Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

Böyük Qayıdış: Qarabağa belə qayıdırıq

Böyük Qayıdış: Qarabağa belə qayıdırıq

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərэ Böyük Qayıdış

Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsinin gedişatında azad olunan ərazilərdə artıq bərpa-quruculuq işlərinə başlamışdı. 

Postmüharibə dövründə isə bu işlər sürətləndirildi və qısa zaman ərzində artıq həmin ərazilərə səfərlərə start verildi.  Nəzərə alsaq ki, Qarabağda ən böyük problem minalanmış ərazilər idi, buna baxmayaraq quruculuq işləri sürətli şəkildə həyata keçirildi.

Xatırlatma üçün qeyd edək ki, Ermənistan tərəfindən Qarabağda 147 min 988 hektar ərazi minalarla ağır dərəcədə çirkləndirilib. Bundan əlavə isə aparılan araşdırmalarla 675 min 570 hektar ərazi isə orta və aşağı dərəcəli təhlükəli zonalar elan edilib. 

Bütün bu çətinlikərlə baxmayaraq, Azərbaycanın Böyük Qayıdış proqramının icrasına start verdi və keçmiş məcburi köçkünlər öz doğma yurdlarına daimi yaşamaq üçün qayıtmağa başladılar.

Qarabağa ilk köç 2022-ci ilin 19 iyul tarixində, müharibənin bitməsindən 19 ay sonra həyata keçirildi. Bundan əvvəl, yəni 2022-ci ilin 27 mayında isə Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak etdilər.

Böyük Qayıdış prosesinin başlamasının anonsunu isə 2021-ci ildə Füzuli Beynəlxalq Hava Limanının təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev vermişdi.

“Böyük Qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”, - deyə Azərbaycan Prezidenti vurğulamışdı.

Ümumi olaraq Böyük Qayıdışın ilk mərhələsi Zəngilan rayonunun Ağalı kəndindən başladı. Daha sonra Laçın şəhərinə dönüş oldu ki, bu da işğaldan azad edilmiş ərazilərdə sürətli əlverişli iqtisadi və siyasi mühit formalaşdırılmasının bariz göstəricisi idi. Böyük Qayıdış proqramı çərçivəsində 2026-cı ilə kimi 34 min 500 ailənin doğma yurduna köçürülməsinə nail olunacağı proqnozlaşdırılır.

Bu gün artıq Qarabağın bu ərazilərində yaşayış var. Belə ki, keçmiş məcburi köçkünlər artıq Zəngilan rayonunun Birinci, İkinci və Üçüncü Ağalı kəndləri, Ağdərə rayonun Talış  kəndi, Laçın şəhəri və onun Zabux və Sus kəndi, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərində qayıdıb.

Bu gün də Qarabağda tikinti, quruculuq işləri davam etdirilir. Qarabağa qayıdan əhalinin məşğulluq məsələləri, eyni zamanda digər sosial təminatla bağlı məqamlar dövlət tərəfindən həll olunur. 

Son statistik məlumatlara görə, azad edilmiş ərazilərə köçürülən sakinlərdən 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfatları qurulub. Bu istiqamətdə işlərin davam etdirildiyi ilə bağlı da aidiyyəti qurumlar tərəfindən məlumatlar paylaşılır.

Böyük Qayıdış prosesi ilə bağlı son məlumat isə belədir:

Azad edilmiş ərazilərə ilin sonuna kimi 20 min insanın qayıdışı planlaşdırılır. Qayıdışın coğrafi arealı 20 kənd və qəsəbə, 7 şəhər olmaqla, 27 yaşayış məntəqəsini əhatə edəcək.Bu ilin sonuna qədər Xocalıya, Cəbrayıla, Kəlbəcərə və Zəngilana da köçürülmə prosesinə start veriləcək. Ümumi olaraq bu ilin sonuna qədər məskunlaşma bütün işğaldan azad edilmiş rayonlarda başlamış olacaq.

Əlavə olaraq onu da qeyd edək ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə ikinci köç olacaq. Birinci köçdə 27 ailə - 152 nəfər Xocalı rayonunun Ballıca kəndinə köçürülüb. Bu gün isə Ballıca kəndinə 21 ailənin yəni 119 nəfərin köçürülməsi nəzərdə tutulur.

Xatırladaq ki, Ballıca kəndi 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib. Kənd 19-20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatı nəticəsində azad olunub. 

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Dekabr 2024 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see421

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see267

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see252

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see240

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see233

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see222

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see217

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see212

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see211

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see211

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see211

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see208

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see206

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see204

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see202

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see199

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see194

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see193

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see182

Parlamentari: “Şuşada, Xankəndidə və Xocalıda dalğalanan bayrağımız əbədi olacaq”

27 Sentyabr 2026 14:58see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri