Icma.az
close
up
RU
Tətili Qarabağda keçirəcək deputatlar: “Övladlarımla gedəcəm”

Tətili Qarabağda keçirəcək deputatlar: “Övladlarımla gedəcəm”

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclası iyulun 14-də keçiriləcək. İyulun 15-dən isə parlamentarlar tətilə çıxacaqlar. Deputatların tətili iyulun 15-dən avqustun 30-dək olan müddəti əhatə edəcək.

Hər kəs tətili bir cür planlayır. Milli Məclisin deputatları ictimai şəxslərdir və onların necə tətil keçirəcəkləri diqqət çəkir. Bu xüsusda diqqətçəkən digər məqam deputatların tətil üçün azad edilmiş bölgələrlə bağlı seçim edib-etməyəcəkləridir. 

Modern.az Milli Məclisin deputatları arasında onların harada və necə istirahət edəcəkləri ilə bağlı sorğu keçirib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, tətildə Xankəndi, Şuşa və Laçına getməyi planlaşdırır:

"Sözüz ki, Xankəndi, Şuşa, Laçına getmək fikrim var. Salamatlıq olsa, mütləq o yerləri gedib bir daha gəzəcəm. Əlbəttə, tətil olmasına baxmayaraq, insanlarla da görüşmək vacibdir. İmkan daxilində insanlarla da görüşəcəm. İstirahət də, yaradıcılıq da vacibdir. Bütün bunların hamısı gərək nizamlansın".

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc tətilə iyulun 15-dən çıxmayacağını deyib:

"Parlament sessiyasının başa çatması tətil dövrünün başlanması deməkdir. Millət vəkilləri tətillə bağlı şəxsi planlar qururlar. Bu qərarlara, əlbəttə, hörmətlə yanaşmaq lazımdır. Çünki bu məsələ yalnız nəzəriyyələrlə müəyyənləşmir. Hər kəsin şəxsi planları, qayğıları var.  Elə şəxslər var ki, tətilin ilk dövrlərini təmsil etdiyi rayonda keçirir, daha sonra zərurət varsa, xarici ölkələrə də səfərlər edir. Sosial Tədqiqatlar Mərkəzində təmsil olunduğumuza görə, iyulun 15-dən tətilimiz başlamayacaq. Çünki fəaliyyət planımızda nəzərdə tutulan və mərkəzin üzərinə düşən vacib dövləti, milli tapşırıq və öhdəliklər var. Lakin burada da hər qurumda olduğu kimi,  Əmək Məcəlləsinin müddəaları işləkdir. Ona görə də uzlaşma nöqtələri, hamı üçün qrafik tapmağa çalışırıq. Ən yaxın vaxtlarda Şuşa və Xankəndidə artıq sayca 6-cı və ya 7-ci dəfə olduq. Yenə də səfərlərimiz həyata keçiriləcək. Fəaliyyət planımızda bununla bağlı mühüm bir tapşırıq mövcuddur. Bizim üçün müqəddəs olan azad torpaqlarda böyük qayıdışı yaxından müşahidə etmək hər birimiz üçün əlavə enerji, ruh mənbəyidir. Növbəti dövr üçün planlar, ideyalardır. O insanlarla birgə həmin qayıdış fəlsəfəsini, düşüncələrini yaşamaq, keçdiyimiz yolu dəyərələndirmək bir daha hər parlament üzvü üçün ən ümdə arzudur".

Komitə sədri vurğulayıb ki, hər kəsin tətilə ehtiyacı var:

"Eyni zamanda təbii, biz başa düşməliyik ki, müəyyən qədər istirahət etmək, qayğıları yoluna qoymaq, özünü ailəsinə həsr etmək, övladları ilə birgə müəyyən işlər görmək də ailə başçısı kimi üzərimizə düşən vəzifədir. Bu mənada Qarabağa səfərlərimiz olacaq, təmsil etdiyim bölgəyə də gedəcəm. O cümlədən övladlarımla, ailəmlə də müəyyən ərazilərdə, daha çox ölkə daxilində bir qədər nəfəs dərməyə çalışacağıq. Azərbaycanın o gözəl, səfalı yerlərinin ruhunu, ictimai enerjisini də almağa çalışacağıq".

