Icma.az
close
up
RU
Qarabağda işləyən müəllimlərin maaşı artırılsın! Deputatlar

Qarabağda işləyən müəllimlərin maaşı artırılsın! Deputatlar

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə “Böyük Qayıdış” prosesi mərhələli şəkildə və sürətlə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdirilən bu irimiqyaslı layihə çərçivəsində minlərlə soydaşımız doğma yurd-yuvalarına qayıdır.

Qarabağ və Şərqi Zəngəzurda müasir infrastruktur yaradılır, yeni yaşayış məntəqələri salınır, sosial və iqtisadi canlanma təmin edilir. Bununla yanaşı, bölgələrdə yeni-yeni məktəblər tikilir, təhsil müəssisələri fəaliyyətə başlayır, müəllim və şagirdlərin bölgəyə köçü təşkil olunur.

Belə bir mərhələdə azad edilmiş ərazilərdə çalışan müəllimlərin maaşının artırılması məsələsi də gündəmə gəlir. Bu addım həm kadr potensialının möhkəmləndirilməsi, eləcə də bu bölgələrə müəllim axınının təşviqi baxımından zəruri sayılır.

Mövzu ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova Modern.az-a açıqlamasında bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzur artıq dirçəliş yolundadır. Onun sözlərinə görə, azad edilmiş torpaqlarımızda məktəblər, uşaq bağçaları, yeni şəhər və kəndlər salınır.

“Hər bir tikinti, hər bir yeni qurğu dövlətin iradəsini və xalqın qətiyyətini göstərir. Amma bir sual var: bu torpaqlara həyat gətirəcək əsas güc nədir? Əlbəttə ki, müəllimdir. Çünki müəllim orada yalnız tədris demək deyil, həm də yeni həyatın, milli ruhun, azadlıq düşüncəsinin daşıyıcısıdır”.

Deputat vurğulayıb ki, azad edilmiş bölgələrdə müəllimlərin maaşının artırılması təkcə sosial jest deyil, həmçinin strateji qərar ola bilər:

“Yüksək maaş o deməkdir ki, təcrübəli pedaqoqlar, ixtisaslı gənc müəllimlər həmin bölgələrdə işləməyə daha çox maraq göstərəcəklər. Onlar bilirlər ki, Qarabağa getmək yalnız peşə borcu deyil, həm də dövlətin xüsusi dəyər verdiyi missiyadır. Belə olduqda həm müəllim çatışmazlığı aradan qalxar, həm də uşaqlar yüksək səviyyədə təhsil alar”.

Deputatın fikrincə, motivasiya hər şeydir. Onun fikrincə, motivasiya olmayan yerdə bilik də, inkişaf da yarımçıq qalır:

“Yüksək maaş müəllimlərə yalnız sosial təminat vermir, həm də onlara dərsə, məktəb mühitinə, şagirdə daha ciddi bağlılıq gətirir. Qarabağda qurulan yeni məktəblərdə motivasiyalı müəllimlər dərs deyərsə, o zaman təhsil prosesinin keyfiyyəti də yüksələr. Bu, gələcək nəsillərin savadlı, vətənpərvər və milli ruhda yetişməsini təmin edər”.

E.Akimova həmçinin nəzərə çatdırıb ki, müəllimin maaşının artırılması həm də peşənin nüfuzunu yüksəldir:

“Xüsusilə azad edilmiş bölgələrdə bu addım rəmzi xarakter daşıyacaq: dövlət öz müəlliminə sahib çıxır, onun fədakar əməyini dəyərləndirir. Bu, həm gənc mütəxəssisləri müəllimliyə maraq göstərməyə sövq edər, həm də həmin torpaqlarda işləməyi qürur mənbəyinə çevirər. Müəllim yalnız dərs deməyəcək, həm də dirçəlişin canlı simvoluna çevriləcək”.

