Icma.az
close
up
RU
“Qarabağ” da bacarmırsa...

“Qarabağ” da bacarmırsa...

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ”ın prezidenti Tahir Gözəlin “Sabah”la oyundan sonra jurnalistlərə verdiyi müsahibəni dərin təəssüf hissi ilə oxudum.

Yox, elə düşünməyin ki, orda yer alan hər sözlə bağlı nəsə xüsusi fikrim var. Tahir bəy legioner limitinin götürülməsindən narazıdı. Bu mövzu ilə bağlı futbol ictimaiyyəti ikiyə bölünüb, hər tərəfin özünə görə dəlilləri var. Kimin haqlı, kimin haqsız olduğunu tezliklə görəcəyik. Gözəl daha çox klub üçün akademiya tikə bilməməkdən şikayətlənib:

“Təəssüf ki, bu məsələdə yenilik yoxdu. Yer tapa bilmirik, yerimiz yoxdu, bizə də yer verilmir. Xahiş etmişik, istəmişik. Hər cür investisiya qoymağa da hazırıq. Bazanın Suraxanıda olmasını xahiş etmişik. Uyğun yer tapa bilmirik. Bu məsələ ilə bağlı məndə böyük bir təəssüf hissi var. Bu, “Qarabağ”ın böyük əskikliyidi, bu yöndə başqa komandalardan geri qalırıq”.


Beləliklə, ölkənin ən titullu klubu, avrokuboklardakı qüruru o boyda Suraxanıda özünə baza tikmək üçün yer tapa bilmir. Təbii ki, hər kəs indiki duruma, yəni “Qarabağ”da təsisləşmənin ləngiməsinə görə günahı klub rəhbərliyində görür. Etiraf edək ki, komanda hətta avrokubok oyunlarında uğursuzluğa düçar olanda da azərbaycanlı azarkeşlər və jurnalistər əsasən sponsorluğu boynuna götürən “Azərsun Holdinq”i və konkret Tahir bəyi suçlayır, nəinki Qurban Qurbanovu və məşqçi korpusunu. İttihamlar hətta bu nöqtəyə qədər uzanır: guya rəhbərlik transfer yönündə xəsislik edir, baş məşqçinin istədiyi futbolçuları almır.
Mənə elə gəlir ki, Tahir bəyin son müsahibəsi bu yöndəki bəzi suallara və müəmmalara aydınlıq gətirdi. Artıq hər kəsə aydındı ki, Gözəlin də imkanları sərhədsiz deyil. Bu fikri bir qədər də dəqiqləşdirək: pul xərcləmək mənasında hüdudsuz olsa da, Azərbaycandakı bürokratiyanın təməl elementlərindən olan meşin qapıları dəlib keçmək dərəcəsində güclü deyil. Yoxsa 122 kvadrat kilometr əraziyə malik, idmana yetərincə yaxın şəxs sayılan Adil Əliyevin icra başçısı olduğu rayonda niyə “Qarabağ”a baza tikmək üçün yer tapılmasın ki?! Öz aramızdı, çox böyük nonsens deyilmi? “Qarabağ” ölkəni avrokuboklarda ən yaxşı şəkildə təmsil edir, amma həmin ölkədə klubun baza tikməsi üçün yer tapılmır…
Tahir bəyin dedikləri gerçəkdisə (klub prezidentinə inanmamaq üçün heç bir əsasımız yoxdu), onda ayıbdı, özü də böyük ayıb. Özü də elə bir ayıb ki, futbolu inkişaf etdirməyin, bu yolda addımlar atmağın zəruriliyi ilə bağlı nağıllarla heç cür uyğun gəlmir. Biz jurnalistlər qarışıq hər kəs iş adamlarının futbola maraq göstərməməsindən, bu sahənin inkişafına pul ayırmaq niyyətinin yoxluğundan danışır. Amma Tahir Gözəl nümunəsi, yəni onun “hər cür investisiya qoymağa hazırıq” sözlərinin qarşısına sədd kimi çəkilən “yer yoxdu” cavabı başqa mənaya gəlir axı.
Bəli, “Qarabağ”ın ölkə daxilində qazandığı titullar, avrokuboklardakı nəticələri ilə klub infrastrukturunun yaradılması, təsisləşmə yolunda atdığı addımlar bir-birini tamamlamır, qətiyyən üst-üstə düşmür. Bu gün heyətdə klubun bir yetirməsi də yoxdu, ölkəyə gələn əcnəbiyə “Qarabağ”ın təsisləri” deyə tanıtmaq üçün normal bir məkan da tapa bilməzsiz. İndi belə aydın olur ki, bu məsələdə ciddi problem var. Həm də pul yox, münasibət ilə bağlı problem. Bu ölkədə “Qarabağ”ın adının və şöhrətinin, Tahir Gözəlin də aça bilmədiyi qapılar varsa, onda futbolun inkişafı ilə bağlı nağıllarla özümüzü aldatmayaq. Dığırlanırıq da özümüz üçün bala-bala, asta-asta, yavaş-yavaş… İndiki qarlı günlərdə balacaların parklarda yumaladığı, şişirtdiyi, sonra da öz-özünə dağılan qar topaları və qardan düzəldilən adamlar kimi…
HUŞƏNG
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Mart 2025 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see344

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see276

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see262

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see262

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see258

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see248

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see247

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see245

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see244

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see238

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see230

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see228

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see218

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see218

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see218

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see215

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see196

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see194

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see187

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri