Qarabağda Həyat sosial media platforması fəaliyyətə başlayıb
Sfera.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və quruculuq işlərinin, "Böyük Qayıdış"ın gedişatının daha geniş ictimaiyyətə çatdırılması məqsədilə "Qarabağda Həyat" adlı yeni rəqəmsal platforma fəaliyyətə başlayıb.
Sfera.az xəbər verir ki, platformanın əsas məqsədi Qarabağ bölgəsində həyatın yenidən canlanmasını, infrastruktur layihələrinin icrasını, sosial və iqtisadi inkişafı əks etdirmək, bu ərazilərdə baş verən yenilikləri cəmiyyətə təqdim etməkdir.
Eyni zamanda, "Qarabağda Həyat" platforması interaktiv xarakter daşıyır. Buraya səfər edən vətəndaşlar, jurnalistlər, könüllülər və bölgədə yaşayan sakinlər öz çəkdikləri foto və videoları göndərməklə, Qarabağda baş verən real həyatı birbaşa ictimailəşdirə bilərlər.
Sözügedən səhifələrə buradan keçid edə bilərsiniz.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 30 İyul 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