Deputat Məlahət İbrahimqızı isə hələ tətillə bağlı nəsə planlaşdırmadığını deyib.

Deputat Hikmət Babaoğlu yay tətilini Şuşada keçirməyi planlaşdırır. O qeyd edib ki, Şuşada qalmaqla yanaşı, digər işğaldan azad olunan əraziləri gəzəcək:

"Mən bu yay tətilimi Şuşada keçirməyi planlaşdırıram. İşğaldan azad olunmuş digər ərazilərimizdə də olmağı  düşünürəm. Kəlbəcər mənim üçün yeni bir dünyadır. Kəlbəcər bizim qədim inancımızda dağ kultunun, cazibəsinin nə olduğunu izah edən coğrafiyadır. Kəlbəcər milli və dini mentalitemizdəki inancımızdan irəli gələn  "dağlar yer kürəsinin dayaqlarıdır" ifadəsinin bariz təsdiqidir. Kəlbəcərdə olmaq insanın ruhunu oxşayır. Ona görə də mən çalışacam ki, Şuşada qalmaqla bərabər, hər gün işğaldan azad olunmuş rayonlarımızın birinə səfər edim. Hər bir rayonumuzla ayrıca görüşərək, qələbəmizin zövqünü çıxarım".

Laçından olan deputat Rövşən Muradov övladlarının təhsil məsələri ilə əlaqədar olaraq başının qarşıq olduğunu deyib:

"Ayın 13-də qızım ikinci dəfə ali məktəbə qəbul imtahanı verəcək. Oğlum ADA-nın bakalavr pilləsini bitirib və Macarıstanın Korvinus Universitetinə maliyyə ixtisası üzrə qəbul olunub. Qızımın universitetə daxil olması isə dəqiq deyil. Oğlum artıq daxil olub, onun viza və digər maddi məsələlərini çalışıram həll edim. Ayın 21-də Laçında sərgi keçiriləcək, qismət olsa, orada iştirak edəcəm. Hansı rayonlara istirahətə getsəm, yenə də çalışacam ki, oradakı seçicilərimlə görüşüm. Çünki laçınlılar Azərbaycanın 59 rayon, şəhər və məntəqəsində məskunlaşıb. İsmayıllaya, Oğuza, Kürdəmirə getsəm, oralarda da laçınlılar var".

R.Muradov əsasən Laçın və Şuşaya gedəcəyini söyləyib:

"Həm də uşaqları aparmalıyam. Çünki indiyə qədər heç vaxt o ərazilərdə olmayıblar. Getsinlər atalarının, babalarının yurdlarını görsünlər. Yenə deyirəm, 26 avqustda Laçın Şəhər Günü olacaq, orada mütləq şəkildə iştirak edəcəm".

Deputat Vüqar Bayramov tətildə ölkə ərazisində olacağını bildirib:

"Mən Qarabağı Milli Məclisdə təmsil edən deputatlardan biri olduğum üçün hər ay o bölgəyə gedirəm. Ayda iki dəfə Füzuli rayonunda vətəndaş qəbulu keçirirəm. Bu il tətildə planım ölkədə olmaqdır. Rayonlara səfər edəcəm. Tətillə əlaqədar xaricə getməyi düşünmürəm. Avqust ayında Füzuliyə səfər edəcəm. Qarabağa həmişə görüşlər, qəbullar keçirməyə gedirik. İndi isə tətil üçün gedəcəyik. Xankəndi, Şuşa və digər işğaldan azad olunan, inkişaf  mərhələsinə qədəm qoyan rayon və şəhərlərimizə də səfər etməyi planlaşdırıram".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 İyul 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri