İsraildən Türkiyəyə ən çox hansı mallar ixrac olunub? Siyahı
Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ötən il İsrailin Türkiyəyə ixracı 10,87 milyon dollar təşkil edib.
Yeniavaz.com BMT-nin beynəlxalq ticarət məlumat bazasına – COMTRADE-ə istinadən xəbər verir ki, İsraildən Türkiyəyə ixrac olunan məhsullar arasında elektrik, elektron avadanlıqlar ilk sırada yer alıb.
Qeyd edək ki, ümumi ixracın yarıdan çoxu – 5,48 milyon dolları elektrik, elektron avadanlıqlarının payına düşüb.
2025-ci ildə İsraildən Türkiyəyə ixrac edilən məhsulların siyahısı aşağıdakı kimi olub:
Elektrik, elektron avadanlıqlar – 5,48 milyon dollar;
Maşınlar, nüvə reaktorları, qazanlar – 4,60 milyon dollar;
Optik, foto, texniki, tibbi aparatlar – 306 min dollar;
Pambıq, keçə, toxunmamış materiallar, ipliklər, kəndir, ip – 173 min dollar;
Nəqliyyat vasitələri – 101 min dollar;
Plastiklər – 70 min dollar;
Dəmir və polad – 48 min dollar;
Əczaçılıq məhsulları – 48 min dollar;
Dəmir və ya polad məmulatları – 32 min dollar;
Trikotaj və ya əllə toxunmuş geyim əşyaları – 2 min dollar;
Trikotaj və ya əllə toxunmamış geyim əşyaları – 2 min dollar;
Keramika məhsulları – 1 min dollar;
Oyuncaqlar, oyunlar, idman ləvazimatları – 1 min dollar;
İncəsənət əsərləri, kolleksiya və antik əşyalar – 1 min dollar;
Mirvarilər, qiymətli daşlar, metallar, sikkələr – 1 min dollar;
Növünə görə göstərilməyən mallar – 4 min dollar.
Murad Məmmədov
Bu mövzuda digər xəbərlər:İsraildən Türkiyəyə minnətdarlıq
07 Aprel 2026 17:33
İsraildən Türkiyəyə reaksiya: Utancvericidir!
20 Oktyabr 2026 11:41
İsraildən Türkiyəyə güc nümayişi
25 Oktyabr 2026 10:59
Türkiyəyə qarşı İsraildən kömək istədilər
30 Dekabr 2024 11:49
İsraildən XƏBƏRDARLIQ: Bu qırıcını Türkiyəyə satmayın!
22 İyul 2025 14:35
Baxış sayı:280
Bu xəbər 06 Oktyabr 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















