“Qarabağ”da qazlaşdırma istiqamətində görülən işlər...
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində azad olunmuş ərazilərin qazlaşdırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir.
Axar.az xəbər verir ki, “Azəriqaz” İB tərəfindən 2023-cü ildə Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli, Xocavənd, Ağdərə və Ağdam rayonlarında 22 yaşayış məntəqəsinin qaz təminatı məqsədilə ümumilikdə 101,43 km, 2024-cü ildə isə Laçın, Cəbrayıl, Kəlbəcər və Ağdərə rayonlarında 4 yaşayış məntəqəsi üzrə 56,16 km daşıyıcı və paylayıcı qaz kəməri çəkilib.
Həmçinin Xankəndi şəhərində 53,5 km paylayıcı qaz kəməri işçi vəziyyətə gətirilib və yaşayış binaları, sosial və təhsil obyektlərinin qazanxanalarının təbii qazla təminatı həyata keçirilib. 2025-ci ilin köç qrafikinə uyğun olaraq Birlik tərəfindən Şuşa, Ağdərə, Xocavənd və Xocalı rayonlarında 26 yaşayış məntəqəsinin qazlaşdırılması üçün 165,67 km yeni qaz kəməri çəkilib, 64,2 km xətt isə bərpa olunub.
Bundan əlavə, Laçın və Zəngilan rayonlarında, Xankəndi şəhərində müxtəlif təyinatlı obyektlərin qaz təminatı üçün 20,42 km uzunluğunda daşıyıcı qaz kəməri çəkilib. Hazırda işğaldan azad edilmiş ərazilərdə 10 şəhər, 34 kənd və 2 qəsəbə təbii qazla təmin olunur. Qazlaşdırma layihələrinin icrası Böyük Qayıdış prosesinin mühüm infrastruktur istiqamətlərindən biri kimi davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 20 Oktyabr 2026 15:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