Müsahibimiz onu da əlavə edib ki, bu gün Qarabağda yollar, evlər, məktəblər tikilir. Amma ən vacib tikinti insan ruhunun tikintisidir:

“Onu da yalnız müəllim həyata keçirə bilər. Bu səbəbdən azad edilmiş bölgələrdə müəllimlərin maaşının artırılması sadəcə iqtisadi tədbir deyil, həm də gələcəyimizə qoyulan sərmayədir. Çünki daha yaxşı təminat – daha güclü müəllim deməkdir, güclü müəllim isə güclü gələcək deməkdir”,- deyə E.Akimova bildirib.


Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyatın bərpası təkcə infrastrukturun qurulması ilə məhdudlaşmır. Onun sözlərinə görə, əsas hədəf sosial-iqtisadi dirçəlişin təmin olunması, bölgələrin cəlbedici yaşayış məkanına çevrilməsidir. Bu prosesdə təhsil sektoru aparıcı rola malikdir.

“Çünki təhsil yalnız insan kapitalını formalaşdırmır, həm də dövlətin uzunmüddətli inkişafını şərtləndirir. Bu baxımdan, müəllimlərin maaşının artırılması məsələsi mühüm əhəmiyyət daşıyır.

İşğaldan azad olunmuş bölgələrdə yaşamaq və işləmək hələlik müəyyən çətinliklərlə müşayiət olunur. Bura infrastrukturun mərhələli bərpası, sosial xidmətlərin hələ tam inkişaf etməməsi, əlavə xərclər və məişətlə bağlı müəyyən problemlər də daxildir. Belə şəraitdə təcrübəli və ixtisaslı pedaqoqları bölgəyə cəlb etmək üçün əlavə stimullara ehtiyac var. Maaşın artırılması bölgəyə kadr axınını gücləndirə bilər, təcrübəli müəllimlərin bölgədə uzunmüddətli işləməsi isə təhsil sistemində sabitlik yaradacaq. Bu da öz növbəsində kadr dövriyyəsini azaldacaq və tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək”.

O həmçinin nəzərə çatdırıb ki, müəllimlərin motivasiyası ilə təhsilin keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur:

“Yüksək əməkhaqqı müəllimlərin qayğılarını azalda, məsuliyyətlərini, yaradıcılıq potensiallarını isə artıra bilər, beləliklə, maaş artımı təkcə iqtisadi deyil, həm də pedaqoji nəticələr doğuracaq.

Müəllim peşəsinin nüfuzu uzun illərdir ki, dövlət siyasətində prioritet istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərdə çalışan müəllimlərin maaşının artırılması bu peşənin sosial statusunu daha da möhkəmləndirə bilər”.

Elçin Mirzəbəyli onu da diqqətə çatdırıb ki, bu istiqamətdə diferensial maaş sisteminin tətbiqi, yəni işğaldan azad olunmuş bölgələrdə çalışan müəllimlərin əməkhaqqına əlavələrin edilməsi məqsədəuyğun olar:

“Bununla yanaşı, mənzil, nəqliyyat, tibbi xidmətlər və kommunal güzəştlərin də daxil olduğu sosial paketlərinn tətbiqi  də mühüm əhəmiyyət daşıyır. Bu sırada pedaqoqların peşəkar inkişafına dəstək göstərilməsi, onların müasir təhsil texnologiyaları ilə təminatı və beynəlxalq təcrübə proqramlarına çıxışı da vacibdir”.

Deputat qeyd edib ki, azad edilmiş torpaqlarda müəllimlərin maaşının artırılması sadəcə iqtisadi tədbir deyil, strateji zərurətdir:

“Bu addım kadr axınını gücləndirə, təhsilin keyfiyyətini yüksəldə, müəllim peşəsinin sosial statusunu möhkəmləndirməsinə töhfə verə bilər. Zənnimcə, müəllimlərə veriləcək hər bir dəstək Qarabağın və bütövlükdə Azərbaycanın gələcəyinə qoyulan ən qiymətli sərmayələrdən biri hesab oluna bilər”,- deyə E.Mirzəbəyli fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 Oktyabr 2025 12:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri