Din Şarp: Qarabağda tikilən “ağıllı şəhərlər” insanlara xidmət etmək üçün dizayn olunub
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 17 oktyabr, AZƏRTAC
Yeni texnologiyalar, xüsusilə süni intellekt sosial həyatın bütün sahələrinə daxil olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin eksperti Din Şarp III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıq və innovativ həllər” mövzusunda keçirilən panel iclasında çıxışı zamanı deyib.
O bildirib ki, rəqəmsallaşmanın faydalı və çox lazımlı tərəfləri də var.
“Almaniya, Hindistan, Avstraliyada “ağıllı şəhər” layihələri həyata keçirilir. Dünən səfər etdiyim Azərbaycanın Qarabağ regionunda salınan “ağıllı şəhərlər” sadəcə texnologiyaların inkişafı üçün deyil, insanlara xidmət etmək üçün dizayn olunublar. Bu təcrübə dünyada da tətbiq olunmalıdır. İşğaldan azad oluna ərazilərdə belə inkişafı görmək çox xoşdur. Bu gün Avstraliyanın bir sıra parklarında mobil telefondan, kompüterlərdən istifadə qadağandır. Böyük Britaniyanın məktəblərinin 95 faizində telefondan istifadə qadağan olunub. Bütün bunlar ona görə edilir ki, süni intellekt insanı idarə etməsin, insan süni intellekti idarə etsin”, - dey ekspert nəzərə çatdırıb.


