Icma.az
close
up
RU
Qarabağda helikopter vurulan kəndə KÖÇ OLACAQ

Qarabağda helikopter vurulan kəndə KÖÇ OLACAQ

Icma.az bildirir, Modern.az portalına istinadən.

Qarabağda bir sıra kəndlərə köçlə bağlı tender elan edilib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı tender elan edib.

Satınalma Xocalı rayonunun Almalı kəndi, Xocavənd rayonunun isə Yenikənd, Qarqar, Qarakənd, Qarazəmi, Kiş, Güneyçartar, Edilli, Düdükçü, Cütcü, Azıx və Ağkənd kəndlərini əhatə edir.

Məlumata görə, tender sərnişin avtomobil daşımaları xidmətləri üzrə elan olunub. Tender üçün ümumi ehtimal edilən məbləğ 1.729.762,00 AZN təşkil edir. 

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qaytarılması prosesi davam etdirilir.
Xatırladaq ki, Xocavənd rayonunun Qarakənd kəndinin adı Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin burada erməni silahlı dəstələri tərəfindən vurulması ilə məşhurlaşıb.
Hadisə 1991-ci il noyabrın 20-də törədilib. Bu terror aktı nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Onların arasında dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, daxili işlər Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, nazir müavini Qurban Namazəliyev, telejurnalist Alı Mustafayev və digər rəsmi şəxslər vardı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 May 2026 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri