Növbəti beynəlxalq arxeoloji konfransın Qarabağda keçirilməsi planlaşdırılır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 6 may, AZƏRTAC
Portuqaliyanın Faro şəhərində keçirilən Hugo Obermaier Cəmiyyətinin 66-cı beynəlxalq konfransında Azərbaycanı Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analizlər laboratoriyasının müdiri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi Əjdər Babazadə təmsil edib.
Arxeologiya və Antropologiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, Ə.Babazadənin almaniyalı mütəxəssis Joao Marreirosla birgə təqdim etdikləri məruzədə 2024-cü ildə Azıx mağarasında aparılmış arxeoloji qazıntılar, paleolit abidələrinin mikroskopik və texno-tipoloji analizləri, eləcə də Azərbaycan Elm Fondunun dəstəklədiyi tədqiqat layihələrinin nəticələri təqdim olunub.
Konfransın sonunda Ə.Babazadə tərəfindən Hugo Obermaier Cəmiyyətinin növbəti toplantısının Qarabağ Universitetində keçirilməsi təklif olunub və bu təklif qəbul edilib. Beləliklə, yaxın illərdə Qarabağda nüfuzlu beynəlxalq arxeoloji konfransın təşkili planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 May 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















