Icma.az
close
up
RU
Ağdamda İnklüziv Yaradıcılıq Yarmarkası keçirilib

Ağdamda İnklüziv Yaradıcılıq Yarmarkası keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağdam, 5 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən Ağdam Muğan Mərkəzində İnklüziv Yaradıcılıq Yarmarkası təşkil olunub. Yarmarka Ağdam Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin dəstəyi ilə keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xəqani Nəzərov, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin müdiri Kamran Kamranlı və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Regionda yaradıcılıq potensialının dəstəklənməsi, sosial fəallığın artırılması və müxtəlif sosial qrupların ictimai həyata cəlb olunmasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti vurğulanıb.

Yarmarkada Qarabağ “DOST Evi” şöbəsinin fəaliyyəti və benefisiarların əl işləri nümayiş etdirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həssas qruplarla bağlı dəstək proqramları, inklüziv layihələri barədə də məlumat verilib, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin xidmət və proqramları diqqətə çatdırılıb.

“Könüllü DOST” proqramı və Ağdam Sosial Xidmət Mərkəzinin fəaliyyətinə dair təqdimatlar olub.

Tədbirin bədii hissəsində Qarabağ “DOST Evi” və Ağdam Musiqi Kollecinin ifaçılarının təqdimatında musiqi nömrələri nümayiş etdirilib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinin müdiri Kamran Kamranlı AZƏRTAC-a müsahibəsində bildirib ki, yarmarkanın keçirməkdə məqsəd bölgədə inklüzivliyin təşviqi, həssas əhali qrupundan olan insanların yaradıcılıq potensialının nümayiş etdirilməsidir. Bölgədə bu cür tədbirlərin keçirilməsi cəmiyyətdə inklüzivlik anlayışının formalaşmasına və inkişafına töhfələr verir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 Fevral 2026 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri