Qarabağda istehsal olunan mallar Türkiyəyə güzəştli qaydada ixrac oluna bilər
Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal olunan bir sıra malların Türkiyəyə güzəştli qaydada ixracı ilə bağlı siyahı müəyyən edilib.
Bunu Türkiyənin Azərbaycandakı Səfirliyinin baş ticarət müşaviri Gülizar Yavaş Bakıda keçirilən "Türkiyə bazarına çıxış: İxrac, hüquqi və praktiki aspektlər" mövzusunda tədbirdə bildirib.
Onun sözlərinə görə, söhbət xüsusi sazişlə birtərəfli qaydada güzəştdən gedir: "Bu güzəşt vergidən qismən və yaxud tam şəkildə azad edilmə ola bilər. Bu, xüsusi bir razılaşma olduğu üçün onu internetdə tapa bilməzsiniz. Lakin əgər burada olanların Qarabağda bir investisiyası varsa və yaxud Qarabağda istehsal olunan, mənşəyinin Qarabağ olduğunu sənədləşdirə biləcəyiniz bir məhsulunuz varsa, onun siyahıda olub-olmadığını, Türkiyəyə vergisiz göndərilmə imkanlarını bizim müşavirliyimizdən öyrənə bilərsiniz".
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Dekabr 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















