Qarabağda 100 minə yaxın insan yaşayır Elnur Məmmədov
Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən altı il ərzində 40 mindən çox keçmiş məcburi köçkün doğma yurdlarına qayıdıb.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, indiyədək 45-dən çox yaşayış məntəqəsi yenidən qurulub və bərpa edilib.
“Hazırda Qarabağda 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. Cəmi altı il ərzində əldə olunan irəliləyişin miqyası böyükdür, lakin qarşıda duran çağırışlar da az deyil”, – nazir müavini qeyd edib.
E.Məmmədov vurğulayıb ki, mina təhlükəsi insanların həyatını təhdid etməkdə və yenidənqurma işlərinə mane olmaqda davam edir. O xatırladıb ki, ötən həftə baş verən mina hadisəsi nəticəsində daha bir mülki şəxs xəsarət alıb.
Nazir müavini bildirib ki, Azərbaycan bu maneələri aradan qaldırmaq və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə doğma torpaqlarına Böyük Qayıdışını təmin etmək əzmindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 14 Sentyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















