Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

QARABAĞA QAYIDANLAR ÜÇÜN İŞ İMKANI... Böyük Qayıdışda yeni mərhələ

QARABAĞA QAYIDANLAR ÜÇÜN İŞ İMKANI... Böyük Qayıdışda yeni mərhələ

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 Qayıdanların işi və sosial təminatı necə olacaq?

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına köçürülməsi davam edir. Yeni yaşayış məntəqələrinin salınması ilə yanaşı, qayıdan ailələrin sosial təminatı və məşğulluq məsələləri də xüsusi əhəmiyyət daşıyır. Əhalinin həmin ərazilərdə uzunmüddətli və dayanıqlı məskunlaşması üçün iş yerlərinin yaradılması və sosial xidmətlərin əlçatan olması vacib şərtlərdən hesab olunur. Bu baxımdan, Böyük Qayıdışın növbəti mərhələsində sosial və iqtisadi imkanların genişləndirilməsi əsas məsələlərdən biri olaraq qalır.

İşğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsi üçün hansı imkanlar yaradılır? Yeni məskunlaşan ailələrin sosial xidmətlərə və zəruri infrastruktura çıxışı hansı səviyyədədir?

Mövzu ilə bağlı “AzPolitika”ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, Böyük Qayıdış proqramı çərçivəsində vətəndaşların doğma yurdlarına köçürülməsi mütəmadi olaraq davam edir.

Onun sözlərinə görə, Böyük Qayıdış yalnız məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə köçürülməsi ilə məhdudlaşmır. Proqram eyni zamanda bölgələrdə zəruri infrastrukturun yaradılmasını, bərpa və quruculuq işlərinin aparılmasını, iqtisadi fəallığın artırılmasını və əhalinin məşğulluğunun təmin edilməsini əhatə edir.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi statistik məlumatlara əsasən, Böyük Qayıdış çərçivəsində köçürülən şəxslərin məşğulluğunun təmin edilməsi istiqamətində işlər görülür. Bununla yanaşı, 2 minə yaxın şəxsin özünüməşğulluq proqramlarına cəlb olunduğu və sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir. İşsiz şəxslərin isə məşğulluq proqramları çərçivəsində 6 aylıq peşə kurslarına cəlb edilməsi nəzərdə tutulur. Bu layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılır. Lakin Böyük Qayıdış prosesinə yalnız köçün təşkili kimi yanaşmaq düzgün deyil. Çünki ərazilərdə məskunlaşmanın davamlı olması üçün sosial və iqtisadi infrastruktura olan tələbat da qarşılanmalıdır. Biz işğaldan azad edilmiş əraziləri yalnız köç prosesinin həyata keçirildiyi məkan kimi görməməliyik. Ayrı-ayrı kənd və yaşayış məntəqələrində səhiyyə ocaqları, məktəblər və digər sosial obyektlər yaradılmalıdır. Eyni zamanda, turizmin inkişafı, özəl sahibkarlıq subyektlərinin fəaliyyət göstərə bilməsi və yeni layihələrin həyata keçirilməsi üçün əlverişli şərait formalaşdırılmalıdır. Bütün bunlar Böyük Qayıdış proqramının tam və davamlı şəkildə həyata keçirilməsi baxımından vacibdir”, – ekspert deyib.

İqtisadçı vurğulayıb ki, keçmiş məcburi köçkünlərin böyük hissəsi uzun illər ərzində Bakı və digər şəhər və rayonlarda yaşayıb. Bu səbəbdən onların yeni yaşayış məntəqələrində əvvəlki həyat şəraitinə uyğun infrastruktur və xidmətlərə çıxışının təmin edilməsi mühüm məsələlərdəndir:

“Bu məqsədlə işğaldan azad edilmiş ərazilərdə yolların çəkilməsi, xidmət sahələrinin yaradılması və digər infrastruktur layihələrinin icrası davam etdirilir. Eyni zamanda, paytaxtda və digər bölgələrdə yaşayan qohumlarla əlaqələrin, gediş-gəlişin və müxtəlif xidmətlərə çıxışın təmin edilməsi də nəzərə alınır”.

Ekspert qeyd edib ki, Laçın, Füzuli və Xocavənd istiqamətində hava nəqliyyatı imkanlarının yaradılması da bölgəyə çıxışın təmin edilməsi baxımından əhəmiyyət daşıyır: “İşğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsi Böyük Qayıdış proqramının əsas istiqamətlərindən biridir. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif proqramlar həyata keçirilir.

Həmin proqramlardan biri qayıdan vətəndaşların ödənişsiz 6 aylıq peşə kurslarına cəlb edilməsidir. Bu kursların məqsədi insanların yeni əmək bazarına uyğun peşələrə yiyələnməsinə və məşğulluq imkanlarının artırılmasına şərait yaratmaqdır”.

G.Hüseynova əlavə edib ki, yeni yaşayış məntəqələrinə köçürülən ailələrin sosial xidmətlərə və zəruri infrastruktura çıxışı təmin edilmədən köç prosesi həyata keçirilmir: “Hər hansı kəndə və ya yaşayış məntəqəsinə köç başlamazdan əvvəl həmin ərazidə sosial xidmətlərin, məktəblərin, səhiyyə obyektlərinin, yolların və digər zəruri infrastrukturun vəziyyəti nəzərə alınır. Bu, başlı-başına həyata keçirilən bir köç proqramı deyil. Məsələn, hər hansı kəndə müəyyən tarixdə köçün həyata keçirilməsi üçün əvvəlcə həmin ərazinin infrastrukturu, sosial xidmətləri, məktəbi, səhiyyə imkanları və digər zəruri ehtiyacları müəyyən səviyyədə təmin olunmalıdır. Bundan sonra köç prosesi başlayır.

Böyük Qayıdışın əsas məqsədi yalnız vətəndaşların doğma yurdlarına qaytarılması deyil, onların həmin ərazilərdə davamlı və təhlükəsiz həyat qurması, işləməsi və sosial xidmətlərdən yararlanması üçün zəruri şəraitin formalaşdırılmasıdır”.

Oğuz Ayvaz

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Sentyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see299

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see293

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see277

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see275

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see274

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see273

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see267

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see267

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see267

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see260

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see240

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see239

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see236

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see232

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see231

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see229

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see229

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see225

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see225

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri