Qarabağda bütün şəhərlər yaşıl və ağıllı konsepsiya ilə qurulur
Icma.az bildirir, Demokrat.az portalına istinadən.
Qarabağda bütün şəhərlər sıfırdan, yaşıl və ağıllı konsepsiya ilə qurulur.
Demokrat.az xəbər verir ki, bunu Xankəndidə keçirilən "III Azərbaycan Milli Şəhərsalma Forumu"nda çıxış edən Prezidentin Qubadlı, Cəbrayıl və Zəngilan rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev bildirib.
O deyib ki, Azərbaycan hökuməti Böyük Qayıdış Dövlət Proqramı çərçivəsində azad edilmiş ərazilərdə tamamilə yeni urbanizasiya modeli həyata keçirir. “Bu gün Qarabağda və Şərqi Zəngəzurda təkcə dağıdılmış şəhərlər bərpa edilmir, həm də sıfırdan dayanıqlı və ağıllı yaşayış mühitləri yaradılır”.
V. Hacıyevin sözlərinə görə, bütün şəhər və kəndlərin baş planları müasir şəhərsalma prinsipləri əsasında hazırlanıb.
“Yeni yaşayış məntəqələrində sakinlər xəstəxana, məktəb, uşaq bağçası və xidmət mərkəzlərinə 15 dəqiqə ərzində çata biləcəklər. Bu, yaşıl və səmərəli həyat tərzini təşviq edən “15 dəqiqəlik şəhər modeli”dir. Ağalı və Məmətbəyli kəndləri bu modelin nümunəsidir. Bu kəndlər bir-birinə yaxın salındığı üçün məktəb, bağça və xidmət mərkəzləri birgə istifadə olunur. Bu yanaşma həm büdcəyə qənaət, həm də sakinlər üçün rahatlıq təmin edir,” – deyə V.Hacıyev bildirib.
O, azad edilmiş ərazilərdə nəqliyyat yönümlü inkişaf (Transit-Oriented Development) konsepsiyasının tətbiq olunduğunu əlavə edib: “Yeni kənd və qəsəbələr əsas magistral və tranzit xətləri boyunca salınır. Bu, sakinlər üçün iş yerlərinə, logistika mərkəzlərinə və sənaye zonalarına çıxışı asanlaşdırır, eyni zamanda yerli sahibkarlığı stimullaşdırır”. (Apa)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Vahid Hacıyev: Qarabağda bütün şəhərlər yaşıl və ağıllı konsepsiya ilə qurulur
16 Oktyabr 2025 13:24
Qarabağda ən yüksək maaşın verildiyi ŞƏHƏRLƏR
29 Noyabr 2024 11:51
Qarabağda ən yüksək maaşın verildiyi şəhərlər
29 Noyabr 2024 12:44
Anar Quliyev: Qarabağda insanlar münaqişənin dağıntılarından şəhərlər yaradırlar
14 Mart 2025 16:55