Icma.az
close
up
RU
Qarabağa qayıdanları yeni iş yerləri gözləyir Tural Gəncəliyev

Qarabağa qayıdanları yeni iş yerləri gözləyir Tural Gəncəliyev

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

"Qarabağ və Şərqi Zəngəzurda həyat canlandıqca bütün problemlər öz həllini tapacaq”

30 il ərzində yurdundan didərgin düşən vətəndaşlara dövlət tərəfindən sosial müdafiə, mənzil, təhsil, vergi və digər sahələrdə güzəştlər və yardımlar göstərilir. 2020-ci ildə ordumuzun qazandığı şanlı qələbə nəticəsində həm torpaqlarımız işğaldan azad olundu, həm də vətəndaşlarımızın üzərindəki "məcburi köçkün" statusu tarixə qovuşdu.

Prezident İlham Əliyev "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. Sənədə əsasən, azad olunmuş ərazilərdə dövlət tərəfindən mənzillə təmin edilən məcburi köçkünlər 3 il müddətində sosial yardım ilə təmin olunacaqlar. Bu qərar təklif olunan yaşayış sahəsindən imtina edən vətəndaşlara da aiddir. Xatırladaq ki, məcburi köçkün statusu olan hər bir ailə üzvünə aylıq 60 manat məbləğində vahid müavinət ödənilir. Yeni dəyişikliklərə əsasən, həmin güzəştlər mənzillə təmin olunduqdan sonra, üç il ərzində qüvvədə qalacaq. Lakin Qarabağda iş imkanlarının Bakı ilə müqayisədə məhdud olduğunu nəzərə alsaq, 3 ildən sonra orada məskunlaşan soydaşlarımızın sosial vəziyyətinin necə olacağı sual doğurur.

Mövzu ilə bağlı deputat, "Qarabağa Dönüş" İctimai Birliyinin sədri Tural Gəncəliyev Sherg.az-a bildirib ki, torpaqlarına geri qayıdan vətəndaşların layiqincə yaşaması ilk növbədə dayanıqlı məşğulluq və iş imkanlarının yaradılmasını tələb edir:

“Dövlət bu istiqamətdə vətəndaşlarımızın rifahını təmin etmək üçün əlindən gələn bütün tədbirləri görür. Azad olunmuş ərazilərdə yeni müəssisələr və fabriklər istifadəyə verilir. Vətəndaşların məşğulluq məsələlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülür və bu strategiyanın növbəti mərhələdə də davam etdirilməsi nəzərdə tutulur. Şübhəsiz ki, reallaşdırılan hər bir təşəbbüs tək bir ali məqsədə, soydaşlarımızın öz doğma yurdlarında firavan gələcəyini təmin etməyə yönəlib. “Böyük Qayıdış” proqramı əhalinin mərhələli şəkildə öz ata-baba ocaqlarına qaytarılmasını və onların dayanıqlı məşğulluğunun təmin olunmasını hədəfləyir. Bu prosesə paralel olaraq, dövlət kapitallı layihələrlə yanaşı özəl investorlar, turizm resursları və ümumi iqtisadi imkanlar vahid hədəf naminə səfərbər olunub”.

Deputatın sözlərinə görə, nəzərə almaq lazımdır ki, Azərbaycan bu missiyanı kənardan dəstək almadan, yalnız öz maliyyə və texniki imkanları ilə icra edir:

“Dövlətimizin həyata keçirdiyi tədbirlərin qısa vaxtda ərsəyə gəlməsi həqiqətən də təqdirəlayiqdir. Çünki 2020-ci ilin üstündən çox vaxt keçməyib. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən dərhal sonra vətəndaşların öz doğma yurdlarına təhlükəsiz və sürətli dönüşünü təmin etmək üçün bütün imkanlarını səfərbər edərək miqyaslı işlər görüb. “Böyük Qayıdış” proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda həyat canlandıqca bütün problemlər öz həllini tapacaq”.  

T.Gəncəliyev onu da qeyd edib ki, müasir dövrdə məşğulluq, inkişaf səviyyəsindən asılı olmayaraq, aparıcı güclərdən inkişaf etməkdə olan ölkələrə qədər bütün dünyanın qarşısında duran ən kritik qlobal çağırışdır:

“Süni intellekt və yeni texnalogiyaların inkişaf etdiyi dövrdə, insanların iş imkanları ciddi təhlükə ilə üz-üzə qalıb. Lakin Azərbaycan höküməti regional müstəvidə proqnozlaşdırılan bütün riskləri qabaqlamaq üçün dövlət proqramlarını fəal şəkildə icra edir. Əminik ki, dövlət-özəl tərəfdaşlığı və vətəndaş həmrəyliyi azad olunmuş ərazilərin dirçəlişini təmin etməklə yanaşı, regionda dayanıqlı məşğulluq ekosistemini formalaşdıracaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 İyul 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see332

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see326

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see322

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see309

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see307

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see304

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see299

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see297

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see291

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see267

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see266

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see265

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see262

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see261

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see257

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see253

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see251

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see248

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see228

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri