Icma.az
close
up
RU
Qarabağda ucalan azan səsləri şanlı Zəfərimizin qalibiyyət təntənəsidir

Qarabağda ucalan azan səsləri şanlı Zəfərimizin qalibiyyət təntənəsidir

Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.

 Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, dini və etnik müxtəliflik ölkəmizin ən böyük zənginliyinə çevrilib. Ölkəmiz dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı yerinə yetirir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionun lider dövlətidir. Son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycanı dünyada multikulturalizmin əsas mərkəzinə çevirib, xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin gördüyü işlərin nəticəsidir ki, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib. Cənab Prezidentin böyük siyasəti sayəsində ölkəmizdə sağlam dini mühit formalaşıb, dinlərarası həmrəyliyin və əməkdaşlığın bərqərar olduğu Azərbaycanın tolerant modeli dünya xalqlarının nümunəsinə çevrilib və bu sahədə ölkəmizin təcrübəsindən geniş istifadə olunur. Maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsini daim diqqət mərkəzində saxlayan dövlət başçısının sərəncamları ilə son bir neçə ildə qədim tarixi abidələrin, ziyarətgahların bərpası ilə bağlı görülən silsilə tədbirlər dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisidir.
Dini, mədəni və tarixi abidələrin bərpasına, onların yenidən xalqın qan yaddaşına qaytarılmasına həssaslıqla yanaşan, bu sahədə həyata keçirilən layihələrə ciddi dəstək verən dövlət başçısının bir çox dini abidələrin bərpası ilə bağlı imzaladığı sərəncamlar, verdiyi tapşırıqlar təqdirəlayiq hal alıb. Bunun nəticəsidir ki, son illərdə Təzəpir, Bibiheybət, Əjdərbəy, Keşlə “Şah Abbas”, Əhmədli və eləcə də ölkəmizin müxtəlif yerlərində çoxlu sayda məscidlərində geniş tikinti və yenidənqurma işləri həyata keçirilib. Gəncədəki “İmamzadə” kompleksində təmir-bərpa işləri aparılıb. İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə  tikilmiş Azərbaycanda Cənubi Qafqazın ən böyük məscidi, Ulu Ondərimiz Heydər Əliyevin adını daşıyan Heydər məscidi dinimizə  və dindarlarımıza verilən ən böyük töhvədir.
Bu gün işğaldan azad olunmuş ərazilərdə erməni vandalları tərəfindən dağıdılmış məscidlərimiz yenidən qurulur, bərpa edilir. Bütün bu proseslər Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. İndiyə qədər Ağdam Cümə məscidi, Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Mamayı, Təzə məhəllə, Saatlı məscidləri aparılan bərpa işlərindən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Zəngilan məscidinin açılışı isə cari ilin may ayının 18-də həyata keçirilib. Qeyd olunan məscidlərin açılış mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib.
Hazırda Şuşa, Laçın, Hadrut, Suqovuşan ərazilərində yeni məscidlərin tikintisi, Şuşadakı Çöl Qala məscidinin isə bərpa işləri davam etdirilir.
Bu gün Qarabağda, Şuşada ucalan azan səsləri şanlı Zəfərimizin qalibiyyət təntənəsidir.
Sirac Səfərov
Keşlə “Şah Abbas” məscidinin imamı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://missiya.az
archiveBu xəbər 23 Dekabr 2024 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see193

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see189

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see189

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see184

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see137

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see132

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see131

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri