Icma.az
close
up
RU
Qarabağda milli yaddaşın və mənəvi dəyərlərin bərpası

Qarabağda milli yaddaşın və mənəvi dəyərlərin bərpası

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən irəli sürülən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” regionlarımızda infrastrukturun yenilənməsi, yeni iş yerlərinin açılması ilə əhalinin məşğulluğunun təmin edilməsi, yeni səhiyyə və təhsil müəssisələri, mədəniyyət ocaqlarının inşa edilməsi, turizmin inkişafı üçün münbit şərait yaradılması və s. istiqamətlərdə sürətli inkişafa səbəb olub. Sosial-iqtisadi proses daimi xarakter daşıdığından işlər bu gün də uğurla davam etdirilir. Qarabağın işğaldan azad edilməsi ilə sosial-iqtisadi inkişaf yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına mütəmadi səfərləri işğaldan azad olunmuş regionların sosial-iqtisadi inkişafına təkan verməklə yanaşı, aparılan işlərlə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının hər səfərində yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri baş tutur. Bu səfərlər bölgələrin yüksəlişinin davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi olduğunu bir daha təsdiqləyir. Digər tərəfdən, regionların inkişafı üçün uğurla reallaşdırılan dövlət proqramları ölkədə qeyri-neft sektorunun davamlı artımına, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun təmin olunmasına təkan verir. Bir sözlə, bu səfərlərin hər biri doğma torpaqlarımızın çiçəklənməsi, azad edilmiş ərazilərin potensial imkanlarından səmərəli istifadə olunması istiqamətində tarixi hadisəyə çevrilir.

Hazırda həyata keçirilən “Böyük Qayıdış” Proqramı yalnız məcburi köçkünlərin doğma yurdlarına qayıdışı deyil, həm də bölgənin sosial-iqtisadi reabilitasiyası, milli birliyin möhkəmləndirilməsi və tarixi ədalətin bərpasıdır. 2026-cı ilin sonunadək 140 min vətəndaşın Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılır ki, bu da Azərbaycanın iqtisadi gücü, sosial planlaşdırma imkanları və siyasi iradəsinin bariz göstəricisidir.

Bu günlərdə Prezident İlham Əliyevin Xocalı, Xankəndi, Xocavənd və Füzuliyə səfəri bir daha göstərdi ki, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər, genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti və infrastruktur layihələrinin ardıcıl və uğurlu icrası bölgələrin sürətlə dirçəlməsinə və həyatın yenidən canlanmasına zəmin yaradır.

Azad edilmiş ərazilərdə inşa olunan müasir şəhərlər, “ağıllı” kənd konsepsiyası, yollar, tunellər, elektrik stansiyaları, hava limanları və digər obyektlər Azərbaycanın siyasi-iqtisadi qüdrətinin təcəssümüdür. Cəmi bir neçə il ərzində Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının istifadəyə verilməsi, yüzlərlə kilometr uzunluğunda magistral yolların və dəmir yollarının tikilməsi dövlətimizin siyasi iradəsini və iqtisadi gücünü nümayiş etdirir. Şuşa, Xankəndi və Laçın kimi şəhərlərdə beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi isə regionun mədəni-siyasi mərkəz kimi qlobal arenada tanınmasına xidmət edir.

Səfər çərçivəsində Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndinin təməlini qoydu. Hadrutda məscidin, Xankəndidə isə Qarabağ Universiteti Klinikasının və Tibb fakültəsinin yeni tədris korpusunun açılışı baş tutdu. Prezident həmçinin Xocavəndin Qırmızı Bazar, Hadrut və Sos qəsəbələrində, eləcə də Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərində aparılan işlərlə yerində tanış oldu. Ölkə rəhbərinin sakinlərlə səmimi görüşləri, onların qayğı və təkliflərini diqqətlə dinləməsi dövlətin xalqına göstərdiyi qayğının ən parlaq nümunəsidir. Bu ünsiyyət təkcə problemlərin həlli üçün deyil, həm də vətəndaşlarda gələcəyə inamın və ruh yüksəkliyinin möhkəmlənməsi üçün olduqca əhəmiyyətlidir.

Xankəndidə məskunlaşma prosesinin sürətli şəkildə aparılması və şəhərin elm-təhsil mərkəzinə çevrilməsi, Xocalıda sakinlərinin ata-baba yurdlarına dönüşü Azərbaycanın ədalətin bərpa olunması uğrunda apardığı siyasətinin təntənəsidir. Burada aparılan bərpa işləri yalnız fiziki infrastrukturun deyil, həm də milli yaddaşın və mənəvi dəyərlərin dirçəldilməsinə xidmət edir.

Hazırda azad edilmiş ərazilərdə 50 minə yaxın insan yaşayır, çalışır və təhsil alır. Bu bölgələrdə dövlət qurumlarının yerli nümayəndəlikləri fəaliyyət göstərir, müəllimlər, həkimlər, mühəndislər, sahibkarlar və turizm işçiləri artıq öz fəaliyyətlərinə başlayıblar. Bu məskunlaşma və inkişaf strategiyası Azərbaycanın gələcək üçün yaratdığı sabitlik, sosial ədalət və vətəndaş rifahı modelinin bir parçasıdır.

Prezident İlham Əliyevin qətiyyətli siyasəti və həyata keçirilən praktiki işlər dünya ictimaiyyətinə nümayiş etdirir ki, Azərbaycan yalnız döyüş meydanında deyil, həm də iqtisadi inkişaf və quruculuqda böyük uğurlar əldə edir. Prezident İlham Əliyevin “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” ifadəsi artıq reallıqda öz əməli təsdiqini tapmaqdadır. Dövlət başçısının düşünülmüş inkişaf strategiyası nəticəsində Qarabağ və Şərqi Zəngəzur yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bütün regionun dayanıqlı inkişafının aparıcı mərkəzinə çevriləcək.

Cavanşir Feyziyev, Milli Məclisin deputatı

17 sentyabr 2025

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Sentyabr 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri