Icma.az
close
up
RU
“Qarabağda iş yerləri yaradılmadan davamlı köç mümkün deyil”

“Qarabağda iş yerləri yaradılmadan davamlı köç mümkün deyil”

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“İşğaldan azad olunmuş ərazilərdə vacib işlər görülür. Evlər tikilir, yollar, məktəblər, xəstəxanalar salınır. Amma, dövlətin hər şeyi təkbaşına etməsi, bütün maliyyə yükünü üzərinə götürməsi uzun müddətli həll deyil. Bu, nə büdcə üçün dayanıqlıdır, nə də insanların orada kök salması üçün doğru modeldir”.

Gununsesi.info bildirir ki, bu fikirləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu günki iclasında deyib.

“Bu gün biz köçkünlər üçün evi də, kommunalı da, infrastrukturu da dövlət hesabına qururuq. Amma nəticə nədir? Köçən insanların bir hissəsi bir müddət sonra geri qayıdır. Səbəb sadədir: iş yeri azdır, dolanışıq zəif, iqtisadi həyat formalaşmayıb.

Məncə, dövlətin əsas rolu ev tikmək yox, şərait yaratmaq olmalıdır. Dövlət yol çəksin, su, işıq, qaz, internet, məktəb, xəstəxana yaratsın. Amma evlərin tikintisi mərhələli şəkildə, dövlətin nəzarəti və güzəştli mexanizmləri ilə vətəndaşın özünə verilsin. Köçkün öz evini özü tikəndə o torpağa daha çox bağlanır. Tikə-tikə ora öyrəşir, ətrafı tanıyır, dolanışıq yolu axtarır, qonşuluq münasibətləri formalaşır. Bu, psixoloji və sosial baxımdan da daha sağlam modeldir. Üstəlik, bu yanaşma dövlət büdcəsi üçün də qat-qat ucuz başa gəlir. Vətəndaş öz evini indiki qymətlərdən iki dəfə daha ucuz məbləğə tikəcək.

İkinci: Qarabağı yalnız dövlət layihələri üzərindən bərpa etmək mümkün deyil. Bu bölgə dövlətin nəzarəti altında, amma real şəkildə özəl sektora açılmalıdır. Kiçik və orta sahibkarlıq üçün daha münasib və süründürməçilikdən uzaq şərait, uzunmüddətli kreditlər, torpaq icarəsinin daha sadələşdirilmiş mexanizmləri tətbiq olunmalıdır. Orada fabrik, emal müəssisəsi, turizm obyektləri, xidmət sahələrinin yalnız sənaye zonalarında yox, bütövlükdə hər bir yerdə yaradılması asanlaşdırılmalıdır.

Üçüncü məsələ isə “kənd konsepsiyası”dır. Biz kəndi hamı üçün eyni model kimi planlaşdırırıq. Amma reallıq başqa cürdür. Əgər bir ailə kənddə mal-qara saxlamaq istəmirsə, təsərrüfatla məşğul olmayacaqsa, onu məcburən klassik kənd modelinə köçürməyin mənası yoxdur. Belə insanlar üçün şəhərcik və qəsəbə tipli yaşayış məntəqələri formalaşdırılmalıdır – xidmət sektoru, kiçik biznes, emal, turizm üzərində qurulan yaşayış mühiti yaradılmalıdır.

Kəndlər isə funksional zonalara bölünə bilər: bir hissəsi mal-qara saxlayan, kənd təsərrüfatı ilə məşğul olan ailələr üçün; digər hissəsi isə bu həyat tərzinə uyğun olmayan, amma kənd mühitində yaşamaq istəyən insanlar üçün. Hamını eyni qəlibə salmaqla uğur əldə edə bilmərik. Biz insanı yox, modeli dəyişməliyik”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Fevral 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri