Icma.az
close
up
RU
Qarabağda tarixi dönüşün əsas mərhələlər KONKRET

Qarabağda tarixi dönüşün əsas mərhələlər KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin azad edilməsi ilə nəticələndi”.

Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib:

“Azərbaycan Ordusu Şuşa da daxil olmaqla çoxsaylı yaşayış məntəqələrini və strateji yüksəklikləri nəzarətə götürdü, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatından sonra Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycana qaytarıldı. Bununla regionda uzun illər mövcud olmuş hərbi-siyasi status-kvo əsaslı şəkildə dəyişdi və Azərbaycanın ərazi bütövlüyünün bərpası prosesində həlledici mərhələ başa çatdı”.

Politoloq vurğulayır ki, vətən müharibəsinin nəticələri Azərbaycanın sonrakı siyasi və hərbi gündəmini də müəyyənləşdirdi.

“Müharibədən sonra əsas istiqamətlər azad edilmiş ərazilərdə dövlət idarəçiliyinin və infrastrukturun bərpası, məcburi köçkünlərin qayıdışının təşkili, sərhədlərin müəyyənləşdirilməsi və Ermənistanla münasibətlərin normallaşdırılması oldu. Eyni zamanda Qarabağda qalan qanunsuz silahlı birləşmələr və Azərbaycanın konstitusiya quruluşunun bütün ərazilərdə tam təmin olunması məsələsi açıq qalırdı. 19–20 sentyabr 2023-cü ildə keçirilən lokal antiterror tədbirlərindən sonra həmin silahlı birləşmələrin tərksilah edilməsi və konstitusiya quruluşunun bərpası ilə Azərbaycan hökuməti ölkənin suverenliyinin tam təmin olunduğunu bəyan etdi. Beləliklə, 2020-ci il Vətən müharibəsi təkcə hərbi qələbə deyil, sonrakı illərdə Azərbaycanın Qarabağ üzərində tam dövlət nəzarətinin bərqərar olmasına aparan prosesin əsas dönüş nöqtəsi oldu”.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://konkret.az
archiveBu xəbər 25 Sentyabr 2026 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri