Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Qarabağda meşələrin bərpası: ekosistem yenidən qurulur

Qarabağda meşələrin bərpası: ekosistem yenidən qurulur

Icma.az, 525.az portalına istinadən məlumat verir.

İşğaldan azad edilən rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilan, Cəbrayıl, Ağdam və Füzuli rayonlarında ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb. Meşə fondu ərazilərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla Cəbrayıl, Zəngilan, Qubadlı və Füzuli rayonları ərazisində ümumilikdə 286 hektar meşə fondu sahəsində əkin və səpin işləri icra olunub.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, 2025-ci ilin payız əkin mövsümündə 240 hektar meşə fondu sahəsində əkin və səpin işlərinin aparılması nəzərdə tutulur. Bununla bağlı, hazırda ərazilərdə torpaq hazırlığı işləri davam etdirilir.

Onun sözlərinə görə, Laçın və Qubadlı yasaqlıqlarının bazasında təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq. "Böyük Qayıdış" proqramına uyğun olaraq 2027-2030-cu illər üçün dövlət proqramına əsasən tədbirlər planı hazırlanır. Azad olunan ərazilərdə əsas məsələlərdən biri təhlükəsiz bərk tullantıların idarə edilməsi ilə bağlı fəaliyyətdir. Kəlbəcər, Laçın, Ağdərə və Xocalı rayonlarının ərazilərini əhatə etməklə salınması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb. Bu məsələ Prezidentin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb. Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir.

Ermənistan 30 ildən çox işğalı altında saxladığı Qarabağda böyük ekoloji terror əsdirib. Bu illər ərzində böyük meşə zolaqları qırılaraq və ya yandırılaraq məhv edilib. İşğal illərində, xüsusilə Vətən müharibəsi zamanı mənfur düşmən tərəfindən meşələrin yandırılması Qarabağın təbiətinə böyük zərbə vurub. Eyni zamanda, bəzi ərazilərdə torpaqlarımızın flora ilə zəngin olan üst qatı yandırılıb və məhv edilib.

İşğaldan azad edilən ərazilərdə aparılan monitorinq və qiymətləndirmələrə əsasən, 260 311 hektar meşə fondu sahəsində sıx meşə ilə örtülü 54 327 hektar yaşıllığın, eləcə də meşə fondu torpaqlarına aid olmayan ərazilərdə isə 1 milyonadək müxtəlif cinsli ağac və kolların məhv edildiyi müəyyən edilib. Məhv edilən meşə və qeyri-meşə sahələrində aparılmış monitorinqlər zamanı, ağac cinslərindən əsasən palıd, çinar, sərv, akasiya, ağcaqayın, göyrüş, fısdıq, cökə qoz, alma, ərik, armud, tut və digərlərinə ciddi ziyan dəyib. Ot bitkilərindən isə İtikənarlı süsən, Kamilla süsəni, Kuznetsov əsməsi, Komarov birəotu, Qarabağ dağ laləsi, Sağsağan gülxətmisi, Şoranyer qarğasoğanı və digər bitkilərə də böyük həcmdə zərərin vurulduğu müəyyən edilib.

İşğal dövründə məhv edilmiş yaşıllıqların və meşə sahələrinin bərpası məqsədilə mina təhlükəsizliyi məsələləri nəzərə alınmaqla, nazirlik tərəfindən ilkin mərhələdə 2022-2026-cı illərdə 1400 hektara yaxın ərazidə yeni yaşıllıqların salınması və meşəbərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılıb.     

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun dediyinə görə, Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə həmin torpaqlarda ekoloji problemlər yaranmış, biomüxtəlifliyə ciddi ziyan dəymiş, yaşıllıqlar vəhşicəsinə məhv edilmiş, yandırılmış, yaxud təbii sərvətlərimiz qəddarcasına talan edilib. Azərbaycan ərazilərində törədilən ekoloji terror əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının kəsilməsi və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür. Milli Ordumuzun əzmi sayəsində işğaldan azad edilən bütün Azərbaycan torpaqlarında təbii ekostemin bərpası da bu gün dövlətimiz qarşısında duran təxirə salınmaz vəzifələrdən biridir: "Ermənistanın işğalı zamanı dağıdılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusilə də Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Təsadüfi deyildir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir".

Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yas?ıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin "yas?ıl enerji" zonasına c?evrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata kec?irilir.

İşğaldan azad edilən ərazilərdə ekoloji baxımdan mütərəqqi həllərin tətbiqi, enerji istehlakında qənaət imkanlarının genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların sınaqdan keçirilməsi, həmçinin monitorinq və uçot mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Millət vəkili Fatma Yıldırım deyib ki, 30 ildən artıq davam edən münaqişə nəticəsində Azərbaycanın Qarabağ bölgəsi həm sosial-iqtisadi, həm də ekoloji baxımdan ciddi zərər görüb. Xüsusilə, meşə örtüyünün azalması, torpaq eroziyası, biomüxtəlifliyin pozulması və su ehtiyatlarının tükənməsi regionun ekoloji balansını pozub. Hazırda bu ərazilərdə meşələrin bərpası təkcə ətraf mühitin deyil, həm də iqtisadi inkişafın və sosial sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir: "Münaqişə dövründə Qarabağdakı təbii sərvətlər, o cümlədən meşələr nəzarətsiz şəkildə istismar edilmiş, yanğınlar, kəsimlər və bəzən də mina təhlükəsi nəticəsində geniş meşə sahələri məhv olub. Əldə olunan rəsmi məlumatlara və peyk təsvirlərinə əsasən, bəzi bölgələrdə meşə örtüyü 30-50 faiz azalaraq torpağın eroziyaya məruz qalmasına səbəb olmuşdur".

İşğalaqədər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 43 min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Postmüharibə dövründə onların yenidən bərpası nəzərdə tutulub. Erməni işğalçıları 30 il ərzində Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxunu kəsərək məhv ediblər. Həmçinin Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarının kəsildiyi qeydə alınıb. Artıq bundan sonra həmin ərazilərdə davamlı tədbirlərin görülməsi zərurəti yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və onun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir: "On milli parkla kifayətlənmirik. Ölkə ərazisində yeni milli parkların yaradılması ilə bağlı tədqiqatlar aparılır. Nəinki milli parklar, həmçinin digər kateqoriyalı təbiət ərazilərinin yaradılması ilə bağlı işlərimiz var. Zaqatala qoruğunun nəzdində Zaqatala Biosfer Rezervatının yaradılması, həmçinin palçıq vulkanları kimi unikal təbiət komplekslərinin mühafizəsi məqsədilə məhz Bakı və Abşeron yarımadasında Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması yaxın gələcəkdə həyata keçirəcəyimiz layihələrdən biridir. Eyni zamanda, mühafizə olunan ərazilərdən kənar ərazilərdə nadir və nəsli kəsilməkdə olan flora növlərinin mühafizəsi məqsədilə ötən ildən etibarən Bakı və Bakıətrafı ərazilərdə 10 mikrorezervat yaradılıb. Burada məhz "Qırmızı kitab"a düşmüş və sayı kritik həddə azalmaqda olan bitki növləri qorunur".

Sevinc QARAYEVA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:363
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Oktyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see288

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see281

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see270

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see263

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see263

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see261

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see260

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see255

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see251

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see248

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see234

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see232

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see229

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see224

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see222

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see222

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see219

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see214

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see212

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri