Icma.az
close
up
RU
“Qarabağda gələcək” adlı yarmarka təşkil edilib FOTO/VİDEO

“Qarabağda gələcək” adlı yarmarka təşkil edilib FOTO/VİDEO

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Bakının tarixi məkanlarından olan “Passaj 1901” kompleksində tezliklə doğma yurdlarına köçürüləcək keçmiş məcburi köçkünlərin əl işlərindən ibarət “Qarabağda gələcək” adlı sərgi və satış-yarmarka keçirilib.

"Unikal" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi tədbirin əsas məqsədi keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların iqtisadi fəallığının dəstəklənməsi və istehsal etdikləri məhsulların satış imkanlarının genişləndirilməsidir.

Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov tədbiri giriş sözü ilə açaraq bildirib ki, qaçqınlar və məcburi köçkünlər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar. Qeyd edilib ki, Prezident İlham Əliyev onların yaşayış şəraitinin yaxşılaşdırılmasını və sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır. Birinci vitse-prezident Mehriban Əliyeva bu kateqoriyadan olan şəxslərin problemlərinə həssaslıqla yanaşır və təsirli dəstək göstərir. Sədr müavini həmçinin bildirib ki, geri qayıdan əhalinin məşğulluğuna dəstək məqsədilə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində 200-dən artıq keçmiş məcburi köçkün gəlirgətirən fəaliyyətlərə cəlb edilib.

Onlara bu istiqamətdə müxtəlif təlimlər keçirilib, peşə sahələri üzrə yeni biliklər və bacarıqlar qazandırılaraq əmək bazarında aktiv iştirak etmələri üçün geniş şərait yaradılıb. Açılış mərasimində Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi ehtiramla yad edilib. Hazırda işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın geniş vüsət aldığı, minlərlə məcburi köçkün ailəsinin doğma yurda geri döndüyü və yeni həyata başladığı vurğulanıb.

Keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşmasının və iqtisadi fəaliyyətə inteqrasiyasının təmin olunması mühüm vəzifə kimi qarşıya qoyulub. Bildirilib ki, daimi yaşayış yerlərinə qayıdanların və qayıdışa hazırlaşanların iqtisadi fəaliyyətinin dəstəklənməsi üçün zəruri tədbirlər görülür, bu məqsədlə sərgi və satış-yarmarkaların işğaldan azad olunmuş ərazilərdə də təşkili planlaşdırılır. Tədbirdə Dövlət Komitəsinin rəhbər şəxsləri ilə yanaşı, mədəniyyət və incəsənət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən biznes mərkəzləri, təhsil və yaradıcılıq şirkətləri, tədbirə təşkilati dəstək verən şirkətlərin təmsilçiləri, ekspertlər və digər qonaqlar iştirak ediblər. Belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb. Sonda tədbirin xüsusi qonaqlarına təşəkkürnamələr təqdim edilib. Yarmarkada məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı ilə bağlı məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində Dövlət Komitəsi tərəfindən hazırlanmış videoçarxlar nümayiş olunub. 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://unikal.az
archiveBu xəbər 02 İyun 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see260

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see205

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see179

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see176

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see144

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri