Icma.az
close
up
RU
Elnur Məmmədov Çinə səfər etdi

Elnur Məmmədov Çinə səfər etdi

Icma.az, Metbuat portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Çin Xalq Respublikasında səfərdə olub.

Metbuat.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

28 mart tarixində Pekin şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Çin tərəfindən xarici işlər nazirinin müavini Liu Bin başçılıq ediblər.

Məsləhətləşmələr zamanı siyasi, iqtisadi, ticarət, energetika, yaşıl keçid, rəqəmsal inkişaf, nəqliyyat-logistika, təhsil, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığa dair ətraflı fikir mübadiləsi aparılıb. Yüksək səviyyələrdə qarşılıqlı səfərlərin əhəmiyyəti, onun ikitərəfli əlaqələrin bir çox sahələrinə müsbət təsiri qeyd olunub.

Müzakirələr çərçivəsində, 3 iyul 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri cənab Si Cinpin arasında keçirilmiş görüş zamanı qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin tarixi əhəmiyyəti qeyd olunub.

Bu mühüm siyasi sənədin iki dövlət arasında strateji xarakterli əməkdaşlığın möhkəmləndirilməsi baxımından geniş üfüqlər açdığı vurğulanıb.

Nazir müavini Elnur Məmmədov Azərbaycanın sülh gündəliyi, Ermənistanla normallaşma prosesi və mövcud maneələr, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri və investisiya layihələri haqqında ətraflı məlumat verib.

Görüşdə tərəflər, həmçinin BMT, Şanxay Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda əməkdaşlıq, regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Nazir müavini Elnur Məmmədov həmçinin 27 mart 2025-ci ildə Çin Kommunist Partiyasının Mərkəzi Komitəsinin Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbərinin müavini Çen Cou ilə görüşüb. Görüş zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib. Dövlət başçıları arasında mövcud olan qarşılıqlı etimad və dostluğun Azərbaycan və Çin arasında əlaqələrin hərtərəfli inkişafının təməli olduğu xüsusilə qeyd olunub.

Nazir müavini Elnur Məmmədov səfər çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev ilə görüşüb və ölkəmiz ilə ŞƏT arasında əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıb.

Eyni zamanda nazir müavini Elnur Məmmədov Çin və Qloballaşma Mərkəzində qurumun rəhbərliyi və müxtəlif beyin mərkəzlərinin nümayəndələri ilə görüşüb. Azərbaycan Respublikası barədə hərtərəfli məlumat verib, regiondakı mövcud vəziyyət, həmçinin Azərbaycan-Çin əlaqələri barədə danışıb, tədbir iştirakçılarının suallarını cavablandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 28 Mart 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri