlükəsizliyilə bağlıdır. Mən də düşünrəm ki, təhlükəsizliyi nəzərə almaq lazımdır. Bu günə qədər azad olunmuş ərazilərdə 400 nəfər minaya düşübsə, sizi əmin edirəm, portal aradan qaldırılsa, bu say 500-600, hətta 1000-ə qədər qalxa bilər. Təəssüf ki, insanlarımızın bir qismi mina probleminə həssas yanaşmırlar. Kimsə işğaldan azad olunmuş ərazilərə getmək istəyirsə, portaldan asanlıqla keçib gedə bilər. Burada hansısa problem yoxdur. Bunu ciddi problem kimi təqdim etməyin tərəfdarı deyiləm. Mən başa düşürəm ki, hamı ora getmək istəyir. Amma biz ora sağlam getmək istəyirik! İnsanlarımız bunu nəzərə almalı və maksimum diqqətli olmalıdırlar. Çalışmalıdırlar ki, öz həyatlarını qorusunlar. Dövlətin indiyə kimi portal sistemini qüvvədə saxlamasında əsas məqsədi budur. Bunu hamı nəzərə almalıdır”.

"Təmkinli olmaq lazımdır"

Deputat vurğulayıb ki, insanlar tələsməməli, daha diqqətli olmalıdırlar:

“Əks halda, daha çox həyatını itirən olacaq, daha çox problemlə üzləşə bilərik. Ona görə tələsməyək, zamanla onsuz da bu məsələ aradan qalxacaq. Proseslər ona doğru gedir. Biz uzun müddət bu sistemi tətbiq edə bilməyəcəyik. Hamımız ora təhlükəsiz getmək istəyirik. Bunu hər kəs nəzərə almalıdır. Təəssüf ki, bəzən mediada insanları qıcıqlandıran, onları fərqli istiqamətə yönləndirən yanaşmaları da görürük. Düşünürəm bu, təhlükəlidir. İnsanları qızışdırmamalı, düzgün yönə istiqamətləndirməliyik”.

"Qaydalar mütəmai olaraq sadələşdirilir"

Milli Məclisin Füzulidən olan ddeputatı Vüqar Bayramov deyib ki, işğaldan azad olunmuş ərazilərə gediş-gəlişin mütəmadi olaraq sadələşdirilməsi müşahidə olunur:

“Bu gün hər bir vətəndaşımız sadəcə elektron portaldan istifadə etməklə işğaldan azad olunmuş ərazilərimizə getmək imkanına malikdir. İcazənin alınması ilə bağlı zaman kifayət qədər qısadır. İşğaldan azad olunmuş ərazilərimiz minalardan təmizləndikcə, gediş-gəliş prosedurunun daha da sadələşdirilməsini müşahidə edəcəyik. Burada əsas məsələ vətəndaşlarımızın təhlükəsizliyinin bizim üçün önəmli olmasıdır".

Deputat qeyd edib ki, vətəndaşların təhlükəsizliyi ilə əlaqədar müəyyən qaydalar tətbiq olunur və tədricən yumşaldılır:

"Həm məskunlaşmanın genişlənməsi, həm də həmin ərazilərin minadan təmizlənməsi həyata keçirildikcə, yenə deyirəm, prosedurların sadələşməsini müaşhidə edə biləcəyik. Növbəti ilin sonuna qədər işğaldan azad edilmiş ərazilərimizə 140 min keçmiş məcburi köçkün qayıdacaq. Bu da ondan xəbər verir ki, məskunlaşmanın genişlənməsi gediş-gəliş prosedurlarının daha da sadələşdirilməsinə şərait yaradacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 İyun 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see189

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see145

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see143

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see137

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see132

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see132

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri