Icma.az
close
up
RU
Qarabağda ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır Fuad Cəfərli

Qarabağda ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır Fuad Cəfərli

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağ iqtisadi rayonunun 4 şəhərində ictimai nəqliyyat sisteminin yaradılması planlaşdırılır. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Yerüstü Nəqliyyat Agentliyinin nəqliyyat planlanması departamentinin rəhbəri Fuad Cəfərli III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib.

O qeyd edib ki, yerli avtobus istehsalının qurulması vacib amildir:

"Çünki Bakıda təxminən 2 800-3 000 nəqliyyat vasitəsi olmalıdır. Hər il biz şəhər üçün yüzlərlə avtobus alırıq. Bu, yeni marşrutların açılması, köhnəlmiş istiqamətlərin əvəz edilməsi və ayrı-ayrı iş proseslərinin optimallaşdırılması üçün nəzərdə tutulub. Məhz buna investisiya yönəltmək lazımdır. Buraya layihənin özü, avtobusların alınması və avtobus parkının yenilənməsi daxildir. Biz həmçinin inkişafın digər istiqamətləri üzərində də fəal işləyirik".

F.Cəfərli xatırladıb ki, iki il əvvəl azad edilmiş ərazilər üzrə nəqliyyat planının hazırlanması üçün Xankəndidə olub:

"Avtobus parkının yenilənməsi ilə yanaşı, azad edilmiş ərazilərdə ictimai nəqliyyat sisteminin yaradılması üçün plan hazırlanıb. Proqramın 2025-2026-cı illər üçün birinci mərhələsi demək olar ki, tamamlanıb. Regionda ictimai nəqliyyat sistemi yaratmağı planlaşdırırıq. Prezidentin son fərmanı bizə yeni avtobuslar almağa və regionlarda ictimai nəqliyyat sistemlərini subsidiyalaşdırmağa imkan verəcək. Proqrama daxil olan 8 şəhərdən 4-ü Qarabağdadır".

Onun sözlərinə görə, gələn ilin əvvəlində region üçün 14 yeni avtobus istehsal olunacaq, həmçinin yerli modellər də alınacaq:

"Yeni avtobus depoları tikilir. Laçında nəqliyyatın əlçatanlığı səviyyəsi hələ də aşağı olaraq qalır. Bununla əlaqədar olaraq, həm turistik məqsədlər, həm də sərnişin daşımaları üçün istifadə ediləcək kanat yolunun tikintisi layihəsi hazırlanır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 16 Oktyabr 2025 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see321

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see306

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see293

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see287

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see286

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see273

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see255

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see252

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see249

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see245

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see243

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see240

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see236

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see228

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see227

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see203

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see201

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri