“Qarabağ”da daha bir itki: “Elfsborq”a qarşı oynamayacaq
Tribuna saytından alınan məlumata görə, Icma.az bildirir.
- +
“Qarabağ”ın daha bir futbolçusu İsveçdə “Elfsborq”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.
Bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.
Oyunun hazırlığı zamanı zədələnən müdafiəçi Bəhlul Mustafazadə komandasına kömək edə bilməyəcək. Azərbaycan millisinin üzvü bud arxa əzələsinin gərilməsi ucbatından təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Öncədən zədəli olan Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaq.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq “Elfsborq” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Baxış sayı:87
Bu xəbər 11 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















